Icma.az
close
up
RU
İki həftəlik yalan: Tramp İsrail ilə planı əvvəldən cızıb, İranı belə tələyə düşürdü

İki həftəlik yalan: Tramp İsrail ilə planı əvvəldən cızıb, İranı belə tələyə düşürdü

Icma.az bildirir, Bakupost portalına istinadən.


ABŞ Prezidenti Donald Tramp növbəti dəfə dünyanı aldatmağa çalışdı, Ağ Ev sahibi bir neçə gün əvvəl söyləmişdi ki, İrana qarşı müharibəyə qoşulub-qoşulmayacağına iki həftə ərzində qərar verəcək. Buna baxmayaraq, beynəlxalq aləm Trampın iki həftə gözləməyəcəyindən şübhəli idi. Çünki Tramp müxtəlif mövzularda bir söz deyib, bir neçə gün sonra fərqli qərarlar verib. Bu dəfə də belə oldu.

Bakupost.az xəbər verir ki, bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, İsraillə ABŞ İrana qarşı müharibə planını bir yerdə hazırlayıblar:

"İrandakı dairələr son ana qədər nüvə mövzusuyla bağlı Vaşinqtonun danışıqlarda maraqlı olduğunu düşünürdülər. Halbuki, artıq düyməyə basılmışdı. Xatırlayırsınızsa, ABŞ mətbuatı həftələr öncə belə bir xəbər yaymışdı ki, guya Trampla İsrailin Baş naziri Benyamin Netanyahunun arası dəyib və guya ABŞ prezidentinin ərəb dövlətlərinə səfəri, orada imzaladığı sazişlər Tel-Əvivdə neqativ qarşılanıb. Bu xəbərlər İrandakı dairələrin diqqətini yayındırmaq üçün yayılmışdı. İranda düşünməliydilər ki, əgər Trampla Netanyahunun arası dəyibsə, Tel-Əviv Vaşinqtonun icazəsi olmadan İrana zərbə endirməyəcək. Halbuki, bu Vaşinqtonla Tel-Əvivin planının psixoloji hissəsi idi. Hazırlanan plana görə, İsrail birinci başlamalı, bir neçə gün sonra ABŞ qoşulmalı idi. Hazırda bu plan tam gücüylə həyata keçirilir və ABŞ yalnız nüvə mərkəzlərini bombalamaqla kifayətlənməyəcək".

Politoloq onu da qeyd edib ki, Tehran ABŞ-ın zərbələrinə nəsə cavab verməlidir, əks halda İranda qərar verənlərin imicinə növbəti ağır zərbə dəyəcək:

"Tehranın cavabı necə olacaq? İran ABŞ-ın Körfəz ölkələrindəki hərbi bazalarına raket zərbəsi vurmaq istəyə bilər. ABŞ-ın Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və İraqda böyüklü-kiçikli bir neçə hərbi bazası var. Bu sıraya Türkiyədəki İncirlik hərbi bazasını da daxil etmək lazımdır. Yəni İran faktiki ABŞ hərbi bazalarının əhatəsindədir. Əgər İran qonşu ölkələrdən hər hansı birindəki Amerika hərbi bazasına zərbə vurarsa, bu İran üçün iki neqativ nəticəyə səbəb olacaq. Birincisi, ABŞ tam gücüylə İranı bombalamağa başlayacaq. İkincisi, İran həmin bazaların yerləşdiyi ölkələrlə münasibətlərini zəiflədəcək ki, indiki məqamda bu İranın durumunu daha da ağırlaşdıracaq. Başqa bir addımı kimi haqqında çox danışılan İranın Hörmüz körfəzini bağlaması ola bilər ki, bunun da İranın özünə ciddi mənfi nəticələri olacaq. Birincisi, İran dost adlandırdığı ölkələrə neft sata bilməyəcək. İran iqtisadiyyatı isə tamamən enerji resurslarının satışından asılıdır. İkincisi, Hörmüz boğazı qapadılarsa, İranla normal münasibətləri olan Körfəz ölkələrinin bir qismi də neft satışında çətinliklərlə üzləşəcəklər. Yəni İran ABŞ-a qarşı hansı cavab tədbirini reallaşdırmağa çalışarsa, bunun həm bölgə ölkələrinə, həm də İranın özü üçün indikindən ağır nəticələri olacaq".

Politoloq İranın tərəfdaşları olan Rusiya və Çinin ABŞ-ın müdaxiləsinin qarşısını almaq üçün diplomatik fəallıqlarının heç bir nəticəsi olmadığını vurğulayıb:

"Moskva və Pekin İsraili durdura bilmədilərsə, Amerikanı heç durdura bilməyəcəklər. Rusiya Prezidenti Vladimir Putin daha ağır duruma sürüklənib. Birincisi, Rusiya yanvarda İranla strateji tərəfdaşlıq sazişi imzalamışdı. Bu saziş İranı hücumdan xilas etmədi. İkincisi, Putin amerikalı həmkarıyla tərəfdaşlıq əlaqələri qurmuş, Ağ Ev sahibinin Ukrayna siyasətindən məmnun idi. Belə olan halda Putin İrana hücuma görə Trampın ünvanına kəskin fikirlər söyləyib, onunla əməkdaşlıqdan imtina edərmi? Çətin.

Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan da eyni durumdadır. Rəcəb Tayyib Ərdoğan Donald Trampla əməkdaşlığın inkişafına ümid edir, iki prezident bir-birlərini dost adlandırırdılar. Rəsmi Ankara İsrailin İrana hücumunu qəti şəkildə pisləyir, Ərdoğan Benyamin Netanyahunu Adolf Hitlerə bənzədir. Ərdoğan üçün Trampı Netanyahu ilə eyni sıraya qoyması mümkün görünmür. Əlbəttə, Vaşinqtonun müharibəyə qoşulması qərarı Ankarada tənqid olunacaq, ancaq bu, prezidentlərin münasibətinə çox da mənfi təsir etməyəcək, həm də İrandakı rejimə görə, Türkiyə supergüclə niyə üz-göz olmalıdır?"

Aygün,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 22 İyun 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri