İki ildir axtarılan kartel lideri tualetdə tutuldu Video
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Beynəlxalq axtarışda olan avstraliyalı kartel lideri Ancelo Pandeli İndoneziyanın Bali adasında keçirilən əməliyyat zamanı saxlanılıb.
“Qafqazinfo” xəgər verir ki, saxta Braziliya pasportu ilə Afrikaya qaçmağa çalışan Pandeli şəxsi təyyarənin tualetində gizlənərkən yaxalanıb.
Məlumata görə, iki ildir hüquq-mühafizə orqanlarından gizlənən 55 yaşlı Pandeli Mozambikə uçmağa hazırlaşırmış. Bali adasındakı Nqurah Rai Beynəlxalq Hava Limanında aparılan yoxlama zamanı onun təqdim etdiyi Braziliya pasportunda uyğunsuzluqlar aşkarlanıb.
İmmiqrasiya əməkdaşları sənədlərlə bağlı araşdırma aparmaq üçün uçuşu təxirə salmaq qərarına gəlsələr də, şübhəli şəxs və onunla birlikdə olanlar təlimatlara məhəl qoymayaraq yenidən təyyarəyə miniblər. Pilotun təyyarəni uçuşa hazırladığı vaxt hava limanının təhlükəsizlik qüvvələri müdaxilə edərək təyyarəni dayandırıb.
Təyyarədə aparılan axtarış zamanı digər sərnişinlər salonda gözlədiyi halda, axtarılan şəxsin tualetdə gizləndiyi müəyyən edilib. Sonrakı araşdırma zamanı onun istifadə etdiyi Braziliya pasportunun saxta olduğu üzə çıxıb.
Barmaq izi və şəxsiyyət yoxlamasından sonra saxlanılan şəxsin Sidneydə fəaliyyət göstərən məşhur motosiklet dəstəsinin keçmiş rəhbəri Ancelo Pandeli olduğu təsdiqlənib.
İndoneziya hakimiyyətinin bildirdiyinə görə, Pandeli beynəlxalq mütəşəkkil cinayətkarlıq şəbəkəsinin əsas fiqurlarından biri hesab olunur və Avstraliyaya iri həcmdə narkotik daşımalarının təşkilində şübhəli bilinir.
Rəsmilər onun uzun müddət hüquq-mühafizə orqanlarından yayındığını, saxta sənədlərdən istifadə etməklə ölkəni tərk etməyə və cinayət şəbəkəsini xaricdən idarə etməyə çalışdığını açıqlayıblar.
Əməliyyatdan sonra Pandeli Avstraliyaya deportasiya edilib. İndoneziya hakimiyyəti onun ölkəyə girişinə ömürlük qadağa qoyulduğunu bildirib.
Avstraliya Federal Polisi isə hadisə ilə bağlı araşdırmaların davam etdiyini və Pandeli ilə əlaqəli beynəlxalq fəaliyyətlərin araşdırıldığını açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 13 İyun 2026 07:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















