III Dünya müharibəsi və ya illərlə davam edəcək savaş Le Penin üç ssenarisi
Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fransalı siyasətçi Marin Le Pen Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin gələcək inkişafı ilə bağlı üç mümkün ssenari irəli sürüb. Onun fikrincə, münaqişə NATO-nun birbaşa müdaxiləsi nəticəsində III Dünya müharibəsinə çevrilə, illərlə davam edə və ya tərəflər müharibənin nəticələrini nəzərə alaraq ortaq qərara gələ bilərlər.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın UNIAN nəşri məlumat yayıb.
Le Pen bu fikirləri müsahibəsi zamanı səsləndirib. Siyasətçi bildirib ki, Ukraynada müharibənin inkişafı üçün üç ehtimal var: NATO-nun münaqişəyə qoşulması və bunun Üçüncü Dünya müharibəsinə səbəb olması, döyüşlərin uzun illər davam etməsi və ya bütün ölkələrin yaranmış vəziyyətin mümkün nəticələrini dərk etməsi.
O, Fransanın gələcəkdə münaqişənin həlli prosesində oynaya biləcəyi rola da toxunub. Le Pen prezident seçiləcəyi təqdirdə müharibənin bütün iştirakçıları ilə danışıqlara hazır olduğunu bəyan edib.
“Əgər respublika prezidenti seçilsəm, hamı ilə danışacağam”, deyə o bildirib.
Bununla belə, siyasətçi hərbi əməliyyatların dayandırılması üçün hansı şərtlərin irəli sürülə biləcəyini və mümkün razılaşmanın hansı prinsiplərə əsaslanmalı olduğunu açıqlamayıb.
Qeyd edək ki, Marin Le Pen Fransanın ultrasağçı “Milli Birlik” partiyasının parlament fraksiyasına rəhbərlik edir. O, 2012, 2017 və 2022-ci illərdə prezident seçkilərində iştirak edib, son iki seçkidə ikinci tura yüksəlsə də, Emmanuel Makrona məğlub olub.
Fransada növbəti prezident seçkilərinin 2027-ci il aprelin 18-də və mayın 2-də iki turda keçirilməsi nəzərdə tutulur. Le Pen noyabrın 16-da Fransadakı Ukrayna səfiri Vadim Omelçenko ilə görüşündə prezident seçiləcəyi təqdirdə Parisin Ukraynaya humanitar və maddi yardımını davam etdirəcəyini də bildirmişdi.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 23 Noyabr 2026 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















