Icma.az
close
up
RU
II Dünya müharibəsinin 5 ən uğursuz qırıcı təyyarəsi (FOTO)

II Dünya müharibəsinin 5 ən uğursuz qırıcı təyyarəsi (FOTO)

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

II Dünya müharibəsində döyüşən əsas qüvvələr çoxsaylı əfsanəvi hərbi təyyarələr istehsal etdi. 

Qaynarinfo "SlashGear"ə istinadən xəbər verir ki, "Focke Wulf 190", "P-51 Mustang", "Supermarine Spitfire", "P-47 Thunderbolt", "Mitsubishi Zero" və digərləri aviasiya tarixində dövrünün simvoluna çevrilib. Ancaq bütün təyyarələr eyni uğur qazana bilməyib. 

Bəziləri əvvəlcə perspektivli görünsə də, tezliklə köhnəlib, digərləri isə zəif göstəriciləri ilə yadda qalıb. Mütəxəssislər həmin dövrün ən uğursuz beş qırıcısını seçiblər:

Brewster F2A Buffalo


"Buffalo" olmadan zəif təyyarələrin siyahısı tam olmazdı. İlk uçuşunu 1937-ci ildə edən bu model, rəqiblərinə qarşı tezliklə geridə qalıb. Kağız üzərində 517 km/saat sürəti və 12,7 mm-lik pulemyot silahlanması ilə qənaətbəxş görünsə də, döyüş meydanında, xüsusilə Midvey döyüşündə böyük itkilər verib. ABŞ dəniz piyadalarının pilotları təyyarələrin 65 faizini itirdi. Ümumilikdə 509 ədəd istehsal olunub.

Messerschmitt Me 163 Komet


Almaniyanın raketlə hərəkət edən ilk qırıcılarından olan "Komet" texnoloji baxımdan unikal olsa da, son dərəcə təhlükəli və qeyri-sabit olub. İnanılmaz sürəti sayəsində 30 mm-lik toplarla hədəfə dəqiq atəş açmaq çox çətin idi. Uçuş zamanı idarəetməsi mürəkkəb, enişdə isə tez-tez qəzalara səbəb olurdu. 320 ədəd istehsal olunub.

Morane-Saulnier M.S. 406


Fransanın əsas qırıcılarından biri olan "M.S. 406" 1938-ci ildən istifadəyə verilib. Bir 20 mm-lik top və iki pulemyotla silahlanıb. Lakin zəif mühərrik və aşağı sürət xüsusiyyətləri səbəbindən 1940-cı ildə Fransa üzərində aparılan döyüşlərdə ağır itkilər verib. 300-dən çoxu vurulub. 1074 ədəd istehsal olunub.

Lavochkin-Gorbunov-Gudkov LaGG-3


SSRİ-də istehsal olunan LaGG-3, metal çatışmazlığı səbəbindən əsasən ağacdan hazırlanıb. Bu üzdən ona "taxta tabut" ləqəbi verilib. Performansı alman Bf 109 ilə müqayisədə zəif olub. Lakin çoxsaylı istehsal (6528 ədəd) və pilotların cəsarəti sayəsində müəyyən uğurlar qazana bilib.

Nakajima J1N1-S Gekko


Yaponiyanın digər məşhur olmayan qırıcılarından biri olan "Gekko" əvvəlcə müşayiətçi təyyarə kimi hazırlanmış, sonra gecə qırıcısı kimi istifadə edilib. Silahlanmasına baxmayaraq etibarsızlığı və zəif döyüş göstəriciləri səbəbindən tarixdə iz qoya bilməyib. Cəmi 479 ədəd istehsal olunub, günümüzədək yalnız bir nümunəsi qalıb.

Bu beş model, aviasiya tarixində uğursuzluqları ilə yadda qalan İkinci dünya müharibəsi təyyarələri arasında xüsusi yer tutur.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Avqust 2025 23:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri