Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

İdxala son: Yerli istehsalçıların dövranı başlayır?

İdxala son: Yerli istehsalçıların dövranı başlayır?

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın kənd təsərrüfatında özünütəminetmə səviyyəsinin artırılması yenidən dövlət siyasətinin əsas prioritetlərindən biri kimi gündəmə gəlib.

Xüsusilə son illərdə qlobal ərzaq bazarında yaşanan dalğalanmalar, idxaldan asılılığın yaratdığı risklər və ərzaq təhlükəsizliyi məsələləri bu sahədə yerli istehsalın gücləndirilməsini daha da aktuallaşdırıb.

Bu kontekstdə Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı ölkənin ət, süd və quş əti məhsulları ilə 100 faiz özünü təmin etməsinin vacibliyini vurğulayıb: 

“Mən rəqəmləri qeyd etdim, təqribən 80-90 faiz səviyyəsindədir. Bunu 100 faizə çatdırmaq üçün mən hesab edirəm ki, imkanlar var və bu proqram qeyd etdiyim kimi, qısamüddətli olmalıdır, 2026-2030-cu illəri əhatə edəcək. 

Nəzərə alsaq ki, 2026-cı ilin demək olar ki, yarısı artıq arxada qalır, bu proqramın icrası üçün cəmi dörd il yarım qalır. Buna görə dövlət xətti ilə proqramın maliyyələşdirilməsi üçün vəsait bu il ayrılmalıdır”.

Hazırda yerli istehsalın qarşısında duran əsas problemlər nədir? Qarşıya qoyulan hədəfə çatmaq üçün ilk növbədə hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, hazırda yerli istehsalın qarşısında duran əsas problemlərdən biri yem bazasının zəif olmasıdır:

“Heyvandarlıq və quşçuluqda istifadə olunan yemlərin böyük hissəsi idxaldan asılıdır. Bu isə məhsulun maya dəyərini artırır və istehsalçını xarici bazardakı qiymət dəyişikliklərindən asılı vəziyyətə salır. Digər mühüm problem su çatışmazlığı və suvarma sistemlərinin köhnəlməsidir. Xüsusilə son illərdə quraqlığın artması kənd təsərrüfatına ciddi təsir göstərir.

Fermerlərin bir hissəsinin maliyyə imkanları məhduddur, müasir texnika və texnologiyalara çıxış zəifdir. Kreditlərin əlçatan olmaması, yüksək faizlər və kiçik təsərrüfatların pərakəndə fəaliyyəti məhsuldarlığın artmasına mane olur. Eyni zamanda baytarlıq xidmətləri, damazlıq işi və məhsulun saxlanılması sahəsində də problemlər qalır. Bir çox fermer istehsal etdiyi məhsulu bazara sabit və sərfəli qiymətlə çıxarmaqda çətinlik çəkir”.

Ekspert qeyd edib ki, qarşıya qoyulan hədəfə çatmaq üçün ilk növbədə yem istehsalının artırılması vacibdir:

“Yerli yem bazası güclənmədən ət, süd və quş əti istehsalında tam təminata nail olmaq çətin görünür. Suvarma layihələrinin genişləndirilməsi, yeni su anbarlarının və müasir su sistemlərinin qurulması da əsas məsələlərdən biridir. Dövlət dəstəyinin daha hədəfli və şəffaf olması, subsidiyaların real istehsalçıya çatdırılması vacibdir.

Kiçik fermerlərin kooperativlər şəklində birləşdirilməsi həm xərcləri azalda, həm də bazara çıxışı asanlaşdıra bilər. Eyni zamanda yerli emal müəssisələrinin artırılması və kənd təsərrüfatında logistikanın yaxşılaşdırılması məhsul itkisini azaldar və fermerin gəlirini artıra bilər. Tam təminat hədəfi mümkündür, amma bunun üçün təkcə maliyyə deyil, idarəetmə, planlaşdırma və uzunmüddətli aqrar islahatlar da lazımdır”.

Gülər Həsənli
“Cebheinfo.az”

Açar sözlər: istehsal Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 May 2026 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see862

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see476

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see338

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see304

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see288

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see285

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see283

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see269

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see258

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see257

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see251

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see246

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see243

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see241

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see230

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see224

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see224

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see223

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see199

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri