İdarəetmədən çıxan maşın dəmirlərə çırpıldı: Qəzaya tamaşa edən sürücü təhlükəli anlar yaşatdı VİDEO
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda baş verən yol nəqliyyat hadisəsinin videosu anbaan kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, şəhər mərkəzindən kənar yolda yüksək sürətlə hərəkət edən minik avtomobilinin sürücüsü idarəetməni itirərək ayırıcı zolağa çırpılıb. Nəticədə həm avtomobilə, həm də yol infrastrukturuna ciddi ziyan dəyib.
Hadisə zamanı diqqət çəkən məqamlardan biri də digər sürücünün davranışı olub. Videodan aydın görünür ki, əks istiqamətdə sol zolaqla hərəkət edən “Mercedes” markalı avtomobilin sürücüsü qəzanı izləmək məqsədilə sağ zolağa keçir. Bu zaman arxadan gələn avtomobillərin yolunu kəsərək onlara təhlükə yaradıb.
Sürücülərə tövsiyə olunur ki, yol-nəqliyyat hadisələri yerinə baxmaq üçün diqqətlərini yoldan yayındırmasın, zolaq dəyişərək və ya qəfil sürəti azaldaraq hərəkətin təhlükəsizliyini pozmasınlar. Unutmaq olmaz ki, bu cür davranışlar əlavə qəzalara, yolun süni şəkildə yüklənməsinə və ümumi hərəkətin iflic olmasına səbəb ola bilər.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 17 Dekabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















