Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

İsrailə yeni qırıcılar verildi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İdman zallarında artan ölümlər Kimlərə məşq etmək olmaz?

İdman zallarında artan ölümlər Kimlərə məşq etmək olmaz?

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Məşq zallarında ürəktutma, insult, qəfil ölüm halları son vaxtların bəlasına çevrilib. Vəfat edənlərin arasında uzun illər idmanla məşğul olan şəxslər də var. Bu kimi hallar hər gün baş verməsə də, zallarda ilkin tibbi yardım göstərə biləcək həkimlər olmadığından ümid təcili tibbi yardım briqadasının tıxaclardan qurtulub, gəlməsinə qalır. Çox təəssüf ki, ona qədər də, çoxları dünyasını dəyişir.  

Bəs görəsən, məşq zalları idman edən şəxslərin sağlamlıq vəziyyətləri ilə bağlı öncədən məlumatlı olurlarmı? Xüsusilə ağır növ məşqlər etmək istəyən insanlar hansı tələblərə cavab verməlidirlər?

Tanınmış fitness məşqçisi Kamil Zeynallı Lent.az-a açıqlamasında bildirib ki, ağır məşqlərlə məşğul olmamaışdan öncə həkim yoxlanışından keçmək lazımdır:

“Ürəktutma, infarkt, insult istənilən yerdə baş verə bilər. Lakin ürəktutma adətən, güclə yüklənmə, düzgün nəfəs almamaq, normal qidalanmamaqdan və bədənlə mütənasib olmayan ağır yük qaldırmaqdan olur. Əsəb və stresslə yüklənmiş insanlar ağırlıqla məşq edəndə “idmana görə bu hadisə yaşandı”, deyirlər. Ola bilər, qaldırılan çəki ağır olsun, amma keçirilən stress, əsəb, şəxsi problemlər dünyanın ən ağır yüküdür. Bu nüanslar üst-üstə düşəndə isə bədən tab gətirmir, ya ölümlə, ya da travma ilə yekunlaşır. Buna görə də, əvvəlcə əsəblərə diqqət etmək lazımdır. Ondan uzaqlaşa bilsək, bu hallar da, yaşanmaz.

İdman stress atmaqdır, sağlamlıqdır, bədən gözəlliyidir. Amma beyindən keçən düşüncələr məşq zamanı vəziyyəti daha da pisləşdirir. Məşqə gəlmədən öncə həkimə getmək, yoxlanılmaq lazımdır. Səhhətlə bağlı elə problemlər ola bilər ki, orqanizmdə “yatılı” vəziyyətdə olur, ondan xəbərsiz oluruq, məşq zamanı isə üzə çıxır”.

Məşqçi bildirib ki, bir çox idman zallarında heç bir tibbi heyət fəaliyyət göstərmir:

“Heç bir məşq zallarda həkim briqadaları çalışmır. Onlar daha çox otel tipli müəssisələrdə, istirahət mərkəzlərində fəaliyyət göstərirlər. Çünki orada təkcə fitness yox, üzgüçülük və s. digər fəaliyyətlər də var. Dünyanın bir çox ölkələrində idman zallarına məşq üçün gedəndə, bir həkim belə, görməmişəm. Standartlara görə, həkimlər orada çalışmırlar. Onların çoxu da, idman zalında işləmək istəməzlər. Məşq zalında hansısa bir hadisə, ürəktutma, sıxılma, halsızlıq, başgicəllənmə, qan təzyiqinin düşməsi də, nadir hallarda olur. Bunların öhtəsindən də məşqçilər 90% gələ bilirlər. Çünki fitness məşqçilərinin bir çoxu anatomiya biliklərinə malikdirlər. Bədən tərbiyəsi üzrə bilgisi olan insanlar bilirlər ki, təkcə idman yox, qəbul ediləcək vitaminlər, qidalar şəxsə uyğun seçilməlidir. Məşqlə məşğul olmaq istəyən şəxslərin hansısa problemi varsa, məhz ona uyğun proqram tərtib edilməli, pəhriz hazırlanmalıdır. Məşqə yazılan insanlardan ilk dəfə məşğul olub-olmadıqlarını, səhhətlərindəki problemləri, qidalanma rejimlərini, əməliyyatlarının olub-olmadığını soruşuruq. Lakin ola bilər ki, məşqçinin işləri çox olsun və bu sualları verməyi unutsun, bu zaman şəxs özü yaxınlaşaraq, hər problemini bildirməlidir”.

Bəs görəsən, kimlərə ağır idman növləri ilə məşğul olmaq qadağandır? Ölüm halları kimlər arasında daha çox yayılır?

Kardioloq Famil Qaflanov Lent.az-a açıqlamasında bildirib ki, ölüm hadisələri əsasən, ilk dəfə 30-40 yaşdan sonra məşqə başlayan şəxslərdə yaranır.

“Mütəmadi olaraq idmanla məşğul olan insanlarda bu cür halların yaşanma ehtimalı olduqda azdır. İdman zallarında ölüm hadisələri diqqət cəlb etdiyi üçün “artmırmış” kimi görünür.

Məşq zallarında, xüsusən ağır idman növləri ilə məşğul olan şəxslərdə kardiyomiyopati deyilən ürək əzələləri qalınlaşır. Bu isə ürəyin yorulmasına və qəfil dayanmasına səbəb olur. Ona görə də. ağır idman növü ilə məşğul olan insanlar həkim yoxlanışından keçməli, tez-tez ürəyin EKQ və EXO müayinə metodlarından mütləq şəkildə keçməlidirlər.

Ölüm hadisələri əsasən, ilk dəfə 30-40 yaşdan sonra məşqə başlayan şəxslərdə yaranır. Ömründə heç vaxt idmanla məşğul olmayan insanlar zallarda ağır çəki qaldıraraq, məşq etmək istəyir, lakin məlum olur ki, onun ürəyində işemik xəstəlik var".

“Ən böyük bəlamız əksər insanların ilkin tibbi yardımdan anlayışının olmamasıdır”,-deyə həkim vurğulayıb.

“Məşq zallarında çalışan şəxslər mütləq ilkin tibbi yardımı bilməlidirlər. Lakin çox təəssüf ki, əksər insanlar ilkin tibbi yardımı nəinki bilmirlər, heç ondan anlayışları da yoxdur. İnsan hansı peşə sahibi olursa, olsun tibbi yardım bacarığı və biliyi olmalıdır. Bu biliklərə insanı uzatmaq, süni tənəffüs vermək, ürəyin qapalı masajının aparılması daxildir. Bunlar edilsə, təcili tibbi yardım briqadası gələnə kimi insanın ürəyi çalışar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://lent.az
archiveBu xəbər 20 Oktyabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see217

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see193

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see179

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see174

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see157

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see147

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see140

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see138

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri