Bakıda yerli istehsalçıların yarmarkası keçiriləcək
Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fevralın 16-da İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə Bakıda yerli istehsalçıların yarmarkası keçiriləcək.
"Report" AZPROMO-ya istinadən xəbər verir ki, tədbir Bakı sakinlərinə və şəhərin qonaqlarına yerli ustaların istedadını və kreativliyini tanıtmaq üçün vahid platforma təqdim edəcək.
Yarmarka unikal yerli geyim və aksesuarların, eləcə də parfümeriya, şərab və şokolad kimi qida məhsullarının nümayişi üçün geniş imkan yaradacaq. Ziyarətçilər məhsullar almaqla yanaşı, dizaynerlərlə ünsiyyət qurmaq, onların ilham mənbələri və hər bir əşyanın yaradılma hekayəsi haqqında məlumat əldə etmək imkanı qazanacaqlar.
Yarmarkada həmçinin davamlı inkişaf və yerli istehsalçıların dəstəklənməsi mövzusunda ustad dərsləri, mühazirələr və müzakirələr təşkil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 03 Fevral 2025 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















