Icma.az
close
up
RU
İctimai yerlərdə siqaret çəkənlərə XƏBƏRDARLIQ Reydlər BAŞLAYIR?

İctimai yerlərdə siqaret çəkənlərə XƏBƏRDARLIQ Reydlər BAŞLAYIR?

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son illərdə Azərbaycanda küçələrdə siqaret çəkməyin qarşısını almağa yönələn qanunvericilik təşəbbüsləri müzakirə mövzusu olub. "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun 29 dekabr 2017- ci ildən  qüvvəyə minib. Küçələrdə və ictimai yerlərdə siqaret çəkənlərə 300 manat cərimə tətbiq olunması qərara alınıb. Lakin görünən odur ki, bu qanun hələ də tam şəkildə tətbiq olunmur və küçələrdə, dayanacaqlarda, parklar və insanların sıx toplaşdığı məkanlarda siqaret çəkən insanların sayı getdikcə artır.
Bəs, niyə bu qanun işləmir? Tütün məmulatlarından istifadəyə tətbiq edilən qadağaya niyə məhəl qoyulmur?
Cəmiyyətdə bu yöndəki fikirlər haçalanır. Bəziləri qanunun icrası ilə bağlı resursların çatışmadığı, bəziləri isə bunun səbəbini məhz insanların mədəniyyəti ilə əlaqələndirir. Hələ də geniş kütlə arasında siqaretin ictimai məkanda çəkilməsi normal bir hal kimi qəbul edilir. İnsanlar, xüsusilə sıx toplaşan məkanlarda, siqaret çəkənləri görürlər, amma cəmiyyətdə qəbul olunduğunu düşündükləri üçün etiraz etmirlər.
Mövzu ilə bağlı hüquqşünas Anar Qasımlı Bizim.Media-ya açıqlamasında bildirib ki, bu istiqamətdə nəzarət və xəbərdarlıq aşağı səviyyədədir.
O, qeyd edib ki, sözügedən məsələ çox ciddi problemlərdən biridir:
“Həqiqətən də görünən odur ki, tütündən qadağan olunmuş yerlərdə istifadəyə görə, habelə tütün tullantılarının atılmasına görə məsuliyyət müəyyən edən qanunvericiliyin tələblərinə riayət olunmur. Çox güman ki, bu daha çox əməkdaş cəlb olunması zərurətindən irəli gəlir.
Xatırlayırsınızsa, bir vaxtlar şəhərdə piyadaların yolu ancaq piyada keçidlərindən keçməsi üçün ciddi nəzarət vardı. Hazırda demək olar ki, bu da yoxdur. Amma insanlar əksər hallarda piyada keçidlərindən istifadə edirlər. Çünki hazırda ciddi faktiki nəzarət olmasa da, insanların şüurunda qalıb ki, cərimə oluna bilərlər. Ona görə də, piyada keçidlərindən istifadə edirlər”.
A.Qasımlının fikrincə, tütün məmulatlarından istifadəyə və tullantıların küçəyə atılmasına da ciddi nəzarət olmalıdır:
“Reydlər keçirilməlidir. Bir müddət mütəmadi nəzarət olunarsa, bu insanların şüuruna ciddi təsir göstərər və belə neqativ hallar aradan qalxar. Bu addımlar atılmadığı təqdirdə, küçələrdə siqaret çəkmə vərdişi hələ uzun müddət davam edə bilər”,- deyə o fikrini yekunlaşdırıb.
Ayşən Rəhim, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 Mart 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri