Icma.az
close
up
RU
İctimai yerlərdə etik davranış qaydaları necə olmalıdır? SORĞU

İctimai yerlərdə etik davranış qaydaları necə olmalıdır? SORĞU

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cəmiyyətdə bir insanın sadəcə özünü deyil, digərlərini də düşünməsi kimi bəzi normalar vardır. İctimai nəqliyyatdan tutmuş teatr və restoranlara qədər bir çox ictimai yerlərdə bir sıra qaydalar davranışlarımızı müəyyən edir. İctimai yerlərdə şit hərəkətlər, ucadan mahnı oxutmaq, dar keçidlərdə yolu kəsərək söhbətləşmək və ya zarafatyana süpürləşmək, ucadan danışmaq, hara gəldi zibil atmaq, avtobusda sürücü ilə söyüşmək qeyri-etik davranış qaydalarıdır. SİA şəhər sakinlərindən ictimai yerlərdə özünü apara bilməyən insanlara necə münasibət göstərdikləri ilə bağlı sorğu keçirib.

Şəhər sakini Nərmin Məmmədli: "Azərbaycan Dövlət Pedaqoji Universitetin tələbəsiyəm. Fikrimcə, ictimai ərazilərdə insanları narahat edəcək şəkildə yüksək səslə, yaxud da şit zarafatlar etmək insanın öz tərbiyəsindən irəli gəlir. Bunlara nə qədər cəza, başqa bir şey tətbiq olunsa da, düzəlməyəcək. Çünki bu, insanın içindən gələn şeydir. Düşünürəm ki, ailələr əvvəldən övladlarına tərbiyəni düzgün verməlidir".

Şəhər sakini Akif Azaloğlu: "Bu hərəkətlər kimə lazımdır? Olmaz etmək. Televiziya, radio vasitəsilə mütəmadi işlər aparmaqla qarşısını almaq olar. Zamanla olan işdir. Birdən-birə düzəlməz. Tərbiyə məktəbdən, ailədən başlamalıdır. Qanında varsa, düzələcək, yoxdursa, düzəlməyəcək".

Şəhər sakini Nicat Ağayev: "Tədbir görülməlidir. Çünki birinci, gərək insanın özünə hörməti olsun. Nə qədər etik davranışlarımızı qorusaq, bir o qədər yaxşı olar. Əvvəl özünə hörmət etməlidir ki, sonra qarşısındakı insana hörmət etsin. Məsləhət xeyir etməz, gərək insanın qabında olsun".

Şəhər sakini Vüsalə Abbasova: "Əlbəttə ki, nə mənim, nə də başqasının qeyri-etik hərəkət edən insanlardan xoşu gəlməz. Ən azı etik cəhətdən düzgün deyil. Kobudluqdur, xoşagələn deyil. Qarşıda olan insanlara da narahatlıq törədir. Böyüklərə məsləhət verməyə çalışsaq, bizi borclu çıxardar. Ona görə əsəbləşməyə dəymir. Hər kəs özü başa düşməlidir ki, ictimai yerdə necə hərəkət etmək lazımdır".

Şəhər sakini Eldar Hacıyev: "Qeyri-etik hərəkətlərə çox pis münasibətim var. Bu dəqiqə cavanların çoxunda tərbiyə yoxdur. Əvvəllər bizim dövrdə tərbiyə bağçadan başlayırdı. Cəmiyyət onu tərbiyə edirdi. İndi kiməsə söz deməyə qorxursan. Bu yaxınlarda başıma gəlib. Metroda pilləkənlə qalxırdım, gördüm ki, bir qadın ağır zənbillə çıxır. İki cavab oğlan gedirdi, dedim ki, qadına kömək edin. Tələsdiklərini deyib getdilər. Mənim də ayağım xəstədir, məcbur oldum, mən qaldırdım. Sonra bir saat ayağım ağrıdı. Bilmirsən ki, məktəbdə, yoxsa ailədə tərbiyə yoxdur. Açığı deyim ki, gücümüz çatmır, ancaq öz evimiz daxilində ailəmizi tərbiyə edirik. Ümidlə yaşayaq ki, bizdə də olacaq. Çünki biz buna layiq xalqıq. Mən dünyada çox yerə səyahət etmişəm. Müqayisə edəndə yenə də bizdə o tərbiyə var. Başqa yerdə kiməsə yer versən, sənə pis baxırlar".

Şəhər sakini Miruğur Əlili: "Bu insanlara qarşı elə də böyük fikrim yoxdur. Amma hər şey ailədən, mədəniyyətdən gəlir. Uşaq da valideyndən öyrənir. Uşaq görür ki, valideyn nə edir, o da eynisini təkrar edir. Bu insanlara qarşı tədbir görmək çətindir. Mən olsam, tədbir görərəm. Əslində qayda-qanunlar qoyaram. Məsələn, cərimə edərəm. Avtobus, metroda yazdıraram ki, yüksək səslə danışmaq olmaz, qocalara, hamilə qadınlara yer verin. Etməsələr, cərimə edərəm".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:444
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Aprel 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri