Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

İctimai nəqliyyatda köklü irəliləyiş 1 2 ilə mümkün deyil EKSPERT

İctimai nəqliyyatda köklü irəliləyiş 1 2 ilə mümkün deyil EKSPERT

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Son dövrlərdə Azərbaycanda ictimai nəqliyyatdan istifadə artmaqdadır. 2025-ci ilin ilk yarısında avtobuslarla 861 milyondan çox sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 52 milyon 554 min nəfərdən çoxdur. Bakıda ictimai nəqliyyatın payı 5,5 faiz artaraq 33,9%-ə çatıb, şəxsi avtomobil və taksilərin payı isə 41,8%-ə qədər enib. Avtobus zolaqlarının artırılması, marşrut şəbəkəsinin genişləndirilməsi və yeni dayanacaqların tikintisi ictimai nəqliyyatın səmərəliliyini yüksəldib. Eyni zamanda, ekoloji təmiz avtobusların gətirilməsi və yerli istehsal zavodunun açılması bu sahənin inkişafını daha da sürətləndirir.

Qeyd edək ki, hazırda 40-a yaxın küçə və prospektdə 112 kilometrdən çox avtobus zolağı mövcuddur və bu zolaqlarda hər gün 1 milyona yaxın sərnişin daşınır. Orta sürətin artması nəticəsində bir sıra marşrutlarda gediş vaxtı 12-22 dəqiqə azalıb. Yeni iqtisadi model çərçivəsində yaxın zamanda ölkədə Çin şirkəti ilə birgə avtobus istehsal edən zavodun fəaliyyəti də planlaşdırılır.

Nəqliyyat eksperti Elməddin Muradlı Modern.az-a deyib ki, Azərbaycanda nəqliyyat probleminin nə qədər dərin olduğunu nəzərə alsaq, bu sahədə ciddi dəyişikliklərin baş verməsi üçün 10 il belə yetərli olmaya bilər. Onun sözlərinə görə, bir neçə ay ərzində nələrinsə dəyişdiyini iddia etmək və ya hansısa nəticələr gözləmək isə olduqca qeyri-real və absurd yanaşmadır:

“Ümumi mənzərəyə baxdıqda nəqliyyat sektorunda islahatların aparıldığını, müəyyən addımların atıldığını və strateji yol xəritəsinin formalaşdırıldığını görə bilərik. Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı dövlət proqramı artıq təsdiqlənib. Sözügedən proqram çərçivəsində bir sıra həll yolları müəyyən olunub. Buraya ilk növbədə, metro şəbəkəsinin genişləndirilməsi daxildir.

Bundan əlavə, avtobus parkının yenilənməsi və avtobusların sayının artırılması istiqamətində işlər görülür. Taksi sahəsində islahatlar aparılır və bu sahədə sistemli yanaşmanın tətbiqinə çalışılır. Digər vacib məqamlardan biri isə sürücü kontingentinin təkmilləşdirilməsidir ki, bu da ciddi şəkildə nəzərə alınmalıdır”.

Ekspert bildirib ki, ümumilikdə bu problemlərin tam həlli uzun illər tələb edir:

“1-2 il ərzində ciddi dəyişikliyin baş verdiyini söyləmək reallığı əks etdirməz. Lakin ötən illə müqayisədə bu ilin ilk 6 ayında ictimai nəqliyyata marağın artdığı müşahidə olunur. Statistikalara əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ictimai nəqliyyatdan istifadə edənlərin sayı təxminən 6 faiz artıb. Bu da onu göstərir ki, atılan addımlar tədricən müsbət nəticələr verir”.

E.Muradlı həmçinin vurğulayıb ki, əsasən avtobus parkının yenilənməsi, xüsusi avtobus zolaqlarının yaradılması, marşrutların intervalına müəyyən qədər riayət olunması bu inkişafda rol oynayıb.

“Ancaq hələ də bir sıra problemlər qalmaqdadır. Bu problemlər aradan qaldırıldıqca, ictimai nəqliyyata maraq daha da artacaq və bu da öz növbəsində Bakının nəqliyyat infrastrukturunun köklü şəkildə dəyişməsinə səbəb olacaq.

Bu dəyişikliyin tərkib hissəsi kimi yeni yolların salınması, körpülər və tunellərin inşası, mövcud yol şəbəkələrinin şaxələndirilməsi və daha səmərəli formaya salınması planlaşdırılır. Məsələn, hal-hazırda tikilən bəzi körpülər tam səmərə ilə işləmədiyi üçün onların funksionallığı artırılacaq, yolların buraxılış gücü genişləndiriləcək”.

Ekspert onu da əlavə edib ki, xüsusi olaraq Bakı kəndləri ilə bağlı uzun müddətdir mövcud olan nəqliyyat problemləri və kənar dairəvi yolların birləşdirilməsi məsələsi də artıq dövlət proqramında öz əksini tapıb:

“Bu, gələcəkdə insanların şəhərə daxil olmadan, kənar yollarla Bakının müxtəlif istiqamətlərinə rahat şəkildə hərəkət etməsinə imkan verəcək. Hazırda isə belə bir imkan mövcud deyil və istənilən istiqamətə getmək üçün şəhərin mərkəzindən keçmək zərurəti yaranır. Bu isə düzgün yanaşma deyil.

Nəticə etibarilə, budəfəki dövlət proqramı nəqliyyat siyasətinə daha sistemli və məqsədyönlü yanaşmanı ehtiva edir. Əvvəlki dövrlərdə isə bu sahəyə münasibət daha səthi və pərakəndə olub”,- deyə E.Muradlı bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Avqust 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see501

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see474

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see283

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see264

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see257

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see256

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see246

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see243

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see243

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see237

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see233

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see224

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see221

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see221

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see212

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see209

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see200

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see197

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see194

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri