Icma.az
close
up
RU
İctimaiyyət vaxtında məlumatlandırılmalıdır Deputat

İctimaiyyət vaxtında məlumatlandırılmalıdır Deputat

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Ayın 16-da gecə saat təxminən 01 radələrində paytaxt üzərində naməlum uçan aparat – yəni pilotsuz uçuş aparatı peyda olub. İnsanlar xeyli narahat olub”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

“Çox təəssüf ki, müvafiq dövlət orqanları bu barədə heç bir açıqlama verməyiblər. “İnformasiya əldə etmək haqqında” qanuna əsasən dövlət orqanlarının borcudur ki, belə hallarda ictimaiyyəti informasiya ilə təmin etsinlər. Eyni zamanda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda da qeyd olunur ki, dövlətin siyasəti informasiya sahəsində milli təhlükəsizliyi təmin etməkdir. Belə hallarda, yəni geniş ictimai rezonans doğuran hadisələr barədə məlumat verilmədikdə, bu, çoxsaylı şayiələrin yayılmasına səbəb olur. Təəssüf ki, bu şayiələrin bir qismi dövlət və dövlət orqanlarının gözdən salınmasına yönəlir. Ona görə də hesab edirəm ki, müvafiq dövlət orqanları öz vəzifələrini layiqincə yerinə yetirməli və ictimaiyyəti vaxtında məlumatlandırmalıdırlar ki, müxtəlif şayiələr yayılmasın. Mənim qeyd etmək istədiklərim bundan ibarətdir. Xahiş edirəm ki, Milli Məclisin Aparatı mənim bu çıxışımı Müdafiə Nazirliyinə deputat sorğusu kimi qəbul edib göndərsin və onlar da ictimaiyyəti bu barədə məlumatlandırsınlar”, – deyə deputat bildirib.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 Mart 2026 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see321

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see321

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see319

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see259

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see253

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see252

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see249

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see245

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see245

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see232

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see212

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see207

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see207

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see204

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see202

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri