Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

İƏT Qərbi Azərbaycan həqiqətini rəsmiləşdirdi

İƏT Qərbi Azərbaycan həqiqətini rəsmiləşdirdi

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistan qaçqın soydaşlarımızın qayıdış hüququnu tanımalıdır

İstanbulda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası qəbul olunan qətnamələrin çeşidi və əhəmiyyəti ilə diqqəti cəlb etdi. Bu dəfə nüfuzlu beynəlxalq təşkilat Azərbaycanın irəli sürdüyü bütün təşəbbüsləri dəstəkləməklə, haqq işimizin dünyanın diqqətinə çatdırılması kimi gərəkli missiyanı yerinə yetirmiş oldu. 

İyunun 21-22-də düzənlənən və Türkiyənin Xarici işlər naziri Hakan Fidanın sədrliyi ilə keçən toplantının əsas mövzusu “Dəyişən Dünyada İslam Əməkdaşlıq Təşkilatı” olub. Bu mövzu ətrafında aparılan müzakirələrdə İƏT-ə üzv 57 ölkə ilə yanaşı, təşkilata bağlı qurumlar, müşahidəçi ölkələr və digər beynəlxalq təşkilatlardan təxminən 1000-ə yaxın nümayəndə iştirak edib. İƏT-in budəfəki toplantısını əvvəlkilərdən fərqləndirən əsas cəhət onun növbədənkənar xarakter daşıması idi. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, toplantının yekunlarına dair “İstanbul Bəyannaməsi”, habelə ölkəmizin təşəbbüsü ilə irəli sürülmüş 5 qətnamə qəbul edilib. İƏT-in İstanbul sessiyasını Azərbaycan üçün önəmli edən amillərdən biri onun Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul etməsidir.

Azərbaycanın beynəlxalq platformada ilk dəfə təsdiqini tapmış bu hüququ bir daha sübut edir ki, Cənubi Qafqaz regionunda sülhün təmin olunması üçün real və konkret addımlar atılması tələb olunur. Belə addımlardan biri Ermənistanın öz yurdlarından deportasiya edilmiş soydaşlarımızın geriyə – doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışını təmin etməsi olmalıdır. 

İƏT-in İstanbul sessiyasında qəbul olunan “Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamədə təşkilata üzv ölkələrin Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətli qayıdış hüququna birmənalı dəstəyi öz əksini tapıb.

Qeyd edilən qətnamə ilə yanaşı, İƏT-in “İstanbul Bəyannaməsi”ndə Azərbaycan və Ermənistan arasında normallaşma prosesində əldə olunan irəliləyişlər alqışlanıb, habelə Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasının qarşısında duran siyasi və hüquqi çağırışların aradan qaldırılmasına çağırılır. Bəyannamə, həmçinin Ermənistanın təcavüzü nəticəsində öz yurdlarından didərgin düşən məcburi köçkünlərin ləyaqətli geri qayıdışını təmin etmək istiqamətində Azərbaycanın yenidənqurma və minatəmizləmə səylərinə dəstək ifadə edir. O cümlədən, indiki Ermənistan ərazilərindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququnun mövcudluğu təsdiqlənir və Ermənistan tərəfinin Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır.

***

Əslində, İƏT-in Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul etməsi beynəlxalq hüquq nöqteyi-nəzərindən əlamətdar hadisə adlandırılmağa layiqdir. Ona görə ki, İƏT çərçivəsində ilk dəfə olaraq qəbul olunan “Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamədə təşkilata üzv ölkələrin Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətli qayıdış hüququnun dəstəklənməsi tarixi ədalətin bərpası yönündə beynəlxalq təşkilatın atdığı önəmli addımdır. Yeri gəlmişkən, onu da qeyd edək ki, BMT yanında müşahidəçi statusuna malik İƏT-in bu sənədi bütün beynəlxalq təşkilatların diqqətinə çatdırılıb. 

İstanbul Bəyannaməsi, həmçinin Ermənistanın təcavüzü nəticəsində öz yurdlarından didərgin düşən məcburi köçkünlərin ləyaqətli geri qayıdışını təmin etmək istiqamətində Azərbaycanın yenidənqurma və minatəmizləmə səylərinə dəstəyi də ifadə edir. 

Xatırladaq ki, QAİ dialoq üçün Ermənistan hökumətinə dəfələrlə təklif göndərsə də, buna baxmayaraq, İrəvan hələ də çağırışlara cavab vermir. Ermənistan tərəfinin dialoqdan yayınması, eyni zamanda, iki ölkə arasında bitmiş münaqişənin son nöqtəsi olacaq sülh sazişinin imzalanması, kommunikasiyaların qarşılıqlı açılması və bölgədə əməkdaşlıq mühitinin yaradılması istiqamətində irəliləyişə mane olur. Artıq reallıq ondan ibarətdir ki, rəsmi İrəvan insan hüquqları ilə bağlı öhdəliklərinə hörmət etməli, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına şərait yaratmalıdır. 

Bəli, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının alternativi yoxdur. Bu, ilk növbədə, tarixi ədalətin bərpası, ata-baba yurdlarından qovulmuş soydaşlarımızın öz doğma ocaqlarına qayıdışı və orada yaşamaq kimi təməl hüquqlarının təmin edilməsi ilə bağlı məsələsidir. Bu, artıq İƏT kimi nüfuzlu təşkiların xüsusi qətnaməsində rəsmiləşdirilmiş regional deyil, beynəlxalq geosiyasi reallıqdır.

Kəramət QƏNBƏROV, 
beynəlxalq hüquq eksperti

– İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbul toplantısında təkcə təşkilata üzv ölkələr üçün deyil, bütövlükdə regionun gələcək inkişaf trayektoriyası baxımından mühüm əhəmiyyət kəsb edən qərarlarla yadda qaldı. “İstanbul Bəyannaməsi” və Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş beş əsas qətnamə bir neçə mühüm istiqamətdə beynəlxalq hüququn və humanitar prinsiplərin bərqərar olunmasına dair prinsipial mövqe ortaya qoydu. Bu sənədlərin içərisində, xüsusilə, “Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamə dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Bu, İƏT çərçivəsində Qərbi Azərbaycan İcmasının hüquqlarının ilk dəfə rəsmi şəkildə tanınması və dəstəklənməsi anlamına gəlir. Sənəddə İƏT üzvləri aydın şəkildə Qərbi Azərbaycan İcmasının soydaşlarımızın tarixi yurdlarına ləyaqətli və təhlükəsiz şəkildə qayıdış hüququnu dəstəkləyir, İrəvanın bu hüquqları inkar etməsini, dialoqa qarşı çıxmasını isə qınayırlar. Qətnamənin qəbulu ilə beynəlxalq müstəvidə yeni reallıq formalaşır. Ermənistanın siyasi rəhbərliyi, o cümlədən baş nazir Nikol Paşinyan bu reallıqla hesablaşmağa məcburdur. Mövcud geosiyasi şəraitdə Ermənistanın Qərbi Azərbaycan məsələsini tarixi kontekstdən və beynəlxalq hüquq müstəvisindən kənarda saxlamaq cəhdləri uğursuzluğa məhkumdur. İƏT-in qətnaməsi bu istiqamətdə beynəlxalq konsensusun formalaşmağa başladığını nümayiş etdirir. Sənəddə vurğulanan qayıdış hüququ Birləşmiş Millətlər Təşkilatının 1948-ci il İnsan Hüquqları Ümumi Bəyannaməsinin 13-cü maddəsi ilə və 1951-ci il Qaçqınların Statusu haqqında Konvensiyanın müddəaları ilə tam uyğunluq təşkil edir. Bu sənəd etnik təmizləmə, zorakı deportasiya və kollektiv hüquq pozuntularına dair beynəlxalq hüquqi presedentlərə istinadla formalaşdırılıb.

İstanbul Bəyannaməsində Ermənistan–Azərbaycan normallaşma prosesində əldə olunan irəliləyişlərə də müsbət qiymət verilir, Ermənistan isə sülh müqaviləsinin imzalanması prosesindəki siyasi və hüquqi maneələri aradan qaldırmağa çağırılır. 

Bütün bunlar İrəvan üçün yeni mərhələnin başlandığını göstərir. Paşinyan hakimiyyəti çıxılmaz vəziyyətə düşüb – inkar, gecikdirmə və siyasi manipulyasiya yolu ilə beynəlxalq ictimaiyyətin iradəsini pozmaq cəhdləri iflasa uğrayır. Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanınması və müdafiəsi, regionun gələcək sabitliyi və ədalətli sülh üçün əsas şərtlərdən birinə çevrilir.

Fikrət SADIXOV, 
Qərbi Kaspi Universitetinin professoru, politoloq

– İslam Əməkdaşlıq Təşkilatı tərəfindən belə qətnamələrin qəbul olunması həm hüquqi, həm də siyasi cəhətdən ciddi əhəmiyyətə malikdir. Bunlar, ilk növbədə, Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallığı özündə əks etdirən vacib sənədlərdir. Digər tərəfdən, bölgədə vəziyyətin dəyişməsi, yeni geosiyasi coğrafiyanın formalaşması məhz Azərbaycanın adı ilə bağlıdır. Ermənistan tərəfi bununla mütləq hesablaşmalıdır. 

İƏT-in İstanbul Bəyannaməsi və Azərbaycanın irəli sürdüyü qətnamələrin qəbulu, əlbəttə ki, Bakının uğurlu diplomatik və təbliğat fəaliyyətinin nəticəsi sayılmalıdır. Uzun illər soydaşlarımızın doğma yurdlarına qayıtması məsələsi ilə məşğul olan ölkə kimi, nəhayət, bu hüququn beynəlxalq müstəvidə tanınmasına nail ola bildik. Azərbaycan özünün haqq işini müxtəlif üsullarla, yollarla əvvəlcə İslam aləminə, sonra isə bütün dünyaya göstərməyi və sübut etməyi bacardı. Yəni, rəsmi Bakı mövcud reallığı və tarixi həqiqətləri konkret fakt, sübut və sənədlərlə üzə çıxardaraq, beynəlxalq gündəmə gətirdi. 

Aydın məsələdir ki, Qərbi Azərbaycan İcmasının məqsədyönlü fəaliyyəti beynəlxalq hüquqa, insan hüquqlarına, ədalətə, BMT-nin müvafiq konvensiyalarına söykənir. İstanbulda qəbul edilən qətnamələr məhz QAİ-nin üzə çıxardığı və bütün dünyaya bəyan etdiyi tarixi sənədlər əsasında formalaşdırılıb. Onu da qeyd etməyi zəruri hesab edirik ki, həmin sənədlərin qəbulu Cənubi Qafqaz bölgəsində sülhə və sabitliyə xidmət edəcək, regional əməkdaşlığa təkan verəcək. 

İƏT-in Azərbaycan üçün olduqca vacib sayılan bu taleyüklü məsələyə diqqət ayırmasını, qətnamə qəbul etməsini təqdirəlayiq hal hesab edirik. 

İmran BƏDİRXANLI 
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 İyun 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see882

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see493

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see348

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see313

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see292

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see287

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see274

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see262

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see262

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see254

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see249

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see246

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see244

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see233

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see227

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see226

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see226

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see201

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see191

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri