Icma.az
close
up
RU
İctimai nəqliyyat bahalaşdı, sosial təbəqələri düşünən yoxdur

İctimai nəqliyyat bahalaşdı, sosial təbəqələri düşünən yoxdur

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tələbələr, şəhid ailələri və təqaüdçülər üçün münasib şərait hələ təmin olunmayıb


Parlamentə ictimai nəqliyyatda həssas təbəqələrə güzəşt təklif edilib



Dünən Milli Məclisin payız sessiyası çərçivəsində ilk iclası keçirilib. İclasın gündəliyində 12 məsələ olub. İclasda 27 sentyabr - Anım Gününün beşinci ildönümü ilə əlaqədar Bəyanat qəbul edilib. Bəyanatı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov oxuyub.

 Bəyanatda deyilib ki, 2020-ci ilin sentyabrın 27-də başlanmış və Azərbaycan silahlı qüvvələrini parlaq qələbəsi ilə başa çatmış 44 günlük Vətən müharibəsi milli tariximizin ən şərəfli səhifələrindən birini təşkil edir: "30 illik işğala hərbi yolla son qoyulması dövlətimizin ərazi bütövlüyünü təmin etdi. Azərbaycan bütün dünyaya sübut etdi ki, beynəlxalq hüquq mexanizmlərinin işləmədiyi, ikili standartlar şəraitində də uzaqgörən və müdrik dövlətçilik strategiyasıyla öz lideri ətrafında sıx birləşmiş xalq qanuni maraqlarını müdafiə etməklə tarixin gedişini dəyişməyə qadirdir". Bəyanat səsverməyə çıxarılaraq qəbul edilib.


Tələbələrin, şəhid ailələrinin, təqaüdçülərin bundan necə istifadə etməsi hələ də problem olaraq qalır

Milli Məclisdə ictimai nəqliyyatda qiymətlərin tənzimlənməsi və Heydər Əliyev Beynəlxalq Aeroportundan sərnişin daşınması məsələsi qaldırılıb. Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib ki, hər bir ölkədə ictimai nəqliyyatın tənzimləməsi ən önəmli məsələdir: "İctimai nəqliyyatda qiymətlərin artması iqtisadi cəhətdən əsaslandırıla bilər, ancaq sosial cəhətdən həssas təbəqənin hansı formada bundan yaralana bilməsi nəzərə alınmalıdır. Tələbələrin, şəhid ailələrinin, təqaüdçülərin bundan necə istifadə etməsi hələ də problem olaraq qalır. Türkiyədə bələdiyyə avtobuslarında təqaüdçülər heç bir ödəniş etmirlər. Digər tərəfdən, hava limanından daşınma məsələsinin indiyə qədər çözülməməsi böyük problem yaradır. Hava limanından gəlmək üçün alternativ yoxdur. Təsəvvür edin ki, Naxçıvandan yoxsul bir adam təyyarə ilə Bakıya 50-60 manata gəlir, üstəlik, 30-40 manat verərək Bakıya gəlməlidir".


"Mənə elə gəlir ki, Bakıda ciddi nəqliyyat və yol problemi yoxdur"

Deputat Hikmət Məmmədov deyib ki, paytaxtda "butulka effekti" yaradan darboğazlar problemi var: "Bu ünvanları hamı bilir. 20 Yanvar dairəsində, Babək prospektindən Heydər Əliyev prospektinə dönən yolun kəsişməsində və Koroğlu körpüsünün ətrafındadır. Əslində, şəhərimizdə tıxac problemi təqdim olunan qədər faciəvi deyil. Həmçinin, biz yeni qanun layihəsi qəbul etməliyik. Yol nəqliyyatının, infrastrukturunun idarə olunmasında iştirak edən müəssisələrin, dövlət qurumlarının fəaliyyətinin koordinasiya edilməsi və onların səlahiyyətlərinin müəyyənləşdirilməsi çox vacibdir".


"Ali təhsil haqqında qanuna ehtiyac var"

Deputat Ceyhun Məmmədov payız sessiyasının gündəliyinə ali təhsil haqqında qanun layihəsinin daxil edilməsini təklif edib. O qeyd edib ki, ali təhsil müəssisələrinin belə bir qanuna ehtiyacı var: "Biz təhsil haqqında qanun qəbul etmişik. Qanun layihəsində ali təhsil sisteminin elektronlaşdırılması, maliyyələşdirilməsi, tədqiqat universitetlərinin yaradılması, akademik heyətin hüquq və vəzifələri, ali təhsil müəssisələrinin muxtariyyəti və digər mühüm vəzifələr əksini tapıb. Bu gün heç bir halda qaydalar qanunu əvəz etmir. Eyni zamanda süni intellekt haqqında qanun hazırlanmasını təklif edirəm. Bu yaxınlarda İtaliya belə bir qanun qəbul etdi”. Deputat, həmçinin qəbiristanlıqlarla bağlı qanunun qəbul olunmasını təklif edib və getdikcə bu məsələnin daha çox problem yaradacağını vurğulayıb.


"Nümunəvi qəbiristanlıqlar bələdiyyələrə verilməlidir" 

Siyavuş Novruzov deyib ki, Nazirlər Kabinetinin nümunəvi qəbiristanlıqlarla bağlı qərarı var. Hesab edirəm ki, bunu qanun şəklinə salmaq lazımdır. Millət vəkili vurğulayıb ki, yerlərdə nümunəvi qəbiristanlıqlar bələdiyyələrə verilməlidir: "Çünki aztəminatlı ailələrin hamısı bələdiyyələrə müraciət edir. Bələdiyyələr də bunu həyata keçirməlidir, kimin imkanı yoxdur, ona köməklik etməlidir". Siyavuş Novruzov bildirib ki, bələdiyyələrdə yaşayış və qeyri-yaşayış obyektlərindən ildə bir dəfə eyni vergi yığılır: "Lakin yaşayış obyektlərindən işıq, qaz, su ilə bağlı vergi bir dəfədirsə, digərlərindən üçqat vergi yığılır. Ona görə bu tətbiq də bələdiyyələrdə olmalıdır ki, onların da maliyyə imkanları genişlənsin, gələcəkdə onlar da müvafiq addımların atılmasına xidmət göstərə bilsinlər".


"Müflisləşmə və iflas haqqında qanun təkmilləşdirilməlidir"

Deputat Razi Nurullayev bildirib ki, Azərbaycanda "Müflisləşmə və iflas haqqında" qanun var. Məqsəd borclu şəxslərin iqtisadi vəziyyətini normallaşdırmaq və onları yenidən bazara qaytarmaqdır: "Hazırkı qanun bunu edə bilirmi? Birmənalı yox". O qeyd edib ki, zaman keçdikcə iqtisadi şərait və müflisləşmə prosedurlarına olan ehtiyac dəyişib: "Bu qanunun digər ölkələrdəki müflisləşmə və iflas qanunları ilə müqayisəsini aparsaq acınacaqlı mənzərə ortaya çıxır. Ona görə də "Müflisləşmə və iflas haqqında" qanunun iş planına salınmasını və təkmilləşdirilməsini təklif edirəm". Deputatın sözlərinə görə, Azərbaycanda müflisləşmə və iflas yalnız bir dəfəyə, ümumi prosedur kimi nəzərdə tutulub: "Həm də hüquqi və fərdi müflisləşmələr arasında fərqlər açıq şəkildə nəzərə alınmayıb. Azərbaycanda hüquqi müflisləşmə proseduru daha çevik və borclu şirkətlərin fəaliyyətini davam etdirməsinə imkan verəcək şəkildə təkmilləşdirilməlidir. Borclulara işlərini bərpa etmək və iqtisadi vəziyyətlərini düzəltmək üçün dəstək proqramlarının əlavə edilməsi faydalı ola bilər”.

Razi Nurullayev qeyd edib ki, Azərbaycanda borcluların və şirkətlərin yenidən qurulması üçün tam mükəmməl mexanizm yoxdur. Bu sahədə əlavə təkmilləşdirmələr tələb olunur: "Azərbaycan qanunvericiliyində borclu şəxslərin borcunun silinməsi və ya azaldılması üzrə daha elastik bir sistemin tətbiqi müflisləşmə prosedurunu daha effektiv edərdi. Şirkətlərə borclarını ödəmək və eyni zamanda fəaliyyətlərini davam etdirmək üçün daha çevik bir sistem tətbiq edilməlidir. Azərbaycanda da fərdi şəxslər üçün uzun müddət ərzində borclarını ödəməyə imkan verən sistemlər inkişaf etdirilməlidir". 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Sentyabr 2025 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see300

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see165

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see151

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see150

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see149

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see147

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see147

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri