Icma.az
close
up
RU
III MDB Oyunları Belarus mediasının diqqət mərkəzində FOTO/VİDEO

III MDB Oyunları Belarus mediasının diqqət mərkəzində FOTO/VİDEO

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Azərbaycanda keçirilən III MDB Oyunları davam edir. İdman yarışları ilə yanaşı, müxtəlif ölkələrdən ölkəmizə gələn jurnalistlər üçün müxtəlif tədbirlər təşkil olunur.

İdman.biz xəbər verir ki, Belarusun “Birinci informasiya” telekanalının əməkdaşları mediatur çərçivəsində Azərbaycanın işğaldan azad edilən torpaqlarında olublar.

Bu barədə ölkənin yerli telekanalında danışılıb. Süjetdə qeyd olunur ki, xarici ölkələrdən olan jurnalistlər ilk Şuşanı ziyarət ediblər.

Mediaturun növbəti dayanacağı Xankəndi və buradakı “Xankəndi stadionu” olub. Məhz burada MDB Oyunları çərçivəsində oxatma yarışları keçirilir. Yarışlarda Belarus idmançıları da iştirak edirlər.

Belarusun atıcılıq növləri üzrə milli mərkəzinin məşqçi-müəllimi Sergey Pupkeviç təşkilatçılığı yüksək qiymətləndirib:

“Azərbaycanın iqlimini nəzərə alsaq, hava bir qədər arzuolunan deyil, amma ümumilikdə hər şey çox yaxşıdır. Təşkilatçılıq 2015-ci ildə Bakıda keçirilən Avropa oyunlarından heç də geri qalmır. Hər şey yüksək səviyyədədir”.

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov da mediatur zamanı jurnalistlərin suallarını cavablandırıb:

“Təşkilatla bağlı müxtəlif nümayəndə heyətlərindən olan idmançılarla danışmaq imkanım oldu. Daha əvvəl müşavirə keçirilmişdi, orada Belarus idman nazirinin müavini və belaruslu nümayəndə heyəti də iştirak edirdi. İndiyədək bizə heç bir irad bildirilməyib. Ümid edirəm ki, oyunların sonunadək hər şey uğurla davam edəcək”.

Azərbaycanlı nazir həmçinin Belarusun idman sahəsindəki təcrübəsinə də toxunub və qeyd edib ki, dəfələrlə bu ölkədə olub, lakin II MDB Oyunlarında iştirak edə bilməyib. Bununla belə, yarışların yüksək səviyyədə təşkil olunduğunu bildiyini vurğulayıb:

“Mən Belarusda keçirilən Avropa oyunlarında olmuşam. Yarışlar çox yüksək səviyyədə təşkil edilmişdi. Belarus xalqına və idmançılara uğurlar arzulayıram”.

Mediatur Belarus jurnalistlərinə Azərbaycanın Qarabağ bölgəsini, MDB Oyunlarının təşkilatçılığını və yarışların gedişatını yaxından tanımaq imkanı yaradıb.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 04 Oktyabr 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri