Icma.az
close
up
RU
III MDB Oyunlarını işıqlandıran xarici jurnalistlər təəssüratlarını bölüşüblər

III MDB Oyunlarını işıqlandıran xarici jurnalistlər təəssüratlarını bölüşüblər

Icma.az bildirir, Azertag portalına istinadən.

Şəki, 7 oktyabr, AZƏRTAC

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları bir neçə gündən sonra başa çatacaq. Bu günlərdə ölkəmizə idmançılarla yanaşı, çoxsaylı xarici jurnalistlər də təşrif buyurub. Onlar təkcə Oyunları işıqlandırmır, həm də bölgələrimiz, şəhərlərimiz haqqında məlumatlar toplayır, ölkələrinin mətbuatında, telekanallarında müxtəlif səpgili materiallarla çıxışlar edirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 10 gün davam edən və ölkəmizin 7 şəhərində təşkil olunan yarışlarda idmançılar müxtəlif meydanlarda mübarizə apararaq medallar qazanırlar, bu yarışları geniş işıqlandırmaq isə jurnalistlərin üzərinə düşür.

Oyunlar başlayan gündən təşkilatçılar jurnalistləri diqqətdə saxlayır, onların fəaliyyəti üçün bütün imkanları təşkil etməyə çalışırlar. Bu iş üçün media otaqları və xeyli sayda media menecerləri, könüllülər ayrılıb. Müxtəlif ölkələrin kütləvi informasiya vasitələrini təmsil edən jurnalistlər, video operatorlar və fotoqraflar elə ilk gündən bir-biriləri ilə ünsiyyət qurub, oyunlarla bağlı rəylərini bölüşüblər.

Əməkdaşımız III MDB Oyunlarının başa çatması ərəfəsində xarici media nümayəndələri ilə görüşərək, yarışların təşkilatçılığı ilə bağlı, eləcə də ölkəmiz haqqında fikirlərini öyrənib.

Qardaş Özbəkistandan olan jurnalist həmkarımız Nadir Mirvəlievlə Qəbələ Olimpiya İdman Kompleksində tanış olduq. Nadir çəkilişləri də, xəbərləri də özü işləyirdi. “Azərbaycana, Bakı şəhərinə, eləcə də yarışların təşkil olunduğu digər şəhərlərə heyran qaldım. Qəbələ və Gəncədə oldum. Başqa şəhərləri gəzmək, tarix və mədəniyyətinizlə maraqlanmaq üçün şərait yaradılır. Bir televiziya əməkdaşı kimi deyərdim ki, bu oyunlar əla təşkil olunub” – söyləyən Nadir, sözlərinə onu da əlavə edir ki, yarışlar boyu jurnalistlərə xüsusi diqqət və qayğı göstərilib. Həmkarımız onu da bildirib ki, o, Azərbaycana yenidən gəlmək arzusundadır, həm də ailəsi ilə. Çünki bu qısa müddətdə Azərbaycanda olduğu məkanları ailəsinə telefonda videobağlantı ilə göstərib və çox maraqla qarşılanıb.

III MDB Oyunlarına böyük idmançı heyəti ilə qatılan Rusiya yarışları işıqlandırmaq üçün bir neçə qrup jurnalist də göndərmişdi. Kril Nikolayev də xəbər saytlarından birinin jurnalisti kimi oyunları izləyirdi. Onunla söhbətimiz elə bu istiqamətdə oldu. Rusiyalı jurnalist təşkilati işlərə göstərilən həssaslığı, könüllülərin diqqətini xüsusi qeyd edib. Naftalanda, Gəncədə və Qəbələdə olan jurnalist yarışların təşkilini yüksək qiymətləndirib. O, Gəncədə açılış mərasimində iştirak etdiyini və xoş təəssüratlar aldığını deyib. “Əlbəttə ki, getdiyimiz yerlərdə dadlı yeməkləriniz ağzımızı dada gətirib desəm, yanılmaram. Göstərilən diqqət, yaradılan şərait bizim işimizi daha keyfiyyətli görməyimizə, daha maraqlı xəbərlər hazırlamağa imkan verir” - deyə, o əlavə edib.

Qeyd edək ki, oyunların davam etdiyi günlərdə Belarus, Tacikistan və digər ölkələrdən olan həmkarlarımızla da qarşılaşdıq. Jurnalistlərlə söhbət etdik, müzakirələr apardıq, fikirlərimizi bölüşdük. Belə bir ümumi fikir hasil oldu ki, Azərbaycan bu Oyunlara məsuliyyətlə hazırlaşıb, təşkilatçılıq yüksək səviyyədədir. Onlar jurnalistlərə yarışları işıqlandırmaq üçün bütün imkanların yaradıldığını vurğulayıb, ölkəmizdən xoş xəbər və xatirələrlə ayrıldıqlarını ifadə ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Oktyabr 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see188

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see174

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see135

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri