Naxçıvan deputatlarının etik davranış qaydaları dəyişdi
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Naxçıvan Ali Məclisi deputatının etik davranış qaydaları haqqında qanunvericilik genişləndirilib.
"Unikal" xəbər verir ki, bu məsələ “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının etik davranış qaydaları haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunda öz əksini tapıb.
Belə ki, daha əvvəl deputatın etik davranış qaydaları haqqında qanunvericilik aşağıdakılardan ibarət idi:
Azərbaycan Respublikasının Konstitusiyası; Naxçıvan Muxtar Respublikasının Konstitusiyası; “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu; Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi; “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının etik davranış qaydaları haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu və buna uyğun hazırlanan digər normativ hüquqi aktlar;Qanunla “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu da bu siyahıya əlavə edilib.
Bununla “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu Naxçıvan Ali Məclisi deputatları üçün etik davranış qaydaları haqqında qanunvericilik aktı hesab ediləcək.
Baxış sayı:134
Bu xəbər 12 Fevral 2026 19:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















