Icma.az
close
up
RU
“Qışa hazırıq”: Bakının ilk qarı bu vədi verən qurumların işini üzə çıxaracaq

“Qışa hazırıq”: Bakının ilk qarı bu vədi verən qurumların işini üzə çıxaracaq

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Qışa hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilib. 

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Müşavirələrin əsas məqsədi rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılması, bu zaman görülməsi zəruri olan işlər müzakirə edilib. 

İlk müşavirələr paytaxtın Sabunçu, Xətai və Nizami rayonlarında keçirilib. Müşavirələrdə Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri, şəhərin kommunal və digər xidmətlərinin rəhbərləri də iştirak ediblər. 

Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər yerli İcra Hakimiyyətlərinin nümayəndələri ilə birgə rayonlarda qış mövsümünə hazırlığı, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayıblar. 

Bildirilib ki, qış aylarında yağmurlu və şaxtalı hava şəraiti ilə əlaqədar rayon İcra Hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri həmin günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar. 

Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb. 

Həmçinin rayonlardakı idarə, təşkilat və özəl qurumlar, bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə, ictimaiyyət nümayəndələrinə qarlı günlərdə Avropa ölkələrində də qəbul edilən qaydalara uyğun özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə çağırış edilib. 

Hələ qış fəslinin gəlməsinə bir ay qalıb. O zaman yaranacaq hava şəraitini əvvəlcədən nəzərə alsaq, qurumlar hər vəziyyətə hazır olmalıdırlar. Hər il olduğu kimi, ötən il də qış fəslindən öncə müvafiq qurumlar “qışa hazırsınızmı?” sualına “əlbəttə” cavabını vermişdilər. Ancaq qış gəlib qapıya dirənəndə,  Bakı ənənəvi problemlərlə üzləşdi. 

Ötən il Bakıda ilk qar yanvarın 14-də yağdı. Qarın yağmasına sevinənlər təkcə uşaqlar oldu. Çünki böyüklər həmin gün qarın yaratdığı “əzablı yollardan” keçirməli oldular. Qar yağan müddətdə isə real mənzərə rəsmilərin bir ay əvvəlki vədindən tamamilə başqa idi. Belə ki, paytaxtda texnika deyil, sadəcə əllərində bel və kürəklə küçələri təmizləməyə çalışan “JEK” işçiləri vardı. 

Sosial şəbəkələrdə fotolar ard-arda yayılırdı. Belə videomaterialdan birindən görünürdü ki, küçədə yığılmış qarın təmizlənməsi üçün polis əməkdaşı əlindəki kiçik torbadan duz səpir. Polisin fəaliyyəti təqdirəlayiq olsa da, faktdır ki, bir torba duz Bakı küçələrini qar və buzdan xilas etməyəcək. Məhz yaranmış bu böhranlı vəziyyətlə bağlı avtomobillər saatlarla küçələrdə hərəkətsiz qaldılar. 

Qeyd edək ki, hələ 2023-cü ilin sonlarından qışa hazırlıqla bağlı BŞİH-də ardıcıl müşavirələr keçirilir. Rayon İcra Hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal-təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri həmin günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar. 

Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilir. Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanır, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı, idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb. 

Hər il qış fəsli gəlmədən öncə bir sıra qurumlar, o cümlədən “Azəriqaz”, “Azərişıq”, “Azərsu” qışa tam hazır olduqları barədə məlumat yayırlar. Ancaq paytaxt ötən il cəmi bir gün yağan qarla “sinifdə qaldı”. 

Paytaxt sakinlərinin yaşadığı digər problem isə ictimai nəqliyyatla bağlı oldu. Vətəndaşlar avtobus tapmaqda çətinliklərlə üzləşdilər. Yollar qar və buzdan təmizlənmədiyindən, bir sıra ərazilərdə, ümumiyyətlə, avtobuslara rast gəlinmədi. Bəzi ərazilərdə isə uzun fasilələrdən sonra marşrut avtobusu görmək mümkün oldu. Baş verənlər göstərdi ki, bütün bunlar elə o iclas otaqlarında bağlı qapılar arxasında qaldı, cəmi bir gün yağan qar Bakını iflic etdi. 

Vətəndaşlar dayanacaqlarda, avtomobillər yollarda qaldı, kommunal xidmətlərin işində fasilələr baş verdi. Paytaxtın bir çox ərazilərində işıqların sönməsi və saatlarla vətəndaşların işıqsız, internetsiz qalması bir daha göstərdi ki, bu sahədə fəaliyyət göstərən qurumlar heç də qışa hazır deyilmiş. Bəhs edilən nə 60 texnika, nə kifayət qədər duz, işçi qüvvəsi varmış. 

Əgər bir gün yağan qar Bakı sakinləri üçün belə çox problemlər yaradırsa, bir həftə davamlı qar yağarsa, paytaxtda həyatın tamamilə dayanmasına gətirib çıxaracaq. Nəinki qış fəsli, hətta oktyabr ayında yağan güclü yağış nəticəsində Bakıda iki nəfər yağış suyundan "Sabunçu keçidi" adlanan ərazidə həyatını itirdi. 

Həmçinin Abşeron rayonu, Masazır qəsəbəsində, Lökbatanda, Xırdalanda bəzi ərazilərin subasmaya məruz qalması ilə bağlı  vətəndaşların təxliyəsi və digər təhlükəsizlik tədbirləri görüldü. 

2025-ci ilin fevralın 21-də baş verən qar çovğunu bir sıra ərazilərdə problemlərin yaranmasına gətirib çıxardı, işıqlar söndü, insanlar dayanacaqlarda az qala “buz heykəl”ə dönəcək halda uzun müddət ictimai nəqliyyat gözləməli oldular. 

Bütün bunlar uzaq olmayan dünənin təcrübələridir. Sabah yenə qış gələcək, bu gün yenə tapşırıqlar verilib, bütün qüvvələr hazırlıq vəziyyətinə gətirilib. Nəticənin necə olacağını çox gözləməli olmayacağıq, Bakının ilk qarı bu hazırlığın nə səviyyədə olduğunu göstərəcək.  

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: Qışa hazırlıq ilk qar ə Bakı Şəhər İcra Hakimiyyəti

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Noyabr 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri