Icma.az
close
up
RU
“İdmançılar o qədər medal gətirirdilər ki, sanki medallar endirimdə idi” Atil Ağamirovun ə MÜSAHİBƏSİ

“İdmançılar o qədər medal gətirirdilər ki, sanki medallar endirimdə idi” Atil Ağamirovun ə MÜSAHİBƏSİ

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Son illərdə Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Azərbaycan idmanında ən mühüm məsələlərdən biri - fəaliyyəti yalnız “kağız üzərində” olan, idmançıları isə yalnız “məhəllə səviyyəli” beynəlxalq turnirlərdə iştirak edən federasiyaların sayının azaldılması istiqamətində ciddi işlər görülüb. Xüsusilə də şərq döyüş növlərini təmsil edən federasiyalarla bağlı ciddi addımlar atılıb. Nəticədə Karate Federasiyaları Assosiasiyası və Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası yaradılıb. Əgər birincinin - Ülvi Quliyevin rəhbərlik etdiyi assosiasiyanın fəaliyyəti mediada geniş işıqlandırılırsa, ikinci barədə demək olar ki, heç nə məlum deyil.

İdman.Biz bu məlumat boşluğunu aradan qaldırmaq məqsədilə Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının prezidenti Atil Ağamirovdan müsahibə götürüb.

- Sizin rəhbərlik etdiyiniz assosiasiyaya neçə federasiya daxildir?

- Demək olar ki, yapon mənşəli bütün döyüş növləri bu assosiasiyaya daxildir – aykido, sumo, ciu-citsu, kendo, iaydo, kido və s. Nizamnaməyə əsasən, biz karate və cüdo istisna olmaqla səkkiz müxtəlif yapon döyüş növünü birləşdiririk.

- Mən bildiyimə görə, assosiasiyaya həm yapon, həm də Braziliya ciu-citsusu daxildir. Bu iki federasiyanın rəhbərləri uzun müddət bir-biri ilə ziddiyyət içində idi. Sizə bu problemi həll etmək mümkün oldumu?

- Hər iki təşkilat bizim assosiasiyaya daxildirsə, deməli, mümkün olub (gülür).

- Bu federasiyaların bir strukturda birləşdirilməsi nə verdi?

- Ən azı, həmin sahələrdə mövcud olan qarışıqlığa son qoyuldu. “Məhlə səviyyəli” beynəlxalq turnirlərə səfərlər dayandı. İdmançılar o qədər medal gətirirdilər ki, elə bil orada medallar endirimdə idi. Valideynlərin də aldadılması dayandı – o yarışları “dünya çempionatı” və ya “dünya kuboku” adlandırırdılar. Artıq böyüklər arasında da kiçik turnirlərdəki qələbələri böyük uğur kimi təqdim etmək mümkün deyil. Ən azı ona görə ki, biz hər hansı yarışa ezamiyyəti yalnız həmin turnirin legitimliyi və Gənclər və İdman Nazirliyinin müvafiq strukturları tərəfindən yoxlanıldıqdan sonra maliyyələşdiririk. İndi assosiasiyamıza daxil olan hər bir təşkilat yarışa qatılmaq istəyirsə, bunun üçün əsaslı arqument təqdim etməli və turnirin rəsmi statusunu, idman əhəmiyyətini sübut etməlidir.

- Yəni siz artıq bütün bu “saxta” dünya çempionatlarının maliyyələşdirilməsindən və belə “çempionların” mükafatlandırılmasından tamamilə imtina etmisiniz?

- Əlbəttə! Üstəlik, deyim ki, elə idman növləri var ki, ümumiyyətlə, dünya çempionatları keçirilmir. Və ya keçirilir, amma bizdə hələ həmin səviyyədə idmançılar yoxdur.

- Konkret misal göstərə bilərsinizmi?

- Əlbəttə. Məsələn, aykido üzrə dünya çempionatı keçirilmir. Yalnız bir istiqamət – tomiki-aykido üzrə dünya çempionatı olur. Amma bu istiqamət bizdə hələ inkişaf mərhələsindədir, idmançılarımız yoxdur, inkişaf etdirməyi planlaşdırırıq. Bu sahə üzrə güclü, rəqabətli yarışlar var, amma dünya çempionatı yoxdur. Məsələn, iaydo və ya kendo üzrə dünya çempionatlarında isə bizim idmançılar hələ iştirak edə bilmirlər, çünki bizdə həmin səviyyədə idmançılar yoxdur.

– Bəs sumo üzrə vəziyyət necədir? Axı gələn il Bakıda bu növ üzrə dünya çempionatı keçiriləcək. Siz qorxmursunuz ki, sumonun, açıq desək, Azərbaycanda o qədər də inkişaf etmədiyi şəraitdə komandamız medalsız qala bilər? Axı yaxınlarda taekvondo üzrə analoji vəziyyət oldu - hər zaman güclü idmançılarımız olsa da, evdə keçirilən dünya çempionatında medal qazana bilmədik.

- Mən elə düşünmürəm ki, biz medalsız qalacağıq. Bəli, razıyam, sumo bizdə taekvondo qədər populyar deyil, amma ən azı üç sumoçumuz var ki, qarşıdakı dünya çempionatında medal qazana bilərlər. Bunlar Cavid Yusifov, Əmrah Şəfiyev və Araz Mehrəliyevdir. Bu uşaqlar dünyanın ən güclü sumoçularına layiqli rəqib ola bilərlər. Onların adlarını yadda saxlayın – siz mütləq bu adları eşidəcəksiniz.

Vüqar Vüqarlı

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 22 Oktyabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri