Icma.az
close
up
RU
İki il təhsil, yoxsa iş təcrübəsi?

İki il təhsil, yoxsa iş təcrübəsi?

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Dövlət İmtahan Mərkəzinin (DİM) elan etdiyi magistraturaya qəbul nəticələrinə görə dörd minə yaxın plan yeri boş qalıb. Rəqəmlər magistratura təhsilinə marağın səviyyəsini və əmək bazarındakı dəyərinin yenidən qiymətləndirilməsinə ehtiyac olduğunu göstərir.

Ekspertlər də hesab edirlər ki, hazırkı vəziyyət təkcə abituriyentlərin seçimləri ilə deyil, həm də qəbul sistemi və əmək bazarının magistr dərəcəsinə münasibəti ilə əlaqədardır. 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədovun fikrincə, plan yerlərinin boş qalmasında bir çox amillərin rolu var: "Keçən il də plan yerləri çox boş qalmışdı. Hesab edirəm ki, getdikcə magistratura təhsili alanların sayında ciddi azalmanı müşahidə edəcəyik. Səbəblərdən biri magistraturanın 2 il olması ilə bağlıdır. Bu, gənclərdə magistraturaya marağı azaldır. Ona görə biz bu müddəti azaltmalıyıq. Magistratura təhsili bir ilə endirilməlidir. Digər tərəfdən, magistratura gənclər üçün hansısa üstünlük verməlidir. Əgər magistratura təhsili hər hansı üstünlük qazandırmırsa, onlar üçün mənasızdır. Bu sahədə ciddi islahatlara ehtiyac var”. Millət vəkilinin fikrincə, bu məsələ daha ciddi problem kimi özünü göstərməyə başlayacaq: "Yəni biz ciddi formada müəyyən addımların atılmasına başlamalı və gənclərin marağının artırılması üçün işlər görməliyik. Əks halda, problem daha da dərinləşəcək”. 

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərova hesab edir ki, təkcə boş qalan plan yerlərinin sayına baxaraq "maraq azalıb” demək düzgün olmaz: "Burada həm demoqrafik amillər, həm əmək bazarındakı dəyişikliklər, həm də gənclərin təhsilə baxışının dəyişməsi rol oynayır. Bununla belə, təxminən dörd min plan yerinin boş qalması onu göstərir ki, magistratura proqramlarının əmək bazarının tələbləri və gənclərin gözləntiləri ilə nə dərəcədə uzlaşdığı yenidən qiymətləndirilməlidir. Əgər bu tendensiya növbəti illərdə də davam edərsə, artıq daha sistemli addımların atılması vacib olacaq”. G.Əkbərovanın fikrincə, son illər gənclər təhsil seçimlərinə daha praqmatik yanaşırlar və ilk növbədə bu sualı verirlər: ”Bu təhsil mənə gələcəkdə nə qazandıracaq?” Əgər magistr təhsili daha yaxşı iş imkanı, yüksək əməkhaqqı və ya karyera inkişafı vəd etmirsə, onlar birbaşa əmək bazarına daxil olmağa üstünlük verirlər. Digər tərəfdən, beynəlxalq sertifikat proqramları, qısamüddətli peşə kursları və onlayn təhsil platformaları da alternativ seçimlərə çevrilib. Dünyanın bir çox ölkəsində də klassik magistr proqramlarına marağın müəyyən qədər azalması və daha çevik təhsil modellərinə üstünlük verilməsi müşahidə olunur”. Günay Əkbərovanın fikrincə, əvvəllər magistr təhsili bakalavr pilləsinin məntiqi davamı hesab olunurdusa, indi bu yanaşma dəyişib. Gənclər daha çox əmək bazarının tələblərinə uyğun qərarlar verirlər və yalnız ehtiyac gördükləri halda magistratura təhsilini seçirlər: "Xüsusilə xaricdə təhsil almaq, beynəlxalq sertifikatlar əldə etmək və ya iş təcrübəsi qazanmaq istəyənlərin sayı artıb. Bu da magistraturaya müraciət edənlərin sayına və seçimlərinə təsir göstərən əsas amillərdəndir”. 

G.Əkbərova hesab edir ki, gənclərin magistraturadan imtina etməsinin əsas səbəblərindən biri iş həyatına daha tez başlamaq istəkləridir: "Gənclər düşünürlər ki, iki il əlavə təhsil almaqdansa, həmin müddətdə iş təcrübəsi toplamaq onlara daha çox üstünlük qazandıra bilər. Digər tərəfdən, bəzi sahələrdə magistr diplomunun əməkhaqqına və ya vəzifə yüksəlişinə ciddi təsir etməməsi də onların qərarına təsir edir. Xaricdə təhsil planları, maliyyə imkanları və bəzi magistr proqramlarının məzmununun əmək bazarının tələblərinə tam uyğun olmaması da bu seçimdə rol oynayan amillərdəndir”. Ekspert deyir ki, hazırda informasiya texnologiyaları, süni intellekt, kibertəhlükəsizlik, data analitikası, biznesin idarə olunması, maliyyə və təhsilin idarə olunması kimi istiqamətlərə maraq daha yüksəkdir. Çünki bu sahələr əmək bazarında daha çox tələb olunur və məzunların iş tapmaq imkanları daha genişdir: "Ənənəvi ixtisasların bir qismində isə marağın əvvəlki illərlə müqayisədə azalması müşahidə olunur. Bu da gənclərin artıq daha çox məşğulluq perspektivlərini nəzərə alaraq seçim etmələri ilə bağlıdır”.

G.Əkbərova hesab edir ki, mövcud magistratura modeli müəyyən üstünlüklərə malik olsa da, onun təkmilləşdirilməsinə ehtiyac var: "Magistratura ixtisaslaşma mərhələsi olduğuna görə, namizədin ümumi məntiqi və analitik bacarıqları ilə yanaşı, seçdiyi ixtisas üzrə baza biliklərinin də qiymətləndirilməsi məqsədəuyğun olardı. Dünyanın bir çox universitetlərində qəbul zamanı həm ümumi akademik bacarıqlar, həm də ixtisas üzrə hazırlıq birlikdə nəzərə alınır. Bu yanaşma həm proqramların keyfiyyətini artırır, həm də tələbələrin daha şüurlu seçim etməsinə kömək edir. Məncə, gələcəkdə qəbul modeli hazırlanarkən bu təcrübələr də nəzərə alına bilər”. G.Əkbərovanın sözlərinə görə, ümumilikdə bugünkü vəziyyəti böhran kimi deyil, dəyişən təhsil və əmək bazarının təbii nəticəsi kimi qiymətləndirmək daha doğru olar: "Əsas məqsəd magistratura proqramlarını müasir dövrün tələblərinə uyğunlaşdırmaq, onların praktik dəyərini artırmaq və gənclərə bu təhsilin karyera inkişafında yaradacağı real üstünlükləri daha aydın göstərmək olmalıdır. Bu halda həm magistratura təhsilinə maraq artacaq, həm də ayrılan plan yerlərindən daha səmərəli istifadə olunacaq”.

Mənbə: "Kaspi" qəzeti

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Avqust 2026 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see315

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see266

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see225

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see222

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see218

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see217

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see217

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see217

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see213

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see212

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see210

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see200

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see196

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see190

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see190

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see181

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see177

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see177

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see177

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri