Icma.az
close
up
RU
İctimai iştirakçılıq vətəndaş nəzarətini təmin edir

İctimai iştirakçılıq vətəndaş nəzarətini təmin edir

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Vətəndaş fəallığın nəticə verəcəyinə inanmalıdır


İctimai və dövlət maraqlarının müdafiəsi 

“Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi” İctimai Birliyi “İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslər” layihəsi çərçivəsində yekun ictimai müzakirə keçirib. Dinləmədə millət vəkilləri, dövlət orqanlarının nümayəndələri ictimai iştirakçılıq və nəzarət məsələləri üzrə ixtisaslaşmış QHT-lər, müstəqil ekspertlər, hüquqşünaslar iştirak ediblər. Ekspetlərin iştirakı ilə baş tutan dinləmələrdə ictimai iştirakçılıq, ictimai nəzarət sahəsində pozitiv dəyişikliklərə yol açmaq, yeni ideyalar vermək müzakirə edilib, tövsiyyələr müəyyənləşdirilib.

 Tədbirin açılışında Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi İctimai Birliyinin sədri Səadət Bənənyarlı layihənin icrası haqqında məlumat verib. Qeyd edib ki, layihənin icrasında qarşıya qoyulan məqsəd  regionlarda ictimai fəallar, bələdiyyə üzvləri və dövlət orqanları, QHT nümayəndələri, İctimai Şura üzvləri ilə müzakirələrin aparılması, bölgələrdə ictimai rəy sorğusunun keçirilməsi, Türkiyə təcrübəsinin öyrənilməsi ilə Azərbaycanda ictimai iştirakçılıq təcrübəsinin problemlərinin öyrənilməsi, çətinliklərin müəyyən edilməsi və islahatların aparılması üçün bütün maraqlı tərəflərlə razılaşdırılmış tövsiyələrin əldə olunaraq irəli sürülməsidir: “İctimai iştirakçılıq, ictimai nəzarətlə əlaqədar hərtərəfli diaqnostika, problemlərin aşkarlanması, islahat prioritetlərinin müəyyənləşdirilməsi və tövsiyyələrin verilməsidir. Bu layihə, həmçinin hazırda ciddi islahatlara zərurət olan ictimai iştirakçılıq, ictimai nəzarət sahəsində pozitiv dəyişikliklərə yol açmaq, yeni ideyalar vermək, yanaşmanı dəyişmək üçün çoxtərəfli səyləri əks etdirir. Bu yalnız “Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi” İB-in rəyi deyil, regionlarda fəaliyyət göstərən onlarla təşkilat, ictimai fəallar, dövlət orqanlarının gələcəyə baxışını əks etdirir. Layihənin nəticələri həm elmi-nəzəri aspektdən, həm də praktik baxımdan islahatlar üçün tövsiyələr təklif edirlər. 


Bu tövsiyələr real gerçəkliyin analizi, iştirakçılarla müzakirələr, Türkiyə təcrübəsinin yerində öyrənilməsi ilə ərsəyə gəlib”. Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Azər Allahverənov, Arzuxan Əlizadə, Pərvanə Vəliyeva müzakirələrdə iştirak edərək mövzu, islahatlar, çətinliklərin həlli yolları, yeni ideyalar barədə öz fikirlərini bölüşüblər. Layihə eksperti Zaur İbrahimli ictimai rəy sorğusunun nəticələrini və əvvəlki “dəyirmi masa” müzakirələrinin ümumi yekunlarını təqdim edib. Bildirib ki, 229 respondentin ictimai iştirakçılıq və vətəndaş nəzarəti ilə bağlı rəyi öyrənilib. Sorğunun əsas nəticələri göstərir ki, respondentlər arasında ictimai iştirakçılıqla bağlı məlumatlılıq səviyyəsi olduqca aşağıdır. Yalnız 28,4 faiz tam məlumatlı olduğunu bildirib. “İctimai iştirakçılıq haqqında” Qanun ilə bağlı isə cəmi 3,5 faiz respondent ətraflı məlumata malikdir. Bu, qanunvericilik sahəsində ciddi bir informasiya boşluğu olduğunu təsdiq edir. Məlumat mənbələri baxımından sosial şəbəkələr (61,1 faiz) dominant rol oynayır. Bu, informasiyanın sürətli yayılmasına kömək etsə də, səthi məzmun və yalnız bizim baxış bucağımızı əks etdirən məlumatlar almaq təhlükəsi yaradır. Bu, iştirakçılıq haqqında fərqli rəyləri, analizləri oxumaq imkanını məhdudlaşdırır. Həmçinin daha çox gerçək, məzmunlu, ilk mənbələrdən olan məlumatları deyil, rəylər ön planı çıxır. Bilgi yox, rəylər daha çox əlçatan olur və əsas yön verir. Bu isə iştirakçılıq haqqında bacarıqları, düşüncəni artıracaq informasiya almaq imkanının məhdudluğundan xəbər verir. Altruistik motivasiya (ictimai maraqların qorunması – 38,0 faiz) yüksək olsa da, praktik iştirakçılıq olduqca məhduddur. Son iki ildə respondentlərin 66,4 faizi heç bir ictimai tədbirdə iştirak etmədiyini bildiriblər. İştirakçılığa mane olan əsas səbəblər arasında nəticəyə inamsızlıq (32,8 faiz), qanunvericilik bilgisinin olmaması (26,2 faiz) və əlçatanlıq problemləri (22,7 faiz) göstərilir. Vətəndaşlar ən çox dövlət nümayəndələri ilə birbaşa görüşləri (33,6 faiz) üstün tuturlar. Eyni zamanda, vətəndaşların 51,1 faizi dövlət-vətəndaş görüşlərinin intensivləşdirilməsini əsas çıxış yolu və islahat kimi qiymətləndirir. İctimai Şuraların tanınma səviyyəsi olduqca aşağıdır: respondentlərin 44,5 faizi az məlumatlı, 32,8 faizi isə heç məlumatı olmadığını bildirib. Bu, institusional etimadsızlığın əsas səbəblərindən biridir. Sonda yekun və bağlanış çıxışlarında ictimai nəzarətin dövlət orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılıq üçün mühüm demokratik alət olduğu, bu mexanizmin gücləndirilməsinin isə vətəndaşların idarəetmədə fəal iştirakına geniş imkanlar açacağı xüsusi vurğulanıb.


Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev “Şərq”ə açıqlamasında qeyd etdi ki, ictimai iştirakçılıq cəmiyyətdə qanun-qaydalara əməl olunmasında, qanunvericiliyə zəruri dəyişikliklər zamanı ictimai fikrin nəzərə alınmasında, idarəetmədə neqativ halların, ictimai problemlərin aradan qaldırılmasında, etik davranış qaydalarına, əxlaqi-milli dəyərlərə əməl edilməsində çox ciddi əhəmiyyətə malikdir: 

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışları zamanı daim bunu vurğulayır ki, ictimai nəzarət zəruridir, vətəndaşlarımız fəal olmalı, neqativləri görərək aidiyyətli orqanlara çatdırmalı, sosial aktivliyi təşviq edərək problemlərin aradan qaldırılmasına töhfə verməlidirlər. Hazırda vətəndaşların böyük bir qismi sosial şəbəkələrdə fəaldır, qarşılaşdıqları problemlər barədə paylaşımlar edir, bununla da, problemin ünvanını, səbəbini göstərmiş olur, nəticədə onun həllinə yönəlik addımların atılmasını təşviq etmiş olurlar. İctimai iştirakçılıq çox vacibdir. Demokratik quruluşların özülünü təşkil edir.    

Ə.Nuriyev bu günlərdə Azərbaycan Milli QHT Forumu tərəfindən “İsrafçılıq: milli-mənəvi dəyərlərin aşınması” mövzusunda ictimai müzakirə keçirildiyini, ziyalılar və ictimai xadimlərin israfçılığa qarşı ictimai səfərbərliyə çağırış etdiyini xatırlatdı: 

- Həmçinin tədbirdə ziyalılar və ictimai xadimlər bu gün cəmiyyəti narahat edən bir sıra mühüm məsələlərə toxundular. Sosial problemlərin həlli, vətəndaşları narahat edən məsələlərin gündəmə gətirilməsi vacibdir. Problemlərin həlli üçün maarifləndirmə və təşviqat işlərinin gücləndirilməsiylə yanaşı, qanunvericilikdə islahatların aparılması, inzibati tədbirlər və monitorinq mexanizmlərinin yaradılması, eləcə də ictimai qınağın artırılmasının zəruri olduğu bildirildi. Çıxışçılar bildirdilər ki, israfçılıq təkcə iqtisadi deyil, həm də mənəvi dəyərlərin aşınmasına səbəb olur. Bu cür problemlərə qarşı cəmiyyətin birgə səfərbərliyi vacibdir. Əsas odur ki, vətəndaş onun mövqeyinin, irad və təkliflərinin nəzərə alınacağına, müsbət dəyişkilik olacağına inansın. Əlbəttə, əgər bu irad və təkliflər obyektivdirsə, subyektivliyə əsaslanmırsa. Bəzən vətəndaşlarımız hansısa problemlərini ictimailəşdirməklə, əlaqədar orqanlara müraciət edilərək həll etməkdənsə, qeyri-qanuni yollarla, şəxsi tanışlıqlarla həlllinə çalışır və buna ümid edirlər. Bu cür hallar çox zaman uğursuz nəticələnir, yaxud da başqa bir qanunsuzluğa rəvac verir. Yaxşı olar ki, vətəndaşlar problemlərini qanuni yollarla, ictimai həmrəyliyə dayanaraq həllinə çalışsınlar. Bu, dövlətə güvəni möhkəmlədir, vətəndaş cəmiyyətini də gücləndirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri