İdman sevgisi kənd məktəbinin şagird və müəllimlərini birləşdirdi VİDEO
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Balakən rayonunun sərhəd kəndində yerləşən İtitala məktəbində şagird və müəllimlərin velosipedlə dərsə gəlməsi on ildən artıqdır davam edir.
İdman.Biz xəbər verir ki, təhsil ocağında Azərbaycan və gürcü bölmələri fəaliyyət göstərir. Şagirdlər səhər tezdən məktəbə çatdıqdan sonra həyətin xüsusi ayrılmış hissəsində velosipedlərini səliqə ilə park edir, dərsdən sonra isə yenidən sürərək evlərinə qayıdırlar. Hər sinif üçün ayrıca saxlama sahəsi ayrıldığından qarışıqlıq yaranmır.
Bu üsul təkcə məsafəni rahat qət etməyə kömək etmir, həm də uşaqlarda sağlam həyat tərzini təşviq edir, məsuliyyət və müstəqillik hissini gücləndirir. Müəllimlərin böyük qismi də velosipeddən istifadə etməklə şagirdlərə nümunə göstərir.
Məktəbin direktoru Şahin Əliyev bildirib ki, velosipedlə dərsə gəlmək şagirdlərin öz seçimidir və rəhbərlik sadəcə onların əmlakının qorunması və təhlükəsizliyinə nəzarət edir.
Şagirdlər isə velosipedin rahatlığından danışıraq bu nəqliyyat vasitəsi ilə dərsə gəlməyin həm əyləncəli, həm də rahat olduğunu deyirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 11 Fevral 2026 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















