Icma.az
close
up
RU
“İdarəetmədə multikultural dəyərlər” mövzusunda konfrans

“İdarəetmədə multikultural dəyərlər” mövzusunda konfrans

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan Turizm və Menecment Universitetinin yaradılmasının 20 illik yubileyi münasibətilə ali təhsil müəssisəsində  “İdarəetmədə multikultural dəyərlər” mövzusunda IX Respublika Elmi-Praktik Konfransı keçirilib. Tədbiri çıxış nitqi ilə açan universitetin rektoru İlham Mədətov konfransın keçirilməsində başlıca məqsədin idarəetmədə müasir çağırışların, innovativ yanaşmaların və multikultural dəyərlərin elmi-praktik müstəvidə müzakirəsi, alimlər, tədqiqatçılar və mütəxəssislər arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də yeni elmi ideyaların təşviqindən ibarət olduğunu deyib.

Rektor diqqətə çatdırıb ki, müasir dövrdə idarəetmə yalnız iqtisadi və inzibati mexanizmlərlə məhdudlaşmır. Qloballaşma, rəqəmsallaşma və sürətlə dəyişən sosial münasibətlər şəraitində multikultural dəyərlər idarəetmənin ayrılmaz tərkib hissəsi sayılır. Fərqli mədəniyyətlərə hörmət, inklüziv yanaşma, sosial ədalət, tolerantlıq və qarşılıqlı anlaşma prinsipləri isə  müasir idarəçilik modelinin əsas prioritetləri sırasındadır. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan multikulturalizm siyasətinin cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyni xüsusi vurğulayan İ.Mədətov multikulturalizmi cəmiyyətimizdə sabitliyə, həmrəyliyə və davamlı inkişafa töhfə kimi dəyərləndirib. Tədbirin gündəliyində yer alan  elmi məruzələr ətrafında müzakirələri  isə idarəetmə elminin inkişafında, o cümlədən gənc tədqiqatçıların elmi potensialının formalaşmasında əhəmiyyətli olacağını bildirib.

Universitetin  Elmi Tədqiqatlar və Akademik Təhsil Mərkəzinin müdiri, dosent Nəsirulla Nəsirli “Süni intellekt tədris prosesində”adlı məruzəsində süni intellekt texnologiyalarının təhsil sahəsində yaratdığı imkan və perspektivlərə aydınlıq gətirib. N.Nəsirli diqqətə çatdırıb ki, süni intellekt adaptiv öyrənmə sistemləri, virtual müəllimlər, rəqəmsal təhsil platformaları və avtomatlaşdırılmış qiymətləndirmə vasitələri ilə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Bununla yanaşı, süni intellektdən istifadənin məlumat təhlükəsizliyi, akademik dürüstlük, etik məsələlər və texnologiyadan həddindən artıq asılılıq kimi müəyyən risklər yaratması sirr deyil. Məruzədə bu risklərin aradan qaldırılması üçün süni intellektin təhsil prosesinə məqsədyönlü, nəzarətli və pedaqoji prinsiplərə uyğun inteqrasiyasının vacibliyi məsələsinə münasibət sərgiləyib.

Konfransın gündəliyində  nəzərdə tutulan məruzələr əsasən “Turizm və xidmət sektorunda  çoxsahəli idarəetmə”;  “Dövlət və bələdiyyə idarəçiliyində multikultural dəyərlər”;  “Turizmin idarə edilməsində informasiya təhlükəsizliyi və süni intellektin rolu”; “Korporativ idarəetmə və biznesin idarə edilməsi”və sair  mövzuları əhatə edib. 

Bölmə iclaslarında Azərbaycan Turizm və Menecment Universitetinin professoru Məhərrəm Zülfüqarlının “Turizmin inkişafında bələdiyyələrin rolu”, Turizm işi kafedrasının müdiri, dosent Hafiz Hüseynovun “Turizm sənayesində innovativ və rəqəmsal texnologiyalar”, Mehmanxana və restoran işi kafedrasının dosenti Gülnar Məmmədli və baş müəllim Həlilə Məmmədovanın  “Azərbaycanın mədəni irs sərvətləri və onların turizm və qonaqpərvərlik sənayesinə təsiri”, həmçinin magistrant və doktorantların məruzə və çıxışları konfrans iştirakçıları tərəfindən maraqla dinlənilib.

Konfransa plenar iclasla yekun vurulub.

Z.BƏŞİRQIZI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 İyun 2026 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri