Icma.az
close
up
RU
İki ildə aradan çıxacaq peşələr: İqtisadçı süni intellektin əmək bazarına təsirini araşdırıb

İki ildə aradan çıxacaq peşələr: İqtisadçı süni intellektin əmək bazarına təsirini araşdırıb

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əmək bazarı böyük bir dəyişiklik dövrünə qədəm qoyur. Bu dəyişikliklərə əsas səbəb süni intellektin (Sİ) sürətli inkişafıdır. Dünyanın aparıcı beyin mərkəzləri yaxın 2 ildə milyonlarla iş yerinin bağlanacağını proqnozlaşdırır.

Texnologiya nəhəngi, milyarder İlon Mask dəfələrlə süni intellektin sürətli inkişafının təhlükəli olacağına dair xəbərdarlıq edib. "OpenAI"ın rəhbəri Sem Altman hesab edir ki, Sİ-nin inkişafı təhsil və siyasət sistemlərindən daha sürətlidir. Ona görə də cəmiyyətin "texnoloji uçurum" yaşamaması üçün təcili adaptasiya siyasətləri tətbiq edilməlidir.

Bəs bu qlobal dəyişiklik Azərbaycana necə təsir edəcək? Artıq Azərbaycan hökuməti də perspektivdə əmək bazarında yaranacaq vəziyyətin fərqindədir və yaranacaq iş yerləri üçün yeni peşələrin formalaşdırılması üçün müzakirələrə başlayıb.

İqtisadçı Kamran Hacıyev Oxu.Az saytı üçün süni intellektin yaratdığı riskləri və imkanları təhlil edib. Onun fikrincə süni intellekt əmək bazarını məhv etmir, onu dəyişir.

İqtisadçının fikrincə, süni intellekt xüsusilə gündəlik və təkrarlanan əməliyyatları əvəz edir:

"Dünya İqtisadi Forumunun məlumatına əsasən, 2027-ci ilə qədər dünyada 83 milyon iş yeri itiriləcək, lakin 97 milyon yeni iş yeri yaranacaq.

Ən çox təsirlənəcək sahələr:

· Ofis və inzibati işlər (sənədləşmə, məlumat girişi, katiblik, çağrı mərkəzləri);

· Maliyyə və mühasibatlıq (hesabatların avtomatik hazırlanması);

· İstehsalat və anbar logistikası (robot texnologiyaları);

· Nəqliyyat sektoru (sürücüsüz avtomobillər və dron logistikası);

· Tərcümə və media (Sİ-nin mətn və dizayn yaratma qabiliyyəti).

Əvəz olunma riski yüksək olan peşələr

"OECD Employment Outlook"un (2024) hesabatına istinadən, bəzi peşələr üçün əvəzolunma riski faizlə belə qiymətləndirilir: katib və məlumat operatoru (80%, səbəb: avtomatlaşdırma və çatbot sistemləri), mühasib və kassir (60%, səbəb: Sİ mühasibat platformaları), tərcüməçi və kontent meneceri (55%, səbəb: dil modelləri - "ChatGPT", "DeepL"), zavod operatoru (50%, səbəb: robot texnologiyaları).

Gələcəyin əsas ixtisasları

Texnologiya yüksək bilik və yaradıcılıq tələb edən sahələrdə yeni işlər yaradır. Ən çox tələbat yaranacaq ixtisaslar arasında süni intellekt mütəxəssisi, məlumat analitiki və data mühəndisi, kibertəhlükəsizlik eksperti, robot texniki, eləcə də Sİ etikası, hüququ və nəzarəti üzrə mütəxəssislər yer alır. "McKinsey" (2024) proqnozuna görə, 2030-cu ilə qədər dünyada 100 milyondan çox yeni "Sİ ilə əlaqəli" iş yeri açılacaq.

Maaşlara və iş şəraitinə təsir

Təhlilə görə, Sİ dövründə maaş fərqləri artacaq. Yüksək ixtisaslı kadrlar üçün maaşlar 25-35% artacaq, aşağı ixtisaslı işçilər üçün isə 10-15% azalacaq. AI bilikləri olan işçilərin gəlirlərinin, digərlərinə nisbətən, 35% daha çox olduğu qeyd olunur. İş şəraiti çevik (uzadılmış məsafədən, çevik iş saatları) modellərə doğru dəyişəcək.

Adaptasiya üçün tövsiyələr

İşçilər üçün əsas tövsiyələr yeni texnoloji bacarıqlar (Sİ, "Python", data təhlili) öyrənmək, davamlı təhsilə və yaradıcı düşünmə bacarıqlarına diqqət yetirməkdir. Müəssisələr isə Sİ strategiyası hazırlamalı, işçilərin yenidən ixtisaslaşmasına sərmayə qoymalı və insanla Sİ-nin əməkdaşlıq modelini inkişaf etdirməlidir.

Dövlət və təhsil sisteminin rolu

Dövlət siyasətinin Milli Sİ strategiyasının qəbulu, yenidən ixtisaslaşma mərkəzlərinin yaradılması və Sİ startaplarına dəstək verməklə yanaşı, məlumatların qorunması mexanizmlərini gücləndirməsi vacibdir. Təhsil sistemində məktəblərdə rəqəmsal savadlılıq, universitetlərdə isə Sİ proqramları və sənaye ilə əməkdaşlıq əsas olmalıdır.

Sosial risk və gələcək iş modeli

Ən böyük sosial risklər arasında məlumat məxfiliyi, alqoritmik ayrı-seçkilik və rəqəmsal bərabərsizlik göstərilir. Gələcəyin iş mühiti "insan +Sİ əməkdaşlığı" prinsipi ilə formalaşacaq. Bu modeldə Sİ analitikanı yerinə yetirir, insan isə yaradıcılıq, qərarvermə və empatiya funksiyasını daşıyır.

Azərbaycan üçün risk və imkanlar

İmkanlar: Sİ tətbiqi ilə dövlət idarəçiliyi, logistika, enerji və kənd təsərrüfatında səmərəlilik artacaq, yeni startaplar və yüksək maaşlı texnoloji işlər yaranacaq.

Risklər: Əmək bazarında aşağı ixtisaslı işçilər üçün işsizlik riski, təhsil və texnoloji bacarıqların qeyri-bərabərliyi, eləcə də rəqəmsal infrastrukturun bərabər paylanmaması".

"Süni intellekt əmək bazarını məhv etmir, onu dəyişir. İşçilər, müəssisələr və dövlət bu dəyişikliklərə vaxtında uyğunlaşa bilsə, Sİ insanı əvəz etməyəcək - əksinə, insanın məhsuldarlığını, yaradıcılığını və gəlirini artıracaq.

Yəni süni intellekt dövründə ən uğurlu insan Sİ-dən qorxan yox, onu idarə edən insandır", - deyə iqtisadçı təhlilinə yekun vurub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:38
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 Oktyabr 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see333

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see272

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see231

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see209

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see194

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see189

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see186

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see176

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see170

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see168

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see163

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see157

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see155

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see154

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see149

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri