Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

İƏT in Xankəndidəki sammitinin siyasi və iqtisadi MESAJLARI

İƏT in Xankəndidəki sammitinin siyasi və iqtisadi MESAJLARI

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Rusiya-Azərbaycan münasibətlərində yaşanan siyasi, diplomatik böhran fonunda keçirilməsinin məna və çəkisi böyükdür.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov bildirib. O deyib:

“3-4 iyul tarixlərində Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək. Bu sammit ilk dəfədir ki, Xankəndidə keçiriləcək.Sammitdə 13 dövlət təmsil olunacaq. Xüsusilə də Türkiyə və İran prezidentlər səviyyəsində təmsil olunur. Pakistan Baş naziri, eyni zamanda Özbəkistan prezidenti kimi mühüm qonaqlar da bu mühüm tədbirə qatılacaq. Xüsusilə bu tədbirin Rusiya-Azərbaycan münasibətlərində yaşanan siyasi, diplomatik böhran fonunda keçirilməsinin də məna və çəkisi böyükdür. Rusiyada müəyyən şovinist qüvvələr Azərbaycana təzyiq yolunu seçiblər. Qoy görsünlər ki, Azərbaycanın yanında NATO-da ikinci güc mərkəzi olan Türkiyə, müsəlman dünyasının yeganə nüvə silahına sahib dövləti Pakistan var. Qoy görsünlər ki, Türk Dövlətləri Təşkilanın əsas üzvlərindən biri olan Öbəkistan prezidenti Xankəndidəki tədbirdə iştirak edir. Qoy görsünlər ki, Azərbaycan-İran münasibətləri artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. İsrail-İran müharibəsi fonunda da rəsmi Tehran gördü ki, Azərbaycan nə qədər düşünülmüş böyük siyasət həyata keçirir”.

Deputat vurğulayıb ki, Azərbaycan bu gün strateji əhəmiyyətli məsələlərin müzakirə məkanına çevrilir:

“Biz adətən belə tədbirlərin Bakıda keçirilməsinə şahidlik etmişik. İndi isə Xankəndidə - Qarabağın mərkəzində tədbir keçirilir. Bununla da bizi istəyən və qarşı çıxan dövlətlərə mesaj verilir ki, Azərbaycan tək deyil, biz Azərbaycanın yanındayıq, eyni zamanda Xankəndi, Qarabağ, Şərqi Zəngəzur Azərbaycandır. Biz eyni zamanda Qərbi Zəngəzura qayıdacağıq. Bu qayıdış tankla, topla yox, avtomobillə, dinc şəkildə olacaq. Bizim işimiz haqq işidir. Azərbaycan bu gün bütün dünyaya sülh, əmin-amanlıq mesajları verir, birgəyaşayış mədəniyyəti nümayiş etdirir. Eyni zamanda Azərbaycan soydaşlarımızın pozulmuş hüquqlarının keşiyindədir. Bu hüquqaları kimin pozmasından asılı olmayaraq, Azərbaycanın prinsipial mövqeyi var. Bu siyasətin də başında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dayanır. O lider ki, bütün dünyada müdrik lider, mahir diplomat və müzəffər Ali Baş Komandan kimi qəbul olunur”.
 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov söyləyib ki, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə əməkdaşlığı daha da dərinləşdirir:
 

“İƏT-də Azərbaycanın strateji əməkdaşlıq etdiyi ölkələr var. Həmin ölkələrlə əməkdaşlığın daha da dərinləşməsi Azərbaycanın xarici siyasətində prioritet məsələdir. Bu baxımdan Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti bir yandan təşkilata üzv dövlətlər arasında əlaqlələrin dərinləşməsinə, iqtisadi əlaqələrin, eləcə də strateji əməkdaşlıq münasibətlərinin daha da genişlənməsinə xidmət edəcək. Bu, bütövlükdə təşkilata üzv ölkələr arasında əməkdaşlığın güclənməsi üçün imkandır. Bu kontekstdən Azərbaycan beynəlxalq tədbirlərə mütəmadi olaraq ev sahibliyi edir. İƏT sammitinin Azərbaycanda keçirilməsi bütövlükdə təşkilatın işinə töhfə verməklə yanaşı, ölkələr arasında münasibətlərin dərinləşməsinə xidmət edir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 İyul 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see317

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see276

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see259

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see256

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see251

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see245

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see241

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see222

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see218

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see217

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see215

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see212

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see210

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see207

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see198

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see183

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see176

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri