II qrupun lideri hansı universitetdə oxuyacaq? Özü açıqladı
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
II ixtisas qrupu üzrə ən yüksək nəticəni 391.7 bal toplayan Ucar rayonu 2 saylı şəhər tam orta məktəbinin məzunu Cənnətov Fuad Əlikram oğlu göstərib. O, imtahanın birinci mərhələsində 282.3 bal toplayıb. Fuad rus bölməsi üzrə təhsil alıb.
Modern.az xəbər verir ki, AzEdu.az abituriyentin təəssüratlarını bölüşmək üçün onunla əlaqə saxlayıb:
“Nəticəmi görəndə çox təəccübləndim. Bu qədər yüksək olacağını düşünməmişdim. Özüm bildikdən sonra valideynlərimə xəbər verdim. Onlar da mənim kimi bu nəticəyə çox sevindilər.
Təhsilimi BANM-da almağı planlayıram. Dəqiq qərara gəlməsəm də, maliyyə, biznesin idarə edilməsi ixtisaslarını seçməyi düşünürəm”.
Bu mövzuda digər xəbərlər:Onlar universitetdə pulsuz oxuyacaq
28 Fevral 2026 06:35
II qrupun lideri bu ixtisası SEÇƏCƏK
13 İyun 2025 11:52
II qrupun lideri: Respublika 1 cisi olmağı gözləmirdim
18 İyul 2025 12:10
Universitetdə keçirilən fənləri tələbə özü seçməlidir TƏKLİF
13 Oktyabr 2025 18:54
Azərbaycanda tibb bacıları da universitetdə oxuyacaq: Bəs kolleclər?
03 Fevral 2025 14:12
Baxış sayı:144
Bu xəbər 11 İyun 2025 20:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















