Icma.az
close
up
RU
Qəhrəman yurdun igid oğulları

Qəhrəman yurdun igid oğulları

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenilə təltif olunanlar bir qrup şəhid hərbçi arasında 31 biləsuvarlı da var

“Hər bir dövlətin qüdrətini şərtləndirən amillər sırasında iqtisadi yüksəliş və güclü ordu daha böyük rola malikdir. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib. Dünya ictimaiyyəti etiraf edir ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Azərbaycan qəhrəmanlar yurdu, igidlər məskənidir. Neçə-neçə ərənlər yetişib bu müqəddəs torpaqda. Tariximizin elə bir səhifəsi yoxdur ki, orada Vətən övladlarının böyük qəhrəmanlıq səlnamələrinin şahidi olmayasan. Son dövrlərin zorla cəlb edildiyimiz torpaq savaşından vətən uğrunda tərəddüd etmədən həyatını qurban verən qəhrəman oğul və qızlarımız, vətənpərvər övladlarımızın rəşadət və igidlikləri məhz igid babalarımızın, qeyrətli nənələrimizin solmaz döyüş şöhrətinin bariz təcəssümüdür. Bu savaş göstərdi ki, Azərbaycanda vətən hamı üçün müqəddəsdir və bu müqəddəsliyin uğrunda canından keçməyə hazır olan oğul və qızlarımız çoxdur”. Bu fikirləri XQ-yə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,Veteranları və şəhid ailələri İctimai Birliyinin Biləsuvar rayon filialının sədri, 2-ci qrup Qarabağ qazisi Bəhruz Əliyev söyləyib.

Qarabağ qazisi bildirib ki, Biləsuvar qəhrəmanlar yurdu kimi tanınır. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və Vətənimizin müdafiəsi uğrunda canlarından keçən, misilsiz şücaət göstərən saysız-hesabsız qəhrəman oğullar yetişdirib. Belə ki, rayonda 210 şəhid, 161 Qarabag qazisi, 2329 muharibə veteranı, 1 Milli Qəhrəman, 4 Vətən Müharibəsi Qəhrəmanı vardır. Rayonunda bütün şəhidlərin adları əbədiləşdirilərək yasadıqları küçələrə verilmiş, yaşadığı evlərin qarşısına barelyefi vurularaq əbədiləşdirilmişdir!

Respublikanin hər yerində oldugu kimi bu təbəqəyə diqqət, qayğı ilə əhatə olunub. Belə ki, şəhid ailələrinin, qazilərin mənzil məişət şəraitinin yaxşılaşdırılması, bu təbəqənin sanatoriya-kurort mualicələrinə göndərilməsi, odənişli ixtisasların dovlət hesabına təhsil alması, avtomobillərlə təminatı, işlə təmin olunması bütün bunlar muharibə iştirakçıları təbəqəsinə diqqət və qaygının bariz numunəsidir!

Vətən Muharibəsi  Qəhrəmanları olan şəhidlərimizin adları müvafiq olaraq rayon şahmat məktəbinə, incəsənət məktəblərinə verilmişdir.

Biləsuvar rayonunda bu təbəqənin mənzil məişət şəraitinin yaxsılaşdırılmasından ötrü 4 bina (16,16, 20, 8 mənzilli) olmaqla 42 fərdi ev tikilmişdir ki, ümumulikdə 16 şəhid ailəsi olmaqla, 86 Qarabag qazisi mənzillə təmin olunmuşdur.

Qəhrəman şəhidlərimiz, qazilərimiz, muharibə veteranlarımızı torpaqlarımızın azad olunması ugrunda döyüşlərdə muxtəlif orden və medallarla təltif olundular.

Qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 iyun 2026-ci il tarixli müvafiq sərəncamına əsasən bir qrup hərbçi şəhidlərin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenilə təltif olunanlar arasında 31 biləsuvarlı qəhrəman şəhidi də vardır. 

“Fəxarət hissi ilə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daxili siyasəti Azərbaycanın dinamik iqtisadi inkişafına, xarici siyasəti torpaqlarımızın işğaldan azad edilməsinə və dünya dövlətlərinin ədaləti dəstəkləməsinə, işğalçının işğalçı kimi tanınmasına istiqamətləndi və bunu da bacardı. Cəmi 44 gün ərzində Ermənistan ordusu darmadağın oldu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Azərbaycan Ordusunun hazırkı səviyyəsi ordu quruculuğu sahəsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasətinin tamamilə doğru olduğunu bir daha sübut edir. Azərbaycanın Milli Ordusu başda cənab Ali Baş Komandan İlham Əliyev olmaqla qarşıya qoyulan bütün tapşırıqları icra etməyə qadir olan, düyada müasir silahlarla təciz olmuş və yüksək döyüş qabiliyyətinə malik güclü qalib ordularındandır”- deyə B.Əliyev bildirib. 

Müşfiq MİRZƏ

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 İyul 2026 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see290

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see270

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see250

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see250

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see242

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see240

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see226

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see220

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see210

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see206

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see203

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see198

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see197

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see193

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see192

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see186

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see183

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see182

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see169

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri