Icma.az
close
up
RU
II qrupda 15 min nəfər kəsilə bilər ən rəqabətli İXTİSASLAR

II qrupda 15 min nəfər kəsilə bilər ən rəqabətli İXTİSASLAR

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Hər il minlərlə abituriyent ali məktəblərə qəbul olmaq üçün ixtisas seçimi mərhələsində ciddi rəqabətlə üzləşir. Xüsusilə ikinci ixtisas qrupu üzrə həm müraciət sayının çoxluğu, həm də məhdud plan yerləri səbəbindən bu il də qəbul prosesində gərginliyin yüksək olacağı gözlənilir.

Modern.az xəbrə verir ki, mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, ikinci ixtisas qrupunda yer alan ixtisaslarla bağlı vəziyyətə baxdıqda görürük ki, bu il müraciət edən abituriyentlərin sayı kifayət qədər çoxdur:

“Ötən illə müqayisədə bu il Dövlət İmtahan Mərkəzinin qəbul imtahanı əsasında müsabiqəyə qatılan abituriyentlərin sayında artım müşahidə olunur. Təkcə əsas qəbul nəticələrinə görə 2566 nəfər daha çox iştirakçı qeydə alınıb. Bundan əlavə, birbaşa ikinci cəhddə iştirak etmək istəyənlər, eləcə də fənn olimpiadası qalibləri də nəzərə alındıqda müraciət sayının daha da artacağı gözlənilir.

Plan yerləri ilə müqayisə etdikdə isə iştirakçı sayının xeyli çox olduğu görünür. Məsələn, ötən il ikinci ixtisas qrupu üzrə ayrılmış plan yerlərinin sayı ümumilikdə 14 935 idi. Halbuki müsabiqədə 25 mindən çox abituriyent iştirak edirdi. Nəticədə təxminən 11-12 min nəfər müsabiqədən keçə bilməmişdi.

Bu il də ikinci ixtisas qrupu üzrə plan yerlərinin sayının təxminən 15 min və bir qədər artıq olması nəzərdə tutulur. Lakin müraciət edənlərin sayı 28 528 nəfərə yaxındır. Bu statistika göstərir ki, yenə də 13 mindən çox abituriyent müsabiqədən kənarda qala bilər. Əlavə olaraq düzgün ixtisas seçimi etməyənlər və müsabiqə şərtlərini ödəməyənlər də nəzərə alınarsa, ilk tur üzrə təxminən 15 mindən çox abituriyentin qəbul ola bilməmə ehtimalı var”.

Ekspert söyləyib ki, II ixtisas qrupunda abituriyentlərin ən çox üstünlük verdiyi sahələr maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi ixtisaslarıdır:

“Bundan sonra beynəlxalq ticarət və logistika, mühasibat, dövlət və bələdiyyə idarəetməsi, menecment və marketinq ixtisasları gəlir. Ən ciddi rəqabət də məhz bu ixtisaslar üzrə müşahidə olunur.

Nisbətən aşağı bal toplayan, xüsusilə 150 bal ətrafında nəticə göstərən abituriyentlər isə daha çox turizm işinin təşkili, turizm bələdçiliyi və marketinq ixtisaslarına üstünlük verirlər. Digər abituriyentlərin bir qismi isə əsas məqsəd kimi universitetə qəbul olunmağı seçir və statistika, hidrometeorologiya, sosiologiya, nəqliyyat servisi, informasiya menecmenti və kommunikasiya kimi ixtisasları seçirlər.

Universitet seçiminə gəldikdə isə son illərdə abituriyentlərin ən çox üstünlük verdiyi ali təhsil müəssisələri sırasında ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti yer alır. Sonrakı sıralarda isə Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti və Xəzər Universiteti gəlir.

Ümumilikdə mövcud plan yerləri ilə müraciət sayı müqayisə edildikdə görünür ki, bu il də ikinci ixtisas qrupunda təxminən 15 min nəfərin müsabiqədən kənarda qalmaq ehtimalı var. Buna görə də müsabiqə şərtini ödəyən abituriyentlər belə ixtisas seçimi zamanı son dərəcə diqqətli olmalıdırlar. O cümlədən subbakalavrların da şansı ötən illərə nəzərən bu il II ixtisas qrupunda çox deyil”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 May 2026 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri