Türkiyəyə gələn xarici turistlərin sayı 50 milyonu keçib
Icma.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi noyabr ayı üzrə xarici ziyarətçi göstəricilərini açıqlayıb.
Marja xəbər verir ki, Türkiyəni ziyarət edən xarici vətəndaşların sayı noyabr ayında ötən ilin eyni ayı ilə müqayisədə 2,61% artıb. Daxili İşlər Nazirliyinin (Emniyet Genel Müdürlüğü) təqdim etdiyi müvəqqəti məlumatlara əsasən, noyabr ayında Türkiyəyə gələn xarici ziyarətçilərin sayı 2 milyon 804 min 911 nəfər olub.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Noyabr ayında xarici ziyarətçilərin Türkiyəyə ən çox daxil olduğu şəhərlər sırasında İstanbul 52,14% pay və 1 milyon 462 min 607 nəfərlə birinci yerdə qərarlaşıb. İstanbuldan sonra 14,74% pay ilə Antalya (413 min 455), 11,53% pay ilə Edirnə (323 min 338), 3,94% pay ilə Artvin (110 min 394) və 2,37% pay ilə Hakkari (66 min 491) gəlir.
Yanvar–noyabr dövründə (11 ayda) isə Türkiyəni ziyarət edən xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 0,03% artaraq 50 milyon 57 min 225 nəfərə çatıb.
Həmin dövrdə xarici ziyarətçilərin ən çox daxil olduğu şəhərlər sırasında İstanbul 34,92% pay və 17 milyon 478 min 423 nəfərlə birinci yerdə olub. Antalya 31,46% pay və 15 milyon 749 min 551 nəfərlə ikinci sırada qərarlaşıb. Edirnə yüzdə 8,31 pay ilə 4 milyon 160 min 696, Muğla 6,95% pay ilə 3 milyon 481 min 101, İzmir isə 3,12% pay ilə 1 milyon 564 min 27 ziyarətçi ilə ilk beşlikdə yer alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 24 Dekabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















