Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

İdman həmrəyliyi Azərbaycanı davamlı inkişafa səsləyir ŞƏRH AZƏRTAC

İdman həmrəyliyi Azərbaycanı davamlı inkişafa səsləyir ŞƏRH AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 27 dekabr, AZƏRTAC

Bu gün Azərbaycan dünyada qədim idman ənənələri ilə seçilən az ölkələrdən biri olaraq tanınır. Heç kəsə sirr deyil ki, bu sahənin inkişaf strategiyasının təməli məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən atılıb. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirilib, gənc nəslin fiziki cəhətdən sağlam böyüməsinə qayğı ilə yanaşılıb. Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması ölkədə idmanın inkişafına güclü təkan verdi. Məhz bu dövrdən başlayaraq Azərbaycanda idmanın və olimpiya hərəkatının inkişafı üçün dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirildi.

Bu sözlər Milli Məclisin deputatı Məzahir Əfəndiyevin “İdman həmrəyliyi Azərbaycanı davamlı inkişafa səsləyir” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Azərbaycanda Milli Olimpiya Komitəsinin 1992-ci ildən fəaliyyət göstərməsinə baxmayaraq, yalnız 1997-ci ildən etibarən bu sahədə əhəmiyyətli inkişafa nail olundu. Belə ki, həmin il Azərbaycanda Milli Olimpiya Komitəsinin yenidən təşkil olunması, İlham Əliyevin yekdilliklə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsi Azərbaycanın idman siyasətinin və Olimpiya hərəkatının yeni müstəvidə müstəqil inkişafında mühüm rol oynadı. O zaman məhz İlham Əliyev idmanın və olimpiya hərəkatının inkişafına yönəlik təşəbbüsləri ilə ölkənin beynəlxalq idman arenasında daha da tanınmasına və uğurlar əldə etməsinə əhəmiyyətli töhfələr verdi.

Ümumiyyətlə, Azərbaycan ilk dəfə 1998-ci ildə Yaponiyada keçirilən Qış Olimpiya oyunlarında təmsil olunsa da, 2000-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilən Olimpiya oyunları ölkəmizin olimpiya hərəkatı tarixində ən böyük uğuru idi. O zaman Ulu Öndər Heydər Əliyevin Sidney Olimpiya Oyunlarına Azərbaycan idmançılarını şəxsən yola salarkən göstərdiyi diqqət və dəstək, idmanın inkişafı üçün yeni bir dövrün başlanğıcını qoydu. Sidney Olimpiadasında Azərbaycan idmançıları 2 qızıl, 1 bürünc medal qazandı. Azərbaycan komanda hesabına 199 ölkə arasında 34-cü, Avropa ölkələri arasında isə 23-cü oldu.

Təbii ki, o zamandan bu günə qədər Azərbaycanda idman siyasəti davamlı olaraq inkişaf etdi, görülən işlər nəticəsində idmançılarımızın beynəlxalq arenada daha yüksək nəticələr əldə etməsinə və Azərbaycan idmanının beynəlxalq səviyyədə tanınmasına xüsusi təkan verdi.

Təsadüfi deyil ki, 2024-cü ildə ölkəmizi ləyaqətlə təmsil edən Azərbaycan idmançıları müxtəlif yarışlarda 1700-ə yaxın medal qazanıblar. Dekabrın 24-də ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir.”

Bu göstəricilər bundan sonra da Azərbaycanın idman sahəsində uğurlarının bol olacağını, vətənpərvər idmançılarımızın qədirbilən Azərbaycan xalqını əldə etdikləri yüksək nəticələrlə sevindirəcəyini deməyə əsas verir. Xüsusilə, idmançılarımızın müxtəlif beynəlxalq yarışlarda ölkəni təmsil edərkən əldə etdikləri qələbələr, Bayrağımızın qaldırılması və himnimizin səslənməsi gənc nəsil üçün nümunə olmaqla onların vətənpərvərlik hissini gücləndirir. Bu, öz növbəsində, Azərbaycanda yetişməkdə olan gənc nəslin idmana marağının, fiziki-hərbi hazırlığının, Vətənə və Azərbaycan Bayrağına olan məhəbbətinin artmasında əməli rol oynayır.

Bu baxımdan, bu gün Azərbaycanın hər bir regionunda idmanın hərtərəfli inkişafına şərait yaradılıb. Bu iş davamlı olaraq inkişaf etdirilir və hazırda vətənpərvər Azərbaycan gəncliyinin şücaəti ilə işğaldan azad edilmiş doğma Qarabağımızda da həyata keçirilir. Ağdam şəhərində yeni stadionun inşa edilməsi, Xankəndi şəhər stadionunun əsaslı təmiri, Füzuli şəhərində Olimpiya İdman Kompleksinin təməlinin qoyulması həm öz dədə-baba yurdlarına qayıdan insanlarımızın idmana əlçatanlığını təmin edəcək, eləcə də işğaldan azad edilmiş ərazilərdə gələcəkdə mötəbər beynəlxalq idman tədbirlərinin keçirilməsi üçün etibarlı zəmin olacaq.

Xüsusilə, Azərbaycanın idman ictimaiyyətinin iştirakı ilə 30 ildən sonra ilk dəfə Xankəndi şəhər stadionunda Qarabağ futbol klubumuzun tarixi yoldaşlıq oyununun keçirilməsi, bir daha idmanın, o cümlədən idman ictimaiyyətinin yalnız sülhə və davamlı inkişafa kökləndiyni ortaya qoyur.

Qeyd edim ki, Azərbaycan növbəti il daha bir böyük idman yarışına ev sahibliyi edəcək. Belə ki, respublikamızın 14 şəhərində təqribən yeddi min idmançının iştirak edəcəyi Üçüncü MDB Oyunlarının yarışları baş tutacaq. Bu Oyunlarda MDB-yə üzv dövlətlərin idmançıları bayram ab-havası ilə qarşılıqlı hörmət, dostluq, sağlam rəqabət, təhlükəsizlik və dayanıqlı sülhə əsaslanan həmrəyliyi nümayiş etdirəcəklər. Əminəm ki, bu yarışlarda da idmançılarımız Azərbaycanı yüksək səviyyədə, ləyaqətlə təmsil edəcək və bundan sonra bu sahədə əldə edəcəyimiz qələbələr yeni dövrün çağırışlarına cavab verən idman növlərinin inkişaf etdirilməsi üçün şərait yaradacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Dekabr 2024 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see956

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see528

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see381

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see350

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see308

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see291

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see286

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see278

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see263

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see261

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see257

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see246

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see242

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see241

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see238

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see222

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see207

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see197

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri