Ərdoğan Makronla ikitərəfli münasibətləri və qlobal məsələləri müzakirə edib
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.
APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyası açıqlama yayıb.
Telefon danışığı zamanı liderlər Türkiyə-Fransa ikitərəfli münasibətlərini, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.
Tərəflər Birləşmiş Millətlər Təşkilatının (BMT) yeni Baş katibinin seçilməsi prosesinə də toxunublar.
Ərdoğan bildirib ki, yeni Baş katib BMT-ni yenidən çoxtərəfliliyin mərkəzinə çevirə biləcək, zəruri islahatları səmərəli şəkildə həyata keçirmək üçün müvafiq baxışa və təcrübəyə malik olmalıdır.
Türkiyə Prezidenti həmçinin Makronu ölkəsində keçiriləcək COP31 Liderlər Sammitinə dəvət edib.
Fransa Prezidenti isə Ərdoğanı Türkiyənin Respublika Günü münasibətilə təbrik edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 27 Oktyabr 2026 21:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















