IEA: Azərbaycan aşağı emissiyalı texnologiyalara sərmayələri artırmağa çalışır
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
COP29-a ev sahibliyi etdikdən sonra Azərbaycan aşağı emissiyalı texnologiyalara sərmayələri artırmağa çalışır.
Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin (IEA) “Dünya Enerji Mənzərəsi – 2025” hesabatına istinadən xəbər verir.
Hesabatda qeyd olunur ki, ölkə 2030-cu ilə qədər quraşdırılmış gücdə bərpa olunan enerjinin payını 30%-ə çatdırmağı hədəfləyir.
“Bakıda keçirilən COP29 zamanı Xəzər və Mərkəzi Asiya ölkələri tərəfindən bir sıra bəyanatlar səsləndirildi. Bu bəyanatlar arasında bərpa olunan enerji mənbələrinə dəstəyin artırılması və infrastruktur əlaqələrinin yaxşılaşdırılması öhdəlikləri də yer aldı. Nümunə olaraq, Azərbaycan, Qazaxıstan və Özbəkistan tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq Sazişi çərçivəsində həyata keçirilən Transxəzər Yaşıl Enerji Dəhlizini göstərmək olar”, - hesabatda qeyd olunur.
Bildirilir ki, qeyd olunan sazişin məqsədi tərəfdaş ölkələrin elektrik şəbəkələrinin inteqrasiyasını təmin etmək və bərpa olunan enerjinin ixracını mümkün etməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 12 Noyabr 2025 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















