Icma.az
close
up
RU
İfadə azadlığı xəbər çirkliliyinə necə səbəb olur?

İfadə azadlığı xəbər çirkliliyinə necə səbəb olur?

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Media azadlığı termini ənənəvi mətbuat azadlığının sərhədlərini çoxdan aşaraq radio, televiziya, qəzet və jurnallardan əlavə həm də internet kimi elektron medianı əhatə edir. Media azadlığı ümumiyyətlə demokratik cəmiyyətlər üçün zəruri hesab olunur. Çünki media ictimai müzakirə və rəy vasitəsidir və həqiqəti axtarmaq, ictimaiyyəti maarifləndirmək funksiyalarını yerinə yetirir.

Azad media demokratik prinsipin – şəffaflığın təmin olunmasına kömək edir. Bu şəffaflıq həm ictimai məsələlərin, problemlərin işıqlandırılmasına, həm də hökumətin həyata keçirdiyi siyasət haqqında məlumatın ictimaiyyətə çatdırılmasına aiddir. Bu isə öz növbəsində ictimai müzakirələrə və ictimaiyyəti maraqlandıran məsələlərin araşdırılmasına imkan verir. Media həm də məsul şəxslərə vətəndaşların rəyi və narahatlıqları haqqında məlumat ötürür. Medianın effektivliyini azalda biləcək bir neçə səbəb var və bu səbəblərdən ən başlıcası media istehlakçılarının savadlılığının azalması və ictimaiyyət tərəfindən media istehlakının zəif olmasıdır.

Media azadlığı həm də media məsuliyyəti və hesabatlılığı ehtiva edir. Əgər azad media öz həyati funksiyalarını yerinə yetirmək niyyətindədirsə, o zaman ictimaiyyətə medianın həqiqəti axtardığına və ictimai maraqların müdafiəsi üçün fəaliyyət göstərdiyinə əminlik lazımdır. Yəni media orqanı bu əminliyi öz fəzliyyəti ilə yaratmalıdır. Bütün sivil ölkələrdə KİV haqqında qanun medianın ictimai maraq parametrləri çərçivəsində fəaliyyət göstərməsini təmin etməyə çalışır, əks halda xaotik vəziyyət yaranar, dezinformasiya, əsilsiz xəbərlər ayaq açıb yeriyər. Bununla belə, bir çoxları düşünür ki, bu qaydalar media azadlığına müdaxilə edir, habelə ictimaiyyətin media mənbələrini sərbəst seçmək hüququnu pozur.

Lakin dövrümüzdəki informasiya əjdahasını – sosial şəbəkələri nəzərə alaraq demək olar ki, nəzarət mexanizmi heç də həmişə işə yaramır. İnternet media azadlığında çox problemlər yaradır. Doğrudur, internet, sosial şəbəkələr, özəl xəbər kanalları kimi tənzimlənməmiş vasitələr ictimaiyyətin mediaya çıxışını demokratikləşdirir və ictimai müzakirələrdə iştirakını artırır. Lakin unutmaq lazım deyil ki, tənzimlənməmiş kommunikasiya kanalları informasiya çirkliliyi yaradaraq yalan məlumatı artırır və ictimai rəyi təhrif edir.

İfadə azadlığı demokratik cəmiyyətin təməl daşlarından biridir. Lakin bu azadlıq hüdudunu bilməmək, özbaşınalıq deyil. Bu azadlıq digər əsas hüquq və azadlıqlarla, xüsusən də şəxsi həyatın toxunulmazlığı hüququ ilə tarazlaşdırılmalıdır. Bu gün sosial media platformaları insanların öz fikirlərini yaymaq üçün istifadə etdikləri ən geniş yayılmış media vasitələrdən birinə çevrilib, bu da ifadə azadlığı ilə fərdi hüquqlar arasındakı ziddiyyətləri daha qabarıq şəkildə göstərir.

Sosial şəbəkələr istifadəçilərin öz ifadə azadlığını effektiv şəkildə həyata keçirə bildiyi bir mühit olsa da, bəzən bu azadlıq şəxsi hüquqların pozulması ilə də nəticələnir. Bu mübahisəni tarazlaşdırmaq üçün hüquqi çərçivələrdən çıxılmamalıdır. Bu balansı qurarkən istifadəçilər mövcud qanunvericiliyi bilməli, Konstitusiyadan xəbərdar olmalı, insanların hüquq və azadlıqlarına müdaxilə olunacaq sərhədləri tanımalıdır. İfadə azadlığı o demək deyil ki, sizin hər istədiyinizi söyləmək hüququnuz var. Doğudur, ifadə azadlığı hər hansı senzura ilə üzləşmədən özünüzü azad şəkildə ifadə etməyə imkan verir. İfadə azadlığı şəxsi hüquqlara məhəl qoymayacaq qədər azad olmamalıdır. Unutmaq lazım deyil ki, bir insanın azadlığı digər insanın sərhədlərinin başladığı yerdə bitir.

Avropa İnsan Hüquqları Konvensiyasının ifadə azadlığı ilə bağlı 10-cu maddəsinin 1-ci bəndində deyilir: "Hər kəsin ifadə azadlığı hüququ var. Bu hüquqa fikir azadlığı və dövlət orqanlarının müdaxiləsi olmadan və ya sərhədləri aşmadan məlumat və ya ideyaları almaq və yaymaq azadlığı daxildir." Yəni, insanların dövlətin müdaxiləsi olmadan öz fikirlərinə sahib olmaq, məlumat və fikir mübadiləsi aparmaq azadlığı əsas hüquq kimi müəyyən edilir.

Doğrudur, digər hüquqi institutlarla paralel olaraq mətbuat da müasir demokratik dövlətin müstəqil strukturu hesab edilir, xəbər mediası vətəndaşları məlumatlandırır, ictimai sahədə demokratik müzakirələrə şərait yaradır. Lakin yeni media texnologiyaları ilə əhatə olunmuş müasir sosial şəbəkələr yeni ictimai sfera yaradır və internet fenomeni sosial münasibətləri yenidən qurur. Ənənəvi medainın peşəkarlığı, sözü tərəziyə qoyub sonra yayması alışqanlığı internet mediasında yoxdur. İndi hər sosial şəbəkə istifadəçisi bir kanal yaradıb özünün xəbərini istehsal edə, yaya bilir və beləcə informasiyanın səhihliyi yoxlanılmadan ictimailəşir. Bu da öz növbəsində dezinformasiyanın, xəbər çirkliliyinin əsasını qoyur. Qısaca, ifadə azadlığı daha çox yalan xəbər bazarına xidmət edir deyə bilərik.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi ” istiqaməti çərçivəsində hazırlanıb

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Oktyabr 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri