III MDB Oyunları: stolüstü tennis yarışlarının qalibi müəyyənləşdi FOTOLAR
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
III MDB Oyunlarında stolüstü tennis yarışlarının qalibi müəyyənləşib.
Globalinfo.az bildirir ki, Rusiya idmançıları birici yerə çıxıb.
Qonşu ölkə təmsilçiləri stolüstü tennis yarışlarını 10 medalla (9 qızıl, 1 gümüş) bitirib. 6 gümüş, 3 bürünc medal qazanan Azərbaycan idmançıları ikinci, Belarus isə 1 gümüş, 6 bürünc mükafatla üçüncü olub.
Qeyd edək ki, Azərbaycan stolüstü tennis yarışlarında 3 qız, eyni sayda oğlan idmançı ilə təmsil olunub.
X X X
Azərbaycanın daha iki stolüstü tennisçisi Adil Əhmədzadə və Mərziyyə Nurmətova III MDB Oyunlarında gümüş medal qazanıblar.
Globalinfo.az bildirir ki, fərdi yarışların finalında A.Əhmədzadə rusiyalı rəqibi Yevgeni Vasikova, M.Nurmətova isə Rusiyanın digər təmsilçisi Zlata Terekovaya 0:3 hesabı ilə məğlub olublar.
Daha əvvəl Onur Quluzadə fərdi yarışda rusiyalı Yevgeni Dosova uduzub – 0:3.
Qeyd edək ki, Azərbaycanın stolüstü tennisçiləri daha əvvəl 6 medal (3 gümüş, 3 bürünc) qazanıblar.
X X X
Azərbaycanın stolüstü tennisçiləri III MDB Oyunlarını 9 medalla başa vurublar.
Globalinfo.az bildirir ki, bu gün baş tutan final görüşlərində yarışlarda Onur Quluzadə, Adil Əhmədzadə və Mərziyyə Nurmətova Azərbaycanın aktivinə daha 3 gümüş medal yazdırıblar.
Bununla da Azərbaycanın stolüstü tennisçiləri III MDB Oyunlarını 9 medalla (6 gümüş, 3 bürünc) başa vurublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 29 Sentyabr 2025 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















