Icma.az
close
up
RU
İdeoloji pendir İradə Tuncay yazır

İdeoloji pendir İradə Tuncay yazır

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Səhər-səhər enirəm otağımdan resepsiona və otelin elemanı olan qızdan soruşuram… Olanlar bundan sonra olur – burda bir az proloq vermək lazım gələcək… Hər yaşam mərhələsinin öz mənzərəsi var. Və  zaman-zaman bu mənzərələri xatırlayanda göz önünə gələn  parlaq, ya da solğun rənglər  içində  yaşatdıqlarının  nə qədər sağlam olduğunun sığortasıdı bəlkə də... Müəyyən bir dövrdə kimlər qurub bu mozaik mənzərəni? Yəqin əsas  sual  budu – kimlər?

Və  hər  dəfə  bir  mərhələdən o  birinə qədəm  qoyanda, özünə  verdiyin  sözü  tuta  bilməyəndə, həyatına  yeni-yeni insanlar daxil olanda bu çək-çevirin  içində dörd istiqamətə  baxa-baxa  düşünürsən – qurulanlar dağılır, bəs, kimlər bu viranənin  altından  salamat çıxacaq? Sən  özün  qərar  verəcəksən  ömür  adlanan bu zəlzələnin sonrakı  yaşamzədələri  kim  olacaq  deyə... Bəzən  itirdiklərinə təəssüf, bəzən də  oxqay hissi ilə. Amma yeniliklərin qarşısını ala bilmərik... Gələn  gələcək, olan olacaq... 

Sovet dövründə doğulub-böyüyən insanlar o dövrün həm bolluq, həm də qıtlıq mənzərələrini xatırlayırlar. Bir də görürdün yağ yoxa  çıxırdı,  çay-qənd yoxa çıxırdı… Ət yoxa çıxırdı… Zaman-zaman belə  qeybə çıxmalar çoxalırdı… Həəə, yoxa çıxan ərzaqları küçədə, dükanların qarşısında növbəyə durub gözləyən adamlara satırdılar… 
Bir dəfə anam evə dəmir qutuda pendir alıb gətirdi.  Arıq uşaq idim,yeməklə heç aram yox idi. Amma bu pendiri həvəslə yedim…  Anam dedi bolqar pendiridi… Yadımda qaldı. Sonradan ordan gələn toyuqları da (yəni yeməyə) sevdim. Kənddən gələn heç nəyi sevmirdim. Sonralar yemək zövqüm, damaq zövqüm çox dəyişsə də bolqar pendirinə olan sevgim heç azalmadı. 

Vəziyyət dəyişdi, sovet dağıldı, bolqarlar pendir ya satmadılar, ya ruslar almadılar –  bilmirəm. Sonuncu dəfə 1992-ci ildə yemişdim, vəssalam.  Amma mən bu pendirin dadını unutmadım. Əslində bu qüdrətli sovetin niyə özünün ərzaqları yox idi ki??? Ritorik sualdı təbii… Birinci şərt… Birincisi, sonuncusu yoxdu… İdeoloji dəmir intizamın içində xaos vardı…Sovet ancaq silah yaratmaqla məşğul idi –  onu da vəhşicəsinə yaradırdı…Yaratdığı hər nədisə vəhşi alınırdı…

Həə, resepsiondakı qızla söhbətim yarımçıq qaldı axı –  soruşdum ki, sizdə burda, marketlərdə bulqar peyniri bulunurmu?

Soruşmağına soruşdum da, amma peşman da oldum. Qızın üzünü görmək lazım idi, mən “bulqar” sözün işlədəndə… 

- Abla, bulqarmı? Nədən bulqar? Bizdə burda o kadar iyi peynirlər də var ki… Ben söyləyəlim…

Və başlanır pendir çeşidlərinin sadalanması…Mən anlada bilməzdim, ya da həvəsim olmadı anlatmağa ki, bu mənim uşaqlıq yaddaşımdı… Nə isə, deyib aralandım qızdan… Siyasi-ideoloji söhbətlərə qulaq asmağa həvəsim olmadı. Yorulmuşam həmin söhbətlərdən… 80-də Bolqarıstandan qovulan türklərin dərdin çəkirdik, rus təbliğatına qulaq asırdıq. Naim Süleymanoğlunun Naum Şalamanov olmağına…İndi də burda dərs keçirlər…

Yazını yazanda xatırladım, məktəbdə oxuyanda bolqar məktəblilərinin Bakıda konsert verməyini… O vaxtkı Yaşıl Teatrda olmuşdu… Sentyabr ayında… Bizi də aparmışdılar. Biser Kirovun Bakiya gəlməyini xatırlayıram…

Gör ha, bir ərzaq həm də siyasəti xatırlada bilərmiş…

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 May 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see381

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see368

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see340

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see338

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see304

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see300

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see289

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see236

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see216

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see216

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see213

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see207

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see202

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see202

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see200

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see190

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see190

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see185

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri