Icma.az
close
up
RU
İctimai nəqliyyat pulsuz olsun, olmasın?

İctimai nəqliyyat pulsuz olsun, olmasın?

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Sentyabr ayına qədəm qoyandan yollarda maşınların artımını müşahidə edirik. Sentyabrın 15-dən, yəni yeni dərs ili başlayanda isə tıxaclar daha da artacaq.

Belə baxanda heç yay aylarında da tıxacsız günümüz olmur. Dərs ili başlayanda isə tıxaclar dözülməz hal alır. Yenə də tıxac ucbatından işə, görüşə gecikmələrlə, yollarda lüzumsuz zaman itkisi ilə üzləşəcəyik. Tıxac dünyanın demək olar ki, hər ölkəsində var. Xüsusən də paytaxt sakinləri pik saatlarında çox əziyyət çəkir. Azərbaycan isə bəlkə də tək-tük ölkələrdəndir ki, burda pik saatını müəyyənləşdirmək mümkün deyil. Günün istənilən saatı pik saatının “qurbanına” çevrilirsən. Tıxacların aradan qaldırılması ilə bağlı atılan addımlar isə səmərə vermir, çünki kompleks xarakter daşımır. Məsələn, yollar genişləndirilir,effekti qısamüddətli olur. Səhərsalma ekspertləri deyir ki, yeni və geniş yol özünə yeni maşınlar cəlb edir. Yəni nə qədər yolu genişləndirsən bir o qədər çoxlu maşın həmin yola üz tutar. İctimai nəqliyyat üçün ayrıca zolaqlar çəkildi, yolun digər hissəsində tıxac daha da çoxaldı. Əlbəttə bu addım düzgün idi. Heç olmazsa ictimai nəqliyyatın funksionallığı artmağa başladı. Ancaq ictimai nəqliyyat yollarının ayrılması digər maşınların yolunu daha da darlaşdırdı və tıxacı artırdı. Hətta elə küçələr oldu ki, orda maşınların gediş zolağı dəfələrlə azaldıldı. Çünki avtobus zolağı ilə yanaşı hələki populyar olmayan velosiped zolaqları da peyda oldu.

Qarşıda bizi yeni tıxac dövrü gözləyir. Yeni də narazılıqlar, hökumətdən gözləntilər, təkliflər artacaq. Fikrimcə, hökumətin əsas hədəfi yolları genişləndirmək, şəxsi maşınların istifadəsini məhdudlaşdırmaq yox, ictimai nəqliyyatın əhali üçün cəlbediciliyini artırmaq olmalıdır. Müəyyən hallarda şəxsi maşınlara münasibətdə məhdudlaşdırma tətbiq edilə bilər, ancaq əsas vurğu ictimai nəqliyyatın populyaşması üzərinə qoyulmalıdır.

Bunun üçün nə edilə bilər?

1. İctimai nəqliyyatın tezliyini artırmaq. Məsələn, hər gün Sumqayıt-Xırdalan -Bakı -Xırdalan-Sumqayıt marşrutu üzrə qatar işləyir. Bu marşrut üzrə qatarlar gün ərzində cəmisi 10-12 reys (səhər və axşam saatlarında) edir. Halbuki həmin reysi gün ərzində hər 20-30 dəqiqədən bir təşkil edilsə sərnişinlərin də sayı artar. Bu reys 10.30-16.00 arası və 21.00-dan sonra işləmir. Halbuki mütəmadi reyslər Sumqayıt-Bakı yolunda tıxacı əhəmiyyətli dərəcədə azaldar.

2. Metro xəttinin uzadılması. Metro xəttini Xırdalan kimi uzadılması Bakı-Sumqayıt yolunda tıxacları əhəmiyyətli dərəcədə azaldar. Burda da yeni bir yoxdur, bu barədə çox yazılıb. Bildiyim qədər Xocahəsəndən Xırdalan metro xətti çəkmək üçün ciddi maneə yoxdur. Metro xəttinin çəkilişinin həm də ekoloji faydası var.

3. İctimai nəqliyyatın pulsuz olması. Yəqin ki ictimai nəqliyyatda qiymətlərin bahalaşacağı ilə bağlı xəbərlərin dolaşdığı bir vaxtda belə təklif utopik səslənə bilər. Ancaq niyə də yox? Lüksemburq, Malta, Serbiya və hətta vaxtilə Azərbaycanla eyni siyasi-iqtisadi məkanı bölüşmüş Estoniyada ictimai nəqliyyat pulsuzdur. Fransa, Böyük Britaniya, Polşa, İsveç, İslandiya kimi ölkələrin bəzi şəhərlərində sərnişinlər pulsuz nəqliyyatdan istifadə etmək imkanına malikdirlər. Getdikcə ictimai nəqliyyatı əhaliyə pulsuz xidmət göstərən ölkələrin sayı artır. Azərbaycanda Bakıda bunu tətbiq etmək olar. İlk olaraq metrodan başlamaq olar.

Bütün bunlarla yanaşı şəxsi maşınlara münasibətdə məhdudiyyətlərin tətbiqinə başlamaq olar.

Samir Əliyev

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 Sentyabr 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri