Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Xarici ticarət: ixrac və idxal azalır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

İdarə Heyətinin sədri Zakir İbrahimovun Nadir incilər ipəklə gümüşün harmoniyası adlı təqdimat mərasimində çıxış nitqi

İdarə Heyətinin sədri Zakir İbrahimovun Nadir incilər ipəklə gümüşün harmoniyası adlı təqdimat mərasimində çıxış nitqi

Icma.az bildirir, Adelet.az portalına istinadən.

Hörmətli qonaqlar,
Əziz tədbir iştirakçıları,

Dünyanın ən zəngin biomüxtəliflik mərkəzlərindən biri olan ölkəmizdə nadir fauna növlərinə həsr edilmiş “Nadir incilər – İpəklə gümüşün harmoniyası” adlı tədbirdə hər birinizi sizi salamlayıram. Bu təşəbbüsə göstərdiyiniz dəstəyə görə təşəkkür edirəm.

Ölkəmizin milli dəyərlərinin təbliği istiqamətində bu dəyərli təşəbbüsün ərsəyə gəlməsi üçün qısa zaman ərzində mühüm işlər görən Azerxalça ASC-nin peşəkar kollektivinə təşəkkür edirəm. Bu təşəbbüs bizim ilk əməkdaşlığımız deyil və əminik ki, ölkəmizin dəyərlərinin təbliği istiqamətində bundan sonra da daha uğurlu layihələrə birlikdə imza atacağıq.

İlk növbədə qeyd edim ki, ölkəmizin aparıcı dağ-mədən şirkəti “AzerGold” yalnız qızıl və gümüşün hasilatı və ixracı ilə deyil, həm də məhsulların son istehlakçıya çatdırılması sahəsində uğurla həyata keçirdiyi təşəbbüsləri ilə də seçilir. Dövlətimizin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət çərçivəsində bu istiqamətdə bir çox uğurlar əldə edilib. Yerli istehsalın təşviqinə yönəlmiş iqtisadi siyasət fəaliyyətimizə geniş imkanlar açıb. Yerli xammal əsasında hazırlanmış qiymətli məmulatların daxili bazarda satışı, mədəni irsin və milli dəyərlərin təbliği ilə yanaşı, rəqabətqabiliyyətli milli məhsulların yaradılması baxımından da uğurlu nümunəyə çevrilib.

“AzerGold”un ilk məhsullarının təqdimatına 2019-cu ildən başlanılıb. Sikkə və külçələrin istehsalında əsas məqsəd yerli bazarı milli dəyərlərimizi əks etdirən məhsullarla təmin etməklə “Made in Azerbaijan” brendini təşviq etmək idi. Bu günədək, maddi dəyərdən savayı, mənəvi və simvolik mənalar daşıyan 13 qızıl və 9 gümüş kolleksiyanın kütləvi istehsalı həyata keçirilib. Zamanla bu layihə yalnız təbliğat missiyası ilə məhdudlaşmayaraq, ölkə iqtisadiyyatı üçün real dəyər yaradan uğurlu bir modelə çevrilib. Yerli xammalın əlavə dəyərə malik son məhsula çevrilməsi iqtisadi şaxələndirməyə töhfə verib. Cari ildə qiymətli məhsulların ölkədaxili pərakəndə satışından 38,6 milyon manat vəsait əldə edilib. 2019-cu ildən bu günədək isə məhz bu istiqamət üzrə ölkə iqtisadiyyatına təqribən 92 milyon manata yaxın vəsait cəlb olunub.
Dövlət şirkətinin 2025-ci ildə dünya və yerli bazarlarda ümumi satışlarının həcmi isə 431 milyon manat təşkil edib. Fəaliyyət dövrü ərzində ölkə iqtisadiyyatına 1,9 milyard manat həcmində vəsait cəlb edilib.

“AzerGold” 2023-cü ildən etibarən məhsulların hazırlanmasında müasir və alternativ istehsal həlli olan “smartminting” texnologiyasının tətbiqinə başlayıb. Xüsusilə qeyd etmək istərdim ki, numizmatika sahəsində inqilabi yenilik sayılan bu texnologiya vasitəsi ilə üçölçülü formatda mürəkkəb dizaynlı sikkələrin istehsalı həyata keçirilir. Bu innovativ üsul Asiya qitəsində ilk dəfə məhz Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “100 il və onun fövqündə bir irs” adlı qızıl sikkənin AzerGold tərəfindən istehsalında tətbiq edilib.
Bilirsiniz ki, yaşadığımız dövr innovativ texnologiyalar və süni intellekt dövrü olsa da, eyni zamanda iqlim dəyişiklikləri, təbiətin, canlıların qorunması kimi qlobal problemlərin yaşandığı dövrdür. Bu kontekstdə dünyanın 200-dən çox ölkəsinin yekdil qərarı ilə BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının keçirilməsinin ölkəmizə həvalə edilməsi beynəlxalq nüfuzun, etibarlı tərəfdaş imicinin və “yaşıl iqtisadiyyat”a keçid strategiyasının nəticəsidir. Ötən ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi isə möhtərəm cənab Prezident İlham Əliyevin bu qlobal çağırışlara verdiyi önəmin daha bir göstəricisidir.

Ölkəmizdə vəhşi təbiətin mühafizəsi dövlət siyasəti səviyyəsində prioritet istiqamətlərdən biridir. Bu sahədə atılan ardıcıl addımlar göstərir ki, biz təbiətə yalnız iqtisadi resurs kimi deyil, gələcək nəsillərə ötürüləcək irs kimi yanaşırıq. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən təşəbbüslər mədəniyyətin, humanizmin və ekologiyanın ayrılmaz olduğunu göstərir. Çünki təbiəti qorumaq – insanı, milli kimliyi və gələcəyi qorumaq deməkdir.
Bu kontekstdə IDEA İctimai Birliyinin fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Təşkilatın həyata keçirdiyi layihələr nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərinə yeni həyat, təbiətə isə ümid qazandırıb. “Qafqazın böyük beşliyi” layihəsi çərçivəsində qonur ayı, imperator qartalı, boz canavar, ceyran və Qafqaz bəbirinin mühafizəsi, ceyranların tarixi areallarına reintroduksiyası istiqamətində görülən işlər bu sahədə nümunəvi yanaşmalardır.

Bu təşəbbüslərin uğurla reallaşmasında IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın əvəzsiz rolu var. Onun təşəbbüsləri və fəal liderliyi ilə nadir və nəsli kəsilməkdə olan növlərin mühafizəsi yalnız yerli deyil, beynəlxalq müstəvidə də diqqət mərkəzinə gətirilib. Təqdimatına yığışdığımız layihənin icra edilməsində əsas ilham mənbəyimiz də məhz bu fəaliyyətdir.
Hörmətli qonaqlar,
Bildiyiniz kimi, mədənçilik ənənəvi olaraq ekologiya və ətraf mühitə müəyyən mənfi təsirləri ilə diqqət çəkən sahə kimi qiymətləndirilir. Bunun üçün də ekoloji dayanıqlılıq və ətraf mühitin qorunması mədən şirkətlərinin bütün fəaliyyət istiqamətləri üzrə ən vacib çağırış hesab edilir. “AzerGold” bu və digər prinsipləri BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun formalaşdıraraq təbii resursların məsuliyyətli idarə olunmasını təmin edir. Ətraf mühitlə bağlı fəaliyyətlərdə milli qanunvericiliyə və ölkəmizin tərəfdaş çıxdığı beynəlxalq konvensiyalara uyğunluq əsas götürülür. Təkcə yataqların istismarı prosesində deyil, bütün istiqamətlər üzrə ekoloji tələblər ən vacib prioritet kimi nəzərə alınır.

Cəmiyyət tərəfindən Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə mütəmadi olaraq, ekoloji maarifləndirmə, bölgələrdə yaşıllıq sahələrinin artırılması, ekoloji tarazlığın qorunmasına töhfə verilməsi istiqamətində birgə tədbirlər icra edirik.

Fəaliyyət dövrü ərzində hasilat bölgələrindən yeri iqlim şəraitinə uyğun minlərlə ağac və kol bitkiləri əkilib.
Şirkət tərəfindən həyata keçirilən sosial layihələr arasında da bioloji müxtəlifliyin qorunması önəmli yer tutur. 2021-ci ildə Cəmiyyət və ETSN tərəfindən həyata keçirilən ekoloji layihə çərçivəsində Daşkəsən rayonunda yerləşən Güney-Zağalı su anbarına Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmiş 3000-dən çox qızılxallı forel körpələri buraxılıb.

Hasilat zonalarında bitən və “Qırmızı Kitab”a daxil edilmiş nadir və nəsli kəsilmək təhlükəsində olan bitki növlərinin çoxaldılması və onların tarixən yetişdiyi ərazilərə reintroduksiyasını özündə ehtiva edən uzunmüddətli ekoloji layihələr bu istiqamət üzrə çoxşaxəli fəaliyyətə ən bariz nümunələrdən biridir.

Layihə çərçivəsində “Qırmızı Kitab”a daxil edilmiş Zəngəzur itburnusu (Rosa zangezura), Nizami itburnusu (Rosa nisami), İriyarpaq kövrək mürdəşər (Frangula grandiflora), Dəmirağac kimi 10-dan çox nadir ağac və bitki növünün kütləvi əkini həyata keçirilib. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının “Qırmızı kitabı”nın 2023-cü ildə nəşr edilmiş 3-cü nəşrində “AzerGold” QSC-nin icra etdiyi bu ekoloji əhəmiyyətli layihə öz əksini tapıb.
Bu gün təqdim etdiyimiz sikkələrin üzərində təsvir olunan nadir fauna növlərinin seçimi də təsadüfi deyil. Onların hər biri Respublikamızın “Qırmızı Kitabı”, o cümlədən Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “qırmızı siyahı”nın nəsli kəsilmək təhlükəsi olan həssas olan canlılar kateqoriyasına daxil edilib.

“Ceyran” — azadlığın və zərifliyin, “Qafqaz bəbiri” — gücün və əsalətin, “Bezoar keçisi” isə iradə, inadkarlıq və cəsarətin rəmzidir. Bu canlılar minilliklər boyu bu torpaqlarda yaşayıb. Bu gün isə onların taleyi bizim seçimlərimizdən və məsuliyyətimizdən asılıdır.

Canlıların məhv olmasının qarşısının alınması təkcə bir ölkənin deyil, bütün bəşəriyyətin qarşısında duran qlobal çağırışdır. Bu gün “smartminting” texnologiyası ilə zərb edilmiş gümüş sikkələr, ipək və yun qarışımından toxunmuş zərif xalçalar “AzerGold” və “Azərxalça”nın bu çağırışa verdiyi mesajdır. Mesaj isə sadədir: “Qoruduğun qədər varsan, yaşatdığın qədər yaddaşlardasan”.
Fürsətdən istifadə edərək qısa müddət ərzində belə təqdirəlayiq xalça nümunələri ərsəyə gətirdiyi üçün “Azərxalça”ya bir daha minnətdarlığımı bildirmək istəyirəm. Bu maddi-mədəni irsin təbliği istiqamətində “Azərxalça” ilə ilk əməkdaşlığımız deyil və əminəm ki, birgə uğurlu tərəfdaşlığımız uzunmüddətli olacaq.

İnanıram ki, bu məhsullar təkcə kolleksiyalarda deyil, insanların düşüncəsində də iz buraxacaq, bizi daha həssas, daha məsuliyyətli olmağa səsləyəcək.

Sonda bu dəyərli təşəbbüsün ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edir, Azərbaycan təbiətinin hər zaman qorunan, yaşadılan və dəyər kimi gələcək nəsillərə ötürülən irs olmasını arzulayıram.

Diqqətinizə görə təşəkkür edirəm.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://adalet.az
archiveBu xəbər 26 Dekabr 2025 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see225

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see217

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see206

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see200

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see196

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see187

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see184

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see176

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see164

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see163

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see157

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see155

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see154

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see153

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see149

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see148

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see147

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see143

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri