Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

İdarə rəsmisi “Cloudflare”in işindəki problemdən danışdı

İdarə rəsmisi “Cloudflare”in işindəki problemdən danışdı

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Yerli məhsulların yaradılmasının və rəqəmsal suverenliyin nə qədər vacib olduğunu biz cəmi iki gün öncə baş vermiş insident zamanı bir daha gördük. 9 mindən çox fəaliyyəti olan bir çox resursun işi təkcə “Cloudflare” xətası kimi görünə bilər, lakin bu hadisəni sırf “Cloudflare” şirkətinin insidenti kimi qiymətləndirmək yanlış olardı”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) baş idarə rəisinin müavini Tural Məmmədov bu gün Bakıda keçirilən “Cyber day” tədbirində deyib.

O bildirib ki, problem xüsusilə özəl sektorun xarici asılılığı və rəqəmsal suverenlik məsələləri ilə bağlıdır:

“Təəssüf ki, təsirlənən resurslar arasında media qurumları da vardı. Bu isə ölkəmizdə informasiya təhlükəsizliyinə hazırlıq səviyyəsinə yenidən nəzər salmağımızın zəruriliyini göstərir.

Təbii ki, yerli həllərin tətbiqi ucuz başa gəlmir - böyük maliyyə və ciddi texnoloji resurs tələb edir. Lakin dövlətimizin apardığı uğurlu siyasət nəticəsində bu istiqamətdə dinamik və məqsədyönlü addımlar atılır. Dövlət strategiyasının əsas məqsədlərindən biri lokal infrastrukturun gücləndirilməsi, məlumat mühafizəsinin ölkə daxilində təmin olunması və kritik xidmətlərin xarici asılılıqdan qorunmasıdır”.

T.Məmmədovun sözlərinə görə, mütəxəssis arxitektlərin qarşısına qoyulan əsas hədəflərdən biri yerli rəqəmsal məhsulların yaradılmasına töhfə vermək və rəqəmsal siyasi suverenliyin gücləndirilməsinə dəstək olmaqdır:

“Bu, ölkə prezidentinin informasiya və rəqəmsal təhsil strategiyasında vurğulanan əsas prioritetlərdən biridir.

Son üç ildə bir sıra dövlət qurumlarının bulud infrastrukturunun xarici vendorlardan yerli platformalara daşınması bu siyasətin real nəticəsidir. Bu həm təhlükəsizliyin artırılması, həm də milli rəqəmsal müstəqilliyin möhkəmləndirilməsi baxımından mühüm addımdır.

“AzStateNet” üzərində yerləşdirilən sistemlər vasitəsilə onların lokal mühafizəsi təmin olunub. Bu lokal mühafizə siyasəti yalnız internet üzərindən informasiya mübadiləsi ilə məhdudlaşmır, həmçinin dövlətimizin təmin etdiyi xüsusi rabitə və təhlükəsiz dövlət rabitəsi vasitələri ilə də birbaşa əlaqəlidir”.

O bildirib ki, qlobal internetdə genişmiqyaslı bağlılıq problemi yaşansa belə, ölkəmiz daxilində bütün dövlət informasiya ehtiyatlarının fəaliyyəti tam təmin olunmuş şəkildə davam edəcək:

“Yəni dövlət qurumlarının kritik sistemləri xarici bağlantıdan asılı olmadan, lokal mühitdə fasiləsiz işləmək qabiliyyətinə malikdir. Bu yanaşma xüsusi rabitə sistemlərinə də şamil edilir. Güc strukturları və kritik infrastruktur subyektlərinə təqdim olunan xüsusi rabitə və radio rabitə xidmətləri hazırda mobil şəbəkədən tam asılı olmayaraq lokal şəkildə etibarlı fəaliyyət göstərir.

Buna nümunə olaraq dövlət qurumlarında tətbiq edilən “Teams” platformasını göstərə bilərik. Bu platforma “WhatsApp” üçün təhlükəsiz alternativ rolunu oynayır və lokal infrastruktur üzərində işləyən həll kimi minimal xarici asılılıqla funksionallığı təmin edir.

Təbii ki, sadaladıqlarım görülmüş işlərin yalnız bir hissəsidir. Qarşıda görüləcək işlər isə bunlardan qat-qat çoxdur”.

Qeyd edək ki, noyabrın 18-də “Cloudflare”in qlobal infrastrukturu üzrə genişmiqyaslı nasazlıq baş verib. Bu isə Azərbaycan, eləcə də dünyada bir çox saytların işində problemə səbəb olub.

Lamiyə Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 Noyabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see534

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see524

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see518

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see470

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see438

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see428

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see364

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see347

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see330

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see318

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see317

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see308

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see303

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see292

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see291

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see290

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see289

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see288

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see267

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see256
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri