Icma.az
close
up
RU
İİB üzv ölkələrdə strateji layihələrin həyata keçirilməsi məqsədilə 1,32 miilyard dollar vəsaitin ayrılmasını təsdiqləyib

İİB üzv ölkələrdə strateji layihələrin həyata keçirilməsi məqsədilə 1,32 miilyard dollar vəsaitin ayrılmasını təsdiqləyib

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İslam İnkişaf Bankının İdarə Heyəti quruma üzv ölkələrdə strateji layihələrin həyata keçirilməsi məqsədilə 1,32 miilyard dollar vəsaitin ayrılması barədə qərar layihəsini təsdiqləyib.

APA-nın Əlcəzairə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə qərar qurumun qapalı keçirilən toplantısında qəbul edilib.

Qeyd olunub ki, sözügedən məbləğ inklüziv inkişaf, iqlim dəyişikliyi ilə mübarizə və üzv ölkələrin iqtisadi imkanlarının artırılmasına sərf olunacaq.

İclasda bu maliyyə təşkilatının tərkibində yer alan ölkələrdə səhiyyə, infrastruktur, eləcə də ərzaq təhlükəsizliyi və sudan effektiv istifadə sahəsindəki layihələrin maliyyələşdirilməsi də qərara alınıb.

İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Cassir bugünkü qərarların rəhbərlik etdiyi qurumun innovativ və yüksək effektivlik dərəcəsi olan layihələrin maliyyələşdirilməsi siyasətinə sadiqliyinin nümunəsi adlandırıb:

"Bu dəfə təsdiqlədiyimiz maliyyə vəsaiti ölkələrin xüsusilə də sel fəlakəti ilə mübarizədə dayanıqlığının, səhiyyə xidmətlərinin əhali üçün əlçatanlığının, ərzaq təhlükəsizliyinin təminatı, eləcə də gənclərin kritik cəhətdən önəmli bilik və bacarıqların aşılanmasına xidmət edəcək. Onu da bildirmək istəyirəm ki, bu məbləğ ilk növbədə dayanıqlı inkişaf məqsədlərinə nail olunmasını və İslam İnkişaf Bankı qrupuna üzv ölkələrin prioritet problemlərinin həllinə dəstək göstərilməsini hədəfləyir".

Bankın İdarə Heyəti Oman əhalisinin sel fəlakətindən qorunması üçün xüsusi mühafizə bəndlərinin inşasına maliyyə ayrılmasını da qərarlaşdırıb.

Qapalı iclasda Kamerun, Burkina Faso, Surinam, Cibuti və Mərakeşdəki sosial layihələrin icrasına ümumilikdə 400 milyon dollardan çox vəsaitin sərf olunması məsələsində də konsensus əldə olunub.

Eyni zamanda, İslam İnkişaf Bankı Kamerunda reabilitasiya mərkəzinin inşasına 212,35 milyon avro, Burkina-Fasodan keçərək, Mali, Niger, Qana və Kot d`Vuarı birləşdirəcək müasir magistral yolun tikintisinin maliyyələşdirilməsinə 187,83 milyon avro sərf edəcək.

26,10 milyon dollar isə Cibutidə Onkologiya Mərkəzinin yaradılması üçün nəzərdə tutulub.

İslam İnkişaf Fondu ilə birlikdə maliyyələşdiriləcək daha bir sosial ideya çərçivəsində Mərakeşlə onkoloji xidmətlərin təkmilləşdirilməsi və tibbi personalın bu sahədə biliklərinin inkişafı, eləcə də texniki cəhətdən əməkdaşlığın möhkəmləndirilməsinə 400 min dollar ayrılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 May 2025 23:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri