İkardinin keçmiş həyat yoldaşı Vanda Nara “Çelsi”nin ulduzu ilə eşq yaşayır? FOTO
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Mauro İkardinin keçmiş həyat yoldaşının adı yenidən qalmaqalda hallanır.
İdman.Biz “La Nacion” nəşrinə istinadla xəbər verir ki, Mauro İkardinin keçmiş həyat yoldaşı, 38 yaşlı Vanda Naranın bu dəfə “Çelsi”nin argentinalı futbolçusu Enso Fernandeslə adı hallanır.
Hazırda vətənində yayımlanan “Celebrity MasterChef” şousunun aparıcısı olan Vanda həmin layihədə Ensonun sevgilisi Valentina Servanteslə birlikdə çalışır.
İddiaya görə, Vanda və Valentina arasında gərginlik yaranıb. Bu, Vandanın Fernandesə göndərdiyi mesajdan sonra baş verib.
Qeyd edilib ki, Nara futbolçuya “Az əvvəl səni məhəllədə gördüm, istəsən mənə yaz” mesajını göndərib. Fernandes isə cavab vermək əvəzinə mesajı sevgilisinə göstərib.
Xatırladaq ki, Enso Fernandes və Valentina Servantes ötən il futbolçunun xəyanəti səbəbindən ayrılıb və bir müddətdən sonra barışıblar. İndi isə Vanda Nara ilə bağlı yayılan bu iddialar onların münasibətlərinə yenidən kölgə salıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 23 Oktyabr 2025 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















