İdman müəllimlərini universitetlər hazırlamalıdır
Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
“Fiziki tərbiyə müəllimliyi ixtisası kolleclərdən universitetə keçirilməlidir”.
Bunu “Yeni Sabah”a təhsil eksperti Elmin Nuri deyib.
Onun sözlərinə görə, beynəlxalq təcrübədə pedaqoji və tibbi yönümlü ixtisaslar, o cümlədən fiziki tərbiyə müəllimliyi yalnız universitet səviyyəsində (bakalavriat pilləsində) tədris olunur.
E.Nuro bildirib ki, hazırda kolleclərdə tədris olunan bu ixtisasların universitetə keçirilməsi zəruridir:
“Uzun illər əvvəl digər pedaqoji ixtisaslar kolleclərdən çıxarılaraq universitetlərə keçirilib. Bu, fiziki tərbiyə müəllimliyinə də şamil edilməlidir. “İdman müəllimi” kimi sadələşdirilmiş yanaşma bu fənnin mürəkkəbliyinə uyğun deyil. Fiziki tərbiyə yalnız hərəkət deyil, insanın fizioloji, zehni və psixoloji inkişafını kompleks şəkildə əhatə edən fənndir.
Dəyişiklik fiziki tərbiyə müəllimlərinin statusunun yüksəlməsinə, sahəyə olan baxışın müsbət dəyişməsinə və daha hərtərəfli, peşəkar kadrların hazırlanmasına səbəb olacaq”.
Aytəkin Əzizqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 06 May 2026 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















