Icma.az
close
up
RU
İdarənin işbilməzliyi ilə 620 min borcu olan Yeni Bakının biganəliyi... 7 saat su boşuna axıdılıb (VİDEO)

İdarənin işbilməzliyi ilə 620 min borcu olan Yeni Bakının biganəliyi... 7 saat su boşuna axıdılıb (VİDEO)

Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Səhifəmizin dəyərli izləyiciləri, indi paylaşdığımız foto və videolara diqqətinizi çəkmək istəyirik. Deməli, bu gün - 15 dekabrı, səhər saat 09:00 radələrində Abşeron rayonunun Masazır qəsəbəsindəki Yeni Baki şəhərciyinin birinci həyətində su kəsilib. Məlum olub ki, boru partlayıb. Əvvəlcə, bellə qazıb çuxur açmaq istədilər. Bir saatdan sonra isə qərar verdilər ki, bəs bu iş "lapatka"lıq deyil, ekskavator gətirmək lazımdır".

Bu barədə Mia.az-a "Yeni Baki Yaşayış Kompleksi" səıhifəsindən məlumat verilib. 

Bildrilib ki, bu arada da su boşuna axmağa davam edib: "1 saata ekskovator gəldi, qazdı, partlamış yeri aşkarladı. 1-2 saat da belə getdi. Su isə boşuna axmağa davam edir. Sonra məlum oldu ki, partlamış yerə xamut bağlamaq lazımdır. Getdilər xamut dalınca. Su isə boşuna axmağa davam edir. Sonra da məlum oldu ki, bu komendantlığın işçiləri nahara gediblər. Təsəvvür edin, qəza şəraitinə baxmayaraq, bunlar naharı 1 saat təxirə sala bilmirlər, ancaq su saatlarla boş-boşuna axa və minlərlə sakin susuz qala bilər. Beləliklə, saat oldu 16:00. Bu vaxta qədər də su boşuna axır, sakinlər də susuz qalıb. Tam 7 saatdan da xeyli sonra partlamış yerə xamut bağlaya bildilər. Xamutun bağlanması prosesi isə heç yarım saat da çəkmədi, yəni, saatlarla vaxtı boşuna itiriblər, suyun boşuna axması və minlərlə sakinin saatlarla susuz qalması bunların vecinə də deyil. O da aydın görünür ki, borunun sonuncu partladığı yerin düz yanında da iki yerdə xamut bağlanıb, yəni daha əvvəl də eyni yerlərdə boru deşilib. Demək ki, boru keyfiyyətsizdir".

Məlumatda daha sonra deyilir: "Təqdim etdiyimiz fotodan gördüyünüz kimi, “İlin Dörd Fəsli” MMC-nin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə olan borcu 620 min manatı keçib. Bu borc hər ay 10 min manat artır. Şirkət isə borcunu ödəmək əvəzinə, israfa yol verməklə nümayişkaranə şəkildə vecsizlik göstərir".

Xatırladaq ki, bir neçə ay əvvəl Abşeron Sukanal İdarəsi Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə birləşdirılib. Yeni qurumun rəisi vəzifəsinə isə Dövlət su Ehtiyatları Agnetliyinin sədri Zaur Mikayılovun qudasının tələbə yoldaşı Etibar Nəbiyev rəis gətirilib.

Samir Musayev
MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://mia.az
archiveBu xəbər 16 Dekabr 2024 00:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see196

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see168

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see152

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see151

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri