III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gəncə, 3 oktyabr, AZƏRTAC
Gəncə şəhərində III Beynəlxalq Opera Festivalı çərçivəsində Xalq artisti Fidan Hacıyevanın xüsusi konsert proqramı təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsert proqramında Respublika və beynəlxalq müsabiqələr laureatı Altun Süleymanov, həmçinin gənc ifaçılar Nəzrin Rəcəbzadə, Zeynəb Abdullayeva, Ləman İsmayılova, İslam Abdullayev və Nilay Qasımova çıxış ediblər. Solistləri isə Mezzo kamera orkestri müşayiət edib.
Proqram ərzində Azərbaycan və dünya opera-vokal repertuarının seçilmiş nümunələri təqdim olunub.
YAP Gəncə şəhər təşkilatında keçirilən konsertin əsas məqsədi klassik vokal və opera sənətinin təbliği, gənc və istedadlı ifaçıların yaradıcılıq imkanlarının nümayiş etdirilməsi, eləcə də Azərbaycan vokal məktəbinin ənənələrinin yeni nəslə çatdırılması olub.
Müxbir - Elcan Məmmədov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 03 Oktyabr 2026 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















