II Qareginin qohumları ev həbsinə buraxıldı
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistanda bütün ermənilərin Katolikosu II Qareginin yaxın qohumları barəsində seçki prosesinə maneçilik törətmə ittihamı ilə bağlı məhkəmə qərarı verilib.
“Qafqazinfo” “News.am”a istinadla xəbər verir ki, Katolikosun qardaşı Gevorq Nersisyan və qardaşı oğlu Ambartsum Nersisyan barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib.
Məhkəmənin qərarı ilə onlar hər biri üçün bir milyon dram məbləğində girov müqabilində 3 aylıq ev dustaqlığına buraxılıblar.
Qeyd edək ki, fevralın əvvəlində Ermənistan Baş Prokurorluğu II Qareginin özünə qarşı da məhkəmə qərarının icrasına mane olma ittihamı ilə cinayət işi başladaraq, onun ölkədən çıxışına qadağa qoyub.
Xatırladaq ki, ata və oğul ötən ilin noyabrın 3-də Vaqarşapatdakı yerli seçkilər zamanı saxlanılmışdılar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 17 Fevral 2026 19:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















