İƏT İran dronlarının Azərbaycanın ərazisini hədəf almasını pisləyib
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi İran dronlarının Azərbaycan ərazisini hədəf almasını qəti şəkildə pisləyib.
APA-nın xəbərinə görə, İƏT Baş Katibliyi mülki obyektlərin hədəfə alınmasını və mülki şəxslərin həyatının təhlükəyə atılmasını pisləyərək bunun Azərbaycanın suverenliyinin pozulması, eləcə də ölkənin təhlükəsizliyi və sabitliyinə təhdid olduğunu bildirib.
Təşkilat Azərbaycan Respublikası ilə tam həmrəy olduğunu vurğulayaraq ölkənin suverenliyinin, təhlükəsizliyinin və sabitliyinin qorunmasına dəstək ifadə edib.
Bununla yanaşı, İƏT bu cür təxribat xarakterli addımların dərhal dayandırılmasına çağırıb. Bildirilib ki, üzv dövlətlərin hədəfə alınması və onların təhlükəsizliyinin təhdid edilməsi beynəlxalq hüquq prinsiplərinin pozulmasıdır və qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərə ziddir.
Baxış sayı:198
Bu xəbər 06 Mart 2026 00:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















