Icma.az
close
up
RU
İdman Akademiyasından təkzib: Bu xəbər həqiqəti əks etdirmir

İdman Akademiyasından təkzib: Bu xəbər həqiqəti əks etdirmir

Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Azərbaycan İdman Akademiyasında 100-ə yaxın işçinin vəzifədən azad edililməsi xəbəri həqiqəti əks etdirmir".

Teleqraf.com xəbər verir ki, bu barədə Akademiyanın yaydığı məlumatda qeyd olunur.

Bildirilir ki, İdman Akademiyası qısa vaxt ərzində müasir beynəlxalq standartlara nail olmağı qarşısına məqsəd qoyub:

"Nazirlar Kabineti 13 may 2024-cü il tarixində “Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yenidən təşkili və nizamnaməsinin təsdiq edilməsi haqqında” qərar verib və Azərbaycan İdman Akademiyası publik hüquqi şəxsə çevrilib. Bunu əsas tutaraq, Azərbaycan İdman Akademiyası öz təhsil strategiyasını daha da təkmilləşdirmək və qısa vaxt ərzində müasir beynəlxalq standartlara nail olmağı qarşısına hədəf qoyub. Bunun üçün bir sıra silsilə islahatların tətbiqinə başlanılıb.

Bir neçə mərhələdən ibarət olan islahatlara, eyni zamanda Akademiyanın inzibati heyətinin formalaşdırılması da daxildir. Belə ki, hazırda Azərbaycan İdman Akademiyasının inzibati heyəti müasir tələblərə uyğun olaraq, tərəfsiz münsiflərin də iştirakı və video qeydiyyat prosesi olmaqla fərdi müsahibələr əsasında təşkil edilir. Müsahibəni uğurla keçənlərə müvafiq vəzifələr təklif edilir. Lakin bu proses hazırda davam edir və başa çatmamış prosesin nəticəsi barədə yalan məlumatın yayılması aparılan islahatlara kölgə salmaq və təsir göstərmək niyyətinə xidmət edir. İnanırıq ki, tezliklə idman ictimaiyyəti Akademiyanın ölkənin idman siyasətinin tələbinə uyğun olaraq peşəkar idmanın inkişafı üçün həyata keçirmiş olduğu bu islahatlarının müsbət nəticələrinin şahidi olacaq".

Xatırladaq ki, səhər saatlarında akademiyada ixtisarların aparıldığı və bunun davam edəcəyinə dair informasiyalar yayılmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 09 Yanvar 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri