Icma.az
close
up
RU
“İgid əsgər” mahnısının həsr edildiyi Milli Qəhrəman

“İgid əsgər” mahnısının həsr edildiyi Milli Qəhrəman

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin anım günüdür.
Modern.az-ın məlumatına görə, Yusif Əli oğlu Mirzəyev 23 may 1958-ci ildə Naxçıvan MR Babək rayonu Böyükdüz kəndində anadan olub. 1975-ci ildə 1 saylı Naxçıvan orta məktəbini bitirib, hərbi xidmətə yollanıb. Qayıdandan sonra isə Naxçıvan Rabitə Qovşağında əmək fəaliyyətinə başlayıb. İşləyə-işləyə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) ali təhsil alır. 1987-ci ildə həmin institutun mühasibatlıq fakültəsini bitirir və Bakıdakı bankların birində müfəttiş vəzifəsinə təyin edilir.
1988-ci illərdə Xalq Hərəkatına qoşulub. 1990-cı il 20 Yanvar faciəsi zamanı xalq etirazlarına qoşulduğu üçün Bakı şəhər komendantı tərəfindən həbs edilir. Həbsdə işgəncələrə məruz qaldığından böyrəyi zədələnir. O, 1991-ci ildə könüllü olaraq cəbhə bölgəsinə yollanıb, Goranboy, Ağdərə istiqamətlərində rəşadətlə vuruşub. Yusif 14 nəfərlik dəstəsi ilə çoxlu əməliyyatda iştirak edib, Ağdərənin 17 kəndinin azad edilməsində müstəsna xidmətləri olub. Döyüşlərin birində mühasirəyə düşən bölüyü itkisiz azad edib.
Böyrəklərindəki ağrı əziyyət verdiyindən bir müddət müalicə almağa məcbur olur. Xəstəxanada o, tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı ilə bir palatada müalicə alır. Bir gün onları müalicə edən həkim Şahin Musaoğlu hərbi mahnı yazır. Mahnını çox bəyənən Yusif, Şəmistan Əlizamanlıdan bu mahnını nə vaxtsa ifa etməyi xahiş edir. Şəmistan isə bu mahnını mütləq oxuyacağına və ona həsr edəcəyinə söz verir. Söhbət sözləri və musiqisi Şahin Musaoğluna məxsus olan və çox spnralar- 1995-ci ildə yayımlanan “İgid əsgər” mahnısından gedir.
Yusif bir müddət müalicə aldıqdan sonra yenidən cəbhəyə yollanır. Bakıda ona müxtəlif vəzifələr təklif olunsa da, bununla razılaşmır.
"Bilirəm canım əldən gedir, ancaq vətən də əldən gedir".
1993-cü il fevralın 19-da Ağdərədə gedən qeyri-bərabər döyüşlərin birində cəbhə yoldaşlarını mühasirədən çıxararkən qəhrəmancasına həlak olub. Naxçıvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Naxçıvan şəhərində orta məktəblərdən biri və Bakının 44 saylı orta məktəbi onun adını daşıyır, məktəbin qarşısında büstü qoyulub.

Azərbaycan Respublikası prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı fərmanı ilə Mirzəyev Yusif Vəli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Ailəli idi, bir qız övladı var. 

"Mən atamın üzünü heç vaxt görməmişəm. İki yaşım olanda atam müharibəyə gedib, altı yaşım olanda da şəhid olub. Amma həmişə içimdə belə bir hiss olub ki, sanki mən onu görmüşəm, tanımışam, sonra itirmişəm. Atamı yuxularımda da tez-tez görürəm. Toyum olanda o, yuxuda mənə xeyir-dua vermişdi. Bunu dəqiq xatırlayıram. Tək qalanda, köməyə ehtiyacım olanda həmişə atamı arzulamışam, onu axtarmışam. Mənə elə gəlir ki, atasız insan sıradan, adi bir insandır. Atasızlığın ağrısını çox yaşamışam. Hərdən ondan inciyirəm də. Fikirləşirəm ki, nə olur olsun, kaş ki, məni qoyub getməyəydi. Bibilərim ondan danışanda, elə bilirəm məndən bəhs edirlər. Xasiyyətimizdə oxşarlıqlar çoxdur. Hiss edirəm ki, yenilməzlikdə, inadkarlıqda, prinsipiallıqda ona bənzəmişəm. Amma bütün hallarda mən atamı daha çox şəkillərdən görüb tanımışam”,- deyə Yusif Mirzəyevin qızı Nurlana atası haqda danışarkən bildirib.
Qızı Nurlana övladına onun adını verib. İndi şəhid Milli Qəhrəmanın adını nəvəsi Yusif yaşadır.
A.Qorxmaz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Fevral 2026 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri