Icma.az
close
up
RU
İdmançılarımızın nəyi əskikdir? ARAŞDIRMA

İdmançılarımızın nəyi əskikdir? ARAŞDIRMA

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İdmanın kasıb və orta təbəqə üçün mövcud olduğu heç kimə sirr deyil. Bu sahədə yetərincə çətinliyə, əziyyətə qatlaşmaq tələb olunur. Bu üzdən də əsasən kasıb və orta təbəqədən olanlar idmanın çətnliklərinə sinə gərməyə razılaşırlar. Bu da əbəs deyil. Axı, onları qarşıda böyük perspektiv gözləyir. İdman təkcə onları uğurlara deyil, bununla paralel həm də zənginləşməyə, bütün maddi çətinlikləri arxada qoymağa aparır. Təsadüfi deyil ki, məşhur idmançıların əksəriyyəti məhz belə ailələrdən çıxır və idman sayəsində təkcə özünün deyil, ətrafındakıların da maliyyə durumunu yaxşılaşdırır. Yüzlərlə tanınmış idmançının həyat hekayələri də onların aşağılardan yüksəkliyə arenalardakı uğurları sayəsində qalxdığını göstərir. Kasıb Afrika ölkələrindən çıxan məşhur futbolçular, kiçik ölkələri uğurla təmsil etməklə milyonçuya çevrilən atletlər... Düzdür, imkanlı ailənin idmançı övladlarına da rast gəlmək olur. Belələri azlıq təşkil edir və onları da müəyyən qismi idmançı sülalərinin üzvləridir.

İdman.biz-in araşdırmasına görə, Azərbaycan idmanı da bütün dünyanı əhatə edən bu tendensiyadan kənar deyil. Yüzlərlə, hətta minlərlə idmançımız qazandığı uğurlar hesabına həyatını təmin etməyi bacarıb. Onlardan bəziləri idmanı sevərək uğurlara gedib və qazandıqları nailiyyətlər onlara maddi imkanlar gətirib. Bəziləri isə elə “pul dalınca” prinsipi ilə üz tutduğu idmanda istəyinə çatıb, məşhurlaşıb, çempionluqlarla hər şeyini təmin edib.

Azərbaycanda idmana dövlət qayğısının yüksək səviyyədə olması da bunun üçün münbit şərait yaradır. Başda Prezident İlham Əliyev ilə Birinci xanım Mehriban Əliyeva olmaqla dövlətimiz bu sahəyə daim həssas və qayğı ilə yanaşır.

İdmançılarımız daim bu dəstək və qayğını hiss edirlər. Onlar çətin və əziyyətli yollarla yüksəldiyi zirvələrdə maliyyə çətinliyi ilə üzləşmir. Bu, uşaq və yeniyetmələrə idmana üz tutmağa stimul verir, təkan rolunu oynayır. Son Olimpiadada – Paris-2024 Yay Olimpiya Oyunlarında təmsilçilərimizin qazandığı uğurlar, üstəlik, onlara verilən pul mükafatlarının açıqlanması yüzlərlə uşağı idman zallarına yolunu açıb. Bu azyaşlılar da kumirləri kimi uğurlar qazanmaq, bununla da özlərini və ailələrini təmin etmək arzusundadırlar. Axı, zənginləşmək, maddi sıxıntı yaşamamağın ən rahat yolu çempionluqlardan keçir.

Azərbaycanda bunun üçün ideal şərait də yaradılıb. Uzağa getməyib, Paris-2024-ün mükafatlarına nəzər salmaq olar.

Prezident İlham Əliyevin Sərəncamı ilə Fransa paytaxtında birinci yeri tutan hər bir idmançıya 400, onun məşqçisinə 200 min manat verilib. Bu rəqəmlər ikinci yer üçün müvafiq olaraq, 200 və 100, üçüncü yer üçün 100 və 50 min manat təşkil edib. Bu mükafatlar qızıl qazanmadığımız Tokio-2020-də və Rio-2016-da da eyni olub.

Həmin mükafatlar təkcə dövlətin verdiyi məbləğdir. Federasiyalar, sponsorlar və müxtəlif digər qazanclar, yüksək maaşlı işlə təminat, ev və avtomobil kimi hədiyyələr, ömürlük aviabiletlər, üstəlik, məşhurlaşmaq...

Olimpiya medalçısı olmağa dəyər. Hətta bürünclə minlərlə, on minlərlə insanın xəyal etmədiyi qazanc əldə etmək mümkündür. İstənilən medal əldə etdikdən sonra isə şikayətlənməyə, kasıbçılıqdan, imkansızlıqdan danışmağa dəyməz. Məşhur idmançılarımızın nəyi əskikdir ki?

Təbii ki, əgər qazanılan mükafat havaya sovurulmayıbsa, hansısa bukmeker kontoruna və ya buna bənzər bir yerə dağıdılmayıbsa. Təəssüf ki, belələri də var. Onlar yeniyetmə və gənc idmançılara da, uşaqlara həm yaxşı, həm də pis nümunədir. Onlar belə etməməli olduqlarını dərk edə bilir. Yoxsa ki, idman qurğularında əziyyətlə, eyni zamanda, dövlətimizin dəstəyi və qayğısı ilə milyonçu olanlar niyə birdən paraya möhtac qalıb, durumundan şikayətlənsin ki?

Əlbəttə, belə halların yaşanmaması üçün Azərbaycan Gənclər və İdman Nazirliyi də addımlar atır. Bir müddət əvvəl pul mükafatının verilməsi ilə bağlı yeni qayda tətbiq olunmağa başlayıb. Buna da idmançıları böyük qazancı bir səhvlə itirməkdən sığortaladığını demək olar.

Ölkəmizdəki minimum əmək haqqını nəzərə alsaq, idmanda yaxşı qazanmaq mümkündür. 2025-ci ildən bu rəqəm 400 manata bərabərdir. Bunun 1000 mislini qazanan Olimpiya çempionunun uğurunu təkrarlamağa dəyər. İstənilən uşaq və yeniyetmə idman zalında səylə çalışıb, əziyyətdən qorxmamaqla buna doğru irəliləmək imkanına da malikdir.

Dövlət uğur qazana bilməyən, çempionluqlar əldə etməyən idmançılara da biganə qalmır. Populyar olmayan və medal gətirməyən idman növlərinə də yetərincə qayğı göstərilir. Olmpiada, dünya və Avropa çempionatlarında mükafatçılar sırasında yer ala bilməyənlər, Avropa Oyunları və İslam Həmrəyliyi Oyunlarında fərqlənmək şansı yaxalayır. Bu turnirlərdə də yüksək mükafatların olması idmançılara yaxşı gələcək vəd edir.

Böyük uğur qazanmaqda çətinlik çəkdiyimiz komanda idman növləri də şikayətlənə bilməz. Aparıcı klublarda – məsələn “Qarabağ”da çıxış edən futbolçular heç də Olimpiya çempionlarından kasıb deyillər. Dövlətin, sponsorların dəstəyi futbolla yanaşı, basketbol, voleybol və həndbolda da hiss olur. O ayrı məsələ ki, bu növlərdə ciddi uğurlar olmadığından qazanc da futbol və olimpiya mükafatçıları ilə müqayisədə azdır.

Azərbaycanın idmançılara və onların maliyyə durumuna nə qədər diqqət göstərməsi digər ölkələrlə müqayisədə də qabarıq hiss olunur. Uzağa getməyib, Paris-2024-də məbləği açıqlan ölkələrin medalçılara vəd etdiyi mükafatların məbləğini müqayisə edək.

400 min manat, yəni 235 min dollarlıq mükafat qazanan azərbaycanlı olimpiya çempionları yalnız 10 ölkədən olan qızıl medalçıdan az əldə edib. Onların da bəziləri bu çempionluğu qazanmayıb da. Vəd olunan rəqəmə görə Azərbaycan 11-cidir. Honkonq 768,5, Sinqapur 737, Tayvan 720, Türkiyə 380, Gürcüstan 370, Tailand 365,15, İndoneziya 346, İsrail 276,1, Qazaxıstan 250, Malayziya 235 min dollar vəd edib. Bu ölkələrdən üçü Parisi qızılsız tərk etməli olubsa, Gürcüstan 3, Honkonq, İndoneziya, Tayvan da Azərbaycan kimi 2, Tailand, İsrail, Qazaxıstan 1 çempionluq sevinci yaşayıb. Gümüş və bürüncün dəyərində də ölkəmiz ön sıralarda yer alıb.

Bir sözlə, dünyanın əksər ölkələrindən olan idmançılar Azərbaycandan olan rəqiblərinə həsəd apara bilər. Axı, bizdə idman arenalarındakı qələbələrlə arzuladığın həyatı qura bilərsən. Fəxri kürsüdə yer alan təmsilçilərimiz bununla həyatdakı arzularına çatmaq imkanına malikdir.

Hətta bəzən, yaxşı maliyyə imkanı əldə etmək üçün qələbə qazanmamaq da yetərli olur. Olimpiadaya lisenziya qazananlara da Oyunlar öncəsi mükafatlar verilməsi də məhz idmançıların rifahına, şəraitlərinin yaxşılaşdırılmasına xidmət edir. Elə UFC-dəki təmsilçimiz Rafael Fiziyevin son döyüş üçün aldığı böyük mükafat da qeyd olunmalıdır. O, Castin Qeydji ilə qarşılaşmada uduzsa da, 300 min dollar alıb. Həm də bir sıra idman növlərində mükafatları təkcə ölkəmiz deyil, təşkilatçılar da verir. Kommersiya xarakterli yarışlar, peşəkar döyüşlər də onların imkanlarını yaxşılaşdırması baxımından rol oynayır.

Meydan sizindir, uşaqlar! İdmana gəlin, uğur qazanın, həyatınızı da dəyişin! Əmin olun ki, Azərbaycan idmanında əziyyətinizə qiymət veriləcək! Əgər sonradan karyeranız bitdikdə yenə gözünüz mükafatda qalacaqsa, bu artıq öz günahızdır.

Vüqar Xeyrullayev
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 17 Mart 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva: Evinizə bolluq, bərəkət və ruzi dolu günlər arzulayıram

27 May 2026 01:19see181

Real Holannla bağlı planlar qurur

26 May 2026 04:15see180

Zehni və sinir sisteminizi necə gücləndirmək olar..?

26 May 2026 20:49see179

Tbilisidə Röya Ayxan coşğusu!

27 May 2026 03:20see177

Zelenski elan etdi: Müharibə bu tarixdə başa çatacaq!

26 May 2026 07:00see170

Yekun sənədi imzalayacağıq Mirzoyandan TRİPP AÇIQLAMASI

26 May 2026 23:17see165

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

27 May 2026 09:46see162

Komandanı liqada saxladı: İstefaya göndərildi

26 May 2026 08:55see162

Masada 3 ssenari var: Hansı ağır gələcək?

26 May 2026 19:36see160

Azərbaycanda Qurban bayramı qeyd olunur

27 May 2026 00:03see159

Yastığın yuxuya təsiri

26 May 2026 09:38see158

Azərbaycan ilə Bəhreyn arasında regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb

27 May 2026 01:41see156

NASA hər ay Yerin peykinə pilotsuz gəmilər göndərəcək

27 May 2026 06:14see154

Aviabiletləri Azərbaycan dövlətini istəməyənlər bahalaşdırır AZAL la bağlı elə şeylər açıqlandı ki… KONKRET

27 May 2026 15:14see148

“Lill”in baş məşqçisi “Fənərbağça” ilə oyundan danışdı

27 May 2026 14:43see147

Qripdən sonra faciə: 14 yaşlı qız bir anda iflic oldu

26 May 2026 04:02see146

ABŞ ordusu yenidən İranı vurdu

26 May 2026 05:45see145

Saul Alvares Kroufordla revanş döyüşü keçirmək istədiyini bildirib

26 May 2026 05:17see145

SEPAH Hörmüzdəki 25 gəmi ilə bağlı qərarını verdi

27 May 2026 01:08see143

Belarusda işçilər “yoxa çıxır”...

26 May 2026 21:15see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri