Icma.az
close
up
RU
Qırmızı və qara İradə Tuncay yazır

Qırmızı və qara İradə Tuncay yazır

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Təmtəraq və kədər rəngi. Bəlkə də həyatın rəngləri… Hər birimiz hər iki rənglə tanışıq.  Belə ifadə edək – müstəqillik və müstəmləkə rəngi…Yəni yaşadığımız, mövcud olduğumuz dövrdə görmüşük bu rənglərin bütün çalarların… 

Müharibənin lap yaxına gəldiyini Əfqanıstan savaşında hiss etdik. Evlərdən oğullar getməyə başladı və göz yaşları gəldi…evlərə-yurdlara, ailələrə…    

Hər ölkənin adıyla çağırılan savaşlar…Yuqoslaviyada başlandı iki sistemin savaşı da. Ölkənin adını qoysalar da, əslində, bu sistem deyildi təkcə, həm də məzhəb savaşı idi. Bu anlayışı isə tarixi romanlarda oxumuşduq… İndi yenidən tarixi fraqmentlərə yönəlib film sənayesi və  məzhəb savaşlarından kənar qala bilmir.

Yuqoslaviyada ilk savaş günlərində çox simpatik bir oğlanı öldürdülər – jurnalist Noqin… Xorvatlar və serblərin davasında. Serblər pravoslav, xorvatlar katolik idi.  İosif Broz Tito  millət adı çəkməyi qadağan etmişdi öz ölkəsində… Fərq etmədi – başını yerə qoyan kimi, baş qaldırdı millətçilik… Və ya məzhəbçilik…
Xristian aləminin öz qaydaları var və  Varfolomey gecəsini unutmurlar. Buddizm və ya başqa izmlərdə məzhəb savaşı  olubmu, bilmirəm. Amma İslam və Xristianlıqda davam edir.

(Bu qravür 18 -ci  əsrə aiddi.  Şamaxının uzaqdan təsviri. Elə marağa ikinci Şamaxı savaşı haqqında netdə məlumatlar axtaranda qarşıma çıxdı, kopi elədim.)

Şamaxı və ümumiyyətlə, Şirvan Səfəvilərin zəiflədiyi vaxtlarda bir müddət (təxminən 30 il) Osmanlı hakimiyyətinə keçib. Amma yerli xalq heç vaxt sevməyib Osmanlını. Yəqin məzhəb faktoru da öz sözünü deyib… 

Birinci Şah Abbas qüdrətli şəxsiyyət olub. Xalqın da yaddaşında qalır maraqlı insan kimi. Rəvayətlər çoxdu haqqında. İtirilmiş torpaqları da o qaytarıb… Amma sözüm bu deyil. 

Biz deyək ki,  rusun basqısı altında öz tariximizi təhrif olunmuş oxuyurduq. Osmanlıya noolmuşdu bəs? Tarix yazanda da sultanlara yaltaqlıq edirlər. Həmin dövr tarixinə baxıram türk resurslarında – deyir, Sultan içki yasağı qoydu, əməli-saleh müslüman idi. Sonra yeniçərilər üsyan qaldırdı, o da yasağı qaldırd.  İki dünyada cavab verəcəyi günahını düşünürdü… 

Osmanlı sultanlarının böyük əksəriyyəti əyyaşlıqdan cavan yaşda vəfat ediblər. Bunu hamı bilir də…

Şamaxı savaşı haqqında beş-altı kəlmə vardı. Belə tarix yazarlar??? Yəni fərq eləmir,eyni yoldan davam edir bəşəriyyət… 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:315
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 May 2025 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see261

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see260

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see239

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see230

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see228

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see222

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see218

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see218

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see216

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see204

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see200

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see196

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see190

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see185

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see182

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see180

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see174

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see170

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see169

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri