Icma.az
close
up
RU
İki il öncə öldürülən şəxsin xanımından iddia: “Ərim sağdır, mənə zəng etmişdi” FOTO

İki il öncə öldürülən şəxsin xanımından iddia: “Ərim sağdır, mənə zəng etmişdi” FOTO

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gəncədə 1979-cu il təvəllüdlü Anar Hüseynovun qətlində təqsirləndirilən 1993-cü il təvəllüdlü Ramil Musayevin məhkəməsi başa çatıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Ramil Musayev Cinayət Məcəlləsinin 120.2.4, və 29,120.2.7-ci (Xüsusi amansızlıqla adam öldürmə, iki və daha çox adamı öldürməyə cəhd) maddələri ilə təqsirli bilinib.

Məhkəmədə bildirilib ki, hər iki şəxs evlərdə usta kimi çalışıb və hadisədən bir neçə gün əvvəl aralarında şəxsi münasibətlər zəminində münaqişə yaranıb. Belə ki, Ramil sərxoş halda Anarın evinə gedərək onu ailə üzvlərinin gözü qarşısında boğazından bıçaqlayaraq amansızlıqla öldürüb. Daha sonra onun oğluna da xəsarət yetirib. Bu zaman Anarın arvadı yerdən daş götürərək Ramilin başına vurub.

R.Musayev ifadəsində Anarla qonşu olduqlarını, ailələr arasında xeyli müddətdir, narazılıq olduğunu, həmçinin pula görə mübahisə yarandığını deyib. O, özünü Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə deyil, daha yüngül cəzanı nəzərdə tutan 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma-Ehtiyatsızlıqdan ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilib.

Anar Hüseynovun xanımı Sevinc Hüseynova isə ifadəsində ərinin öldürülmədiyini, onun sağ olduğunu, dəfn etdikləri meyitin başqa şəxsə aid olduğunu iddia edib. Həyat yoldaşının bıçaqlandığını gördüyünü deyən zərərçəkmiş şəxs onun xəstəxanaya aparılandan sonra ölməsinin yalan olduğunu düşünür: "Həmin gün Anarla digər evimizdə işləyib ata evimizə gəlmişdik. Bir qədər sonra Anar küçəyə çıxdı. Oğlumla onun arxasınca çıxanda kənarda Ramillə söhbət etdiklərini gördük. Həmin vaxt Anar Ramilə "get, sabah danışarıq" dedi. Mən yaxınlaşanda Ramil bıçaqla Anarın boğazından vurdu. Anar boğazını tutub arxaya doğru çəkildi, böyük oğlum Ramilin üzərinə gedib nə üçün belə etdiyini dedi. Bu zaman o, oğluma sarı 3 dəfə bıçaq atdı, həmin zərbələrdən biri oğlumun qolaltı nahiyəsinə dəydi. Anar xəsarət alıb geriyə doğru hərəkət etdikdən sonra Ramil ərimin üzərinə yox, mənə hücum edərək öldürəcəyini dedi. Bu vaxt ona daş atdım.

Anarın bədənində döymələr vardı. Hadisədən sonra mənə məlum oldu ki, ərim Anar Hüseynov sağdır, bu hadisəni Ramil bəzi şəxslərlə birgə qurublar, hamısı oyundur. Anarın dəfn mərasimində iştirak etdik, lakin torpağa tapşırılan şəxs o deyildi. Mənə ekspertizada iştirak etməyə imkan vermədilər.

Ekspertizadan sonra ərimin qısa müddət ərzində dəfn edilməsini söylədilər. Mən dəfndən qabaq evdə olarkən onun üzünü açıb baxmaq istəsəm də, buna müxtəlif bəhanələrlə mane oldular. Anar sonradan mənə zəng elədi, dedi ki, meyityuma yerində onu başqa şəxslə dəyişiblər. Yoldaşım Abbas Səhhət adına xəstəxanada vəfat edib, ekspertiza üçün isə meyitini 3 nömrəli xəstəxanaya aparıblar.

Məhkəmədə iş gedən müddət ərzində Anarla bir dəfə telefon vasitəsilə gizlicə danışmışam, çünki ərim gizli nömrədən zəng etmişdi. Oğlum uşaq olduğuna və onun sözünə heç kəsin inanmayacağına görə Anarın kiçik oğlumla danışmasına imkan vermədim".

Təqsirləndirilən şəxs isə A.Hüseynovun sağ olmasının həqiqətə uyğun olmadığını, onu həqiqətən öldürdüyünü deyib.

Anar Hüseynovun qayınanası da kürəkəninin sağ olmasına dair faktın olmadığını bildirib.

Gəncə Ağır Cinayətlər Məhkəməsi Ramil Musayevi Cinayət Məcəlləsinin 120.2.4 və 29.120.2.7-ci maddələri ilə təqsirli bilib. Ona 17 il 6 ay həbs cəzası verilib.

Qeyd edək ki, hadisədən sonra mediada cinayətin başqa zəmində törədilməsi barədə də iddialar yayılmışdı.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 05 Noyabr 2024 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see183

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see134

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see120

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see119

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see118

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see117

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see116

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

DİQQƏT! Bu ərazilərdə qaz KƏSİLƏCƏK

07 İyun 2025 10:37see115

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see115

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see114

Maskın təklifi

08 İyun 2025 04:23see114

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see114

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see113

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see113

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see112

Ozempic qeyri adi bir yan təsirə malikdir..?

07 İyun 2025 23:46see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri